Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ulu Öndər Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin Qurucusu və Memarıdır

Ulu Öndər Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin Qurucusu və Memarıdır
11-07-2022, 19:33 398 dəfə baxılıb

Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı.

Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsində əldə olunan nəticələr sübut edir ki, insanların mənəviyyatı, əxlaqi təsəvvür və görüşləri, adət-ənənələri ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqına da tale belə bir zənginlik qismət etmişdir.
Hər hansı bir xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında tarixən yaranmış milli-mənəvi dəyərlər mühüm rol oynayır. Çünki hər bir xalqın milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir. Hər hansı bir ölkədə xalqın milli-mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir.
Ümummilli liderimiz Heydər Əliyev həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda, Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi: "Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik".
Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.

Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır.

Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi.

Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir.

Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.

Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.

Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır.

Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı.
1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Ümummilli Lider Heydər Əliyev hələ SSRİ dövründə milli-mənəvi dəyərlərimizin, dilimizin qorunub saxlanılması, respublikamızın perspektiv inkişafı üçün möhkəm təməllər yaratmağa müvəffəq olmuşdur. 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsaslarını yaratmışdır. Ümummilli Lider Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Sovetinin Sədri seçildikdən sonra atdığı addımlar da xalqımızın gələcəyə yeni və mütərəqqi baxışının formalaşmasında, müstəqillik ideyasının əxz olunmasında və mənimsənilməsində, milli həmrəyliyin təmin edilməsində xüsusi rol oynamışdır. Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın qaldırılması, Naxçıvan MSSR adından “Sovet Sosialist” ifadəsinin çıxarılması, 1990-cı il yanvar ayının 20-də Bakıda törədilmiş qanlı hadisələrə siyasi qiymət verilməsi, Naxçıvan əhalisinin SSRİ-nin saxlanılmasına dair keçirilən referendumda iştirak etməməsi haqqında qərar qəbul edilməsi, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qərara imza atılması dövlətçilik tariximizin ən mühüm hadisələri sırasında yer alır. Bu, Heydər Əliyevin fəaliyyətinin məhz milli maraqlara, dövlətçilik ənənələrinə və xalqın ali mənafeyinə əsaslandığını göstərən çox mühüm faktlardandır.
1990-cı illərin əvvəlində milli müstəqilliyimizin itirilməsi və dövlətçilik ənənələrinin milli yaddaşdan silinməsi təhlükəsi ilə üzləşdiyimiz vaxtda müdrik dövlət xadimi, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin xalqın tələbi və dəstəyi sayəsində xilaskarlıq missiyasını öz üzərinə götürməsi Azərbaycanı uçurumdan xilas edərək zirvəyə yüksəltmişdir. O, böyük Öndər kimi xalqımızın milli sərvəti olan müstəqilliyin qorunmasını təmin etmiş, Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarmışdır.

Müstəqilliyin ilk illərini əhatə edən tarixi dövrün reallıqları fonunda müstəsna əhəmiyyətə malik olan və haqlı olaraq müstəqil dövlətçiliyimizin dönüş nöqtələrindən hesab edilən hadisələrdən biri də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasıdır. Bu, çoxəsrlik dövlətçilik tariximizin Heydər Əliyev erasının çox mühüm səhifələrindən biri, yeni Azərbaycanın müstəqil dövlət kimi dinamik inkişaf yoluna qədəm qoymasının başlanğıcıdır. Bugünkü reallıqlar fonunda keçmişə, müstəqilliyin ilk illərinin ən həssas, həlledici və taleyüklü tarixi mərhələsinə nəzər saldıqda belə bir qənaətə gəlirik ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransının keçirilməsi, Ulu Öndər Heydər Əliyevin partiyanın sədri seçilməsi xalqımızın milli məqsədlər ətrafında təşkilatlanmasını, siyasi-ideoloji boşluqların aradan qaldırılmasını təmin edən, dövlətimizin siyasi taleyini, gələcək yolunu, perspektivini müəyyənləşdirən çox mühüm və əlamətdar hadisə oldu. Güclü lider ətrafında yaradılan Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində xalqı öz ətrafında sıx birləşdirməsini və siyasi səhnədə yüksəlişə keçərək layiqli yer tutmasını mümkün edən bir çox strateji faktor var idi. Birincisi, Ulu Öndərin yüksək nüfuzu, xalqın Ona böyük inamı, etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl uğurlar qazanmasını təmin edən əsas amil oldu. Digər tərəfdən, YAP, sözün əsl mənasında, Azərbaycanın dövlətçilik maraqlarının etibarlı və qətiyyətli müdafiəçisinə çevrildi. Partiyamız qısa müddət ərzində milli seçim - Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gələrək ölkəmizin həyatında keyfiyyətcə və mahiyyətcə tamamilə yeni mərhələnin başlanmasını, yeni Azərbaycan quruculuğunun həyata keçirilməsini təmin etdi. Bununla yanaşı, YAP nümayiş etdirdi ki, müxalifətçilik dövlətin maraqlarına zidd mövqe tutmaq üçün deyil, iqtidar partiyası kimi fəaliyyət göstərmək, hər şeydən əvvəl, xalqa xidmət etmək, onun mənafeyini qorumaq prinsiplərinə əsaslanmalıdır.
Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Çünki müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq qüdrətli dövlətə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır. Ulu Öndərin siyasi mirası olan YAP ötən müddət ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçmişdir. Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, çox mühüm tarixi təşəbbüslərə və müvəffəqiyyətlərə imza atmışdır. Bu gün sıralarında 800 minə yaxın vətəndaşı, cəmiyyətin bütün təbəqələrindən olan fəal, intellektual və vətənpərvər insanları birləşdirən partiyamızın bütün seçkilərdə möhtəşəm qələbə qazanaraq, sözün əsl mənasında, qələbələr partiyasına çevrilməsi də bu reallığın təsdiqidir.
Xüsusi vurğulamaq gərəkdir ki, tarixi Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin əsası qoyulmuşdur.

Bu gün Ulu Öndərin xalqımız qarşısındakı əvəzolunmaz xidmətlərindən bəhs edərkən Onun xilaskarlıq missiyasının tarixi əhəmiyyətinə və siyasi-fəlsəfi məzmununa xüsusi diqqət yetirilir. Daha dəqiq desək, bir çox tədqiqat əsərlərində, fundamental elmi-konseptual mənbələrdə Heydər Əliyevin liderlik fenomenindən bəhs edərkən Onun xilaskarlıq missiyası xüsusi araşdırma predmetinə çevrilir. Çünki Heydər Əliyev respublikamızın ziddiyyətlər və qarşıdurma məkanına çevrildiyi, mürəkkəb regional və beynəlxalq proseslərin cərəyan etdiyi bir şəraitdə Azərbaycan xalqını böyük kataklizmlərdən xilas etmiş, faciə və fəlakətlərin qarşısını almış, ölkəmizin formal deyil, gerçək müstəqilliyini təmin etmişdir. Tarixə xronoloji ardıcıllıqla yanaşsaq, görərik ki, Heydər Əliyevin xilaskarlıq missiyası Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə qədəm qoymasından sonra daha da aktuallıq kəsb etməyə başlamışdır. Xalqın Ulu Öndərə olan inam və etimadı Onun respublikamızın qurtuluşu naminə siyasi məsuliyyəti öz üzərinə götürməsinə zərurət yaranmışdı. Daha dəqiq desək, 1993-cü ilin məlum iyun hadisələri zamanı Azərbaycan xalqı Ulu Öndərə ölkəmizin xilası və tərəqqisi naminə respublikamıza rəhbərlik etməsi barədə qətiyyətli çağırış etmişdi. Eyni zamanda, o zaman hakimiyyətdə olan qüvvələr Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur olmuşdular. Ümummilli Lider Heydər Əliyev bunu nəzərə alaraq Bakıya qayıtmış, Azərbaycan xalqının və dövlətçiliyimizin xilası, dövlətçilik ənənələrimizin, milli qürur və ləyaqətin bərpası naminə tarixi missiyasını yerinə yetirməyə başlamışdı. İyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmiş, həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş günü kimi yazılmışdı. Proseslərin məntiqi nəticəsi kimi, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkiləri nəticəsində xalqın böyük etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev ölkəmizin inkişaf paradiqmalarını dövrün xüsusiyyətlərinə və zamanın tələblərinə müvafiq olaraq dəqiq müəyyənləşdirmiş və Azərbaycanın sabitlik adasına, təhlükəsizlik məkanına, inkişaf diyarına çevrilməsini təmin etmişdir.

Çox mühüm məqamlardan biri budur ki, Ümummilli Lider Heydər Əliyev daim milli həmrəyliyin qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xüsusi əhəmiyyət vermişdir. Həm SSRİ dövründə, həm də müstəqillik dönəmində respublikamıza rəhbərlik etdiyi zaman milli-mənəvi dəyərlərin yaşadılması, qorunması, gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-strateji hədəflərə çatmaq üçün kadr potensialının formalaşdırılması və digər istiqamətlərdə Ulu Öndər tərəfindən mühüm addımlar atılmışdır. Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə həyata keçirilən milli siyasət xalqımızın həmrəyliyini təmin etmiş və gücləndirmiş, istər ölkəmizdə, istərsə də respublikamızın hüdudlarından kənarda yaşayan soydaşlarımız vahid milli məfkurə olan azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmişdir. Özündə Vətənə sevgi, milli-mənəvi dəyərlərə hörmət, gənc nəslin vətənpərvərlik ideyası əsasında və milli ruhda yetişməsi kimi prinsipləri ehtiva edən azərbaycançılıq milli həmrəyliyimizin ideoloji əsasına çevrilmişdir. Bu ideologiyanın milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan bütün xalqların mənafeyini və hüquqlarını qoruması onun milli həmrəylik mənbəyinə çevrilməsini şərtləndirmişdir. Azərbaycançılıq ideologiyası, eyni zamanda, ölkəmizdə Vətəninə sıx mənəvi tellərlə bağlı olan, milli dəyərlərin və ənənələrin, dövlətçilik maraqlarının qorunmasına xüsusi həssaslıqla yanaşan, cəmiyyət həyatının müxtəlif sahələrində yüksək fəallıq göstərən və respublikamızı beynəlxalq müstəvidə layiqincə təmsil edən gəncliyin yetişməsi və milli ideya əsasında vətənpərvərlik ruhunda tərbiyəsində çox mühüm rol oynamışdır.

Ulu Öndərin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi dövr, eyni zamanda, Azərbaycanı böyük Zəfərə aparan yolun başlanğıcı olmuşdur. Müdrik dövlət xadimi Heydər Əliyev o zaman işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində sistemli və məqsədyönlü fəaliyyətin əsasını qoymuş, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda ardıcıl işlərə başlanılmışdır. Böyük siyasətin sirlərinə dərindən bələd olan Ümummilli Lider bilirdi ki, torpaqların işğaldan azad olunması - tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün güclü dövlət konsepsiyasını reallaşdırmaq lazımdır. Bunun üçün isə strateji hədəfləri dəqiq müəyyənləşdirmək, xüsusi olaraq bir neçə istiqamətdə milli məqsədləri gerçəkləşdirmək gərəkdir. Bunlardan biri və birincisi ilk növbədə ölkə daxilində sabitlik və təhlükəsizlik mühitinin təmin olunması idi.
Ulu Öndər Ümummilli Lider Heydər Əliyevin sayəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, daimi və dönməz oldu. Xalqımız Ulu Öndərimizin bu xidmətlərini heç vaxt unutmur və unutmayacaqdır. Həmin siyasətin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan 30 illik torpaq həsrətinə son qoydu.
Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır.
Ümummilli Lider Heydər Bütün Ömürünü Azərbaycana və Azərbaycan Xalqına Həsr Etmişdir.
Ulu Öndər Heydər Əliyev Tarix Yaradan Dahi Şəxsiyyətdir.
Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin Qurucusu və Memarıdır.
Müstəqil Azərbaycan Dövlətinin Adı Ümummilli Lider Heydər Əliyev ilə bağlıdır.

Son olaraq mən sözlərimi Ulu Öndərim Ümummilli Liderim, Dahim Heydər Babamla Bağlı öz şeirimlə bitirmək istəyirəm.

Xalqımızın fəxri şanı
Xatırlayım hansı anı
Dolanmısan bu dünyanı
Heydər ata
Heydər Baba

Vətənimi azad edən
El qədrin daim bilən
Torpağını qəlbən sevən
Heydər Ata
Heydər Baba

İlham təki oğlun vardır
Ömür yolun bir bahardır
Xalqın hər an bəxtiyardır
Heydər Ata
Heydər Baba

Azərbaycan Mədəniyyəti Sosial Platformasının İcraçı Direktoru Fərid Şərifov.

Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI