Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Alimlər Misir piramidalarının sirrini açdı: Daş bloklar belə daşınırmış

Alimlər Misir piramidalarının sirrini açdı: Daş bloklar belə daşınırmış
2-05-2025, 18:05 118 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Alimlər qədim Misirdə piramidaların tikintisində istifadə olunan daş blokların necə daşındığını müəyyən ediblər. Yeni arxeoloji araşdırmalar göstərir ki, bu nəhəng və ağır daşlar inşaat ərazilərinə Nil çayının qurumuş qolu vasitəsilə su yolu ilə daşınıb.
tədqiqatçılar bildirirlər ki, qədim misirlilər daş blokları əvvəlcə çayın kənarına gətirir, sonra isə su axını sayəsində tikinti sahəsinə qədər çatdırırdılar. Bu, o dövr üçün həm praktik, həm də ağıllı bir həll yolu olub.
Bununla yanaşı, digər elmi versiyalar da mövcuddur. Tarixçi Herodotun fikrincə, taxta domkratlar vasitəsilə daşların qaldırılması və yerinin dəyişdirilməsi mümkün olub. Eyni zamanda bəzi tədqiqatçılar bildirirlər ki, daşların yuxarıya doğru daşınması üçün torpaqdan hazırlanmış maili rampalardan istifadə olunub.
Yeni araşdırmalar piramidaların inşasında həm su, həm də quru logistikası üsullarının tətbiq edildiyini göstərməklə, qədim Misir mühəndisliyinin nə qədər inkişaf etmiş olduğunu bir daha sübut edir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI