Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şabran rayon Heydər Əliyev Mərkəzinin və Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Böyük yüksəlişin başlanğıcı "adlı tədbir kecirlmişdir.

Şabran rayon Heydər Əliyev Mərkəzinin və Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Böyük yüksəlişin başlanğıcı "adlı tədbir kecirlmişdir.
14-07-2022, 15:48 366 dəfə baxılıb

14 iyul 2022-ci il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzinin və Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Böyük yüksəlişin başlanğıcı "adlı tədbir kecirlmişdir. Tədbirdə Mərkəzin kollektivi ,Gİİ-nin rəhbər və kollektivi, YAP Şabran rayon təşkilatının, Ç.Ş.D.T.M.Qoruğunun əməkdaslari iştirak etmişdir. Tədbiri giriş sözü iə Mərkəzin direktoru Təvəkgül Əliyev açmış qonaqları salamlamışdır. O qeyd etmişdir ki, Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcıdır. Həmin dövrdə 1920-ci ildən dəfələrlə Azərbaycan MK-nın dəyişən rəhbərliyi 1969-cu il 14 iyul tarixinə  kimi keçirdiyi böhranlı illər bir-birini əvəz edirdi. Ulu öndər Heydər Əliyevin Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin I  katibi təyin olunduğu il tarixində yeni dövrün, Azərbaycanın sosial - iqtisadi həyatında inkişafın bünövrəsi qoyuldu. 1969-cu il avqustun 5-də Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin plenumunda etdiyi tarixi çıxış imperiya rəhbərliyini təşvişə salmışdı. Azərbaycan Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin 5 avqust 1969-cu il plenumunda Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətləri müəyyənləşdirildi. Azərbaycanın o dövrdəki neqativ reallıqların təhlili, bütünlüklə sovet cəmiyyətini bürüyən rüşvətxorluq, korrupsiya hallarının etiraf olunması, ittifaq ölkəsində böyük hadisəyə çevrildi. Plenumda ulu öndər Heydər Əliyev o dövr üçün çox cəsarətli ideyalar irəli sürdü, dəqiq fəaliyyət proqramı müəyyənləşdirdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə məşhur avqust plenumunun keçirilməsi ölkədəki iqtisadi vəziyyətin təhlili üçün yeni imkanlar açdı. Ölkədəki acınacaqlı vəziyyət, əhalinin məmurlar tərəfindən əsassız olaraq incidilmə hallarının, rüşvət və korrupsiyanın  qarşısının alınması üçün mühüm tədbirlər hazırlandı. Plenumda təxirə salınmaz işlərin başlanması, sənayedə, tikintidə, kənd təsərrüfatını əhatə edən məqsədyönlü dəyişikliyin vacibliyi bütün səlahiyyətli şəxslərin qarşısında vacib məsələ kimi qətiləşdirdi.

Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az" xəbər informasiya portalının şimal zonası üzrə bölgə müxbiri.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI