Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Multidissiplinar Müalicənin Aparılmasında Tibb Bacısının Rolu” adlı seminar keçirilmişdir.

“Multidissiplinar Müalicənin Aparılmasında Tibb Bacısının Rolu” adlı seminar keçirilmişdir.
10-04-2026, 12:13 384 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

04 Aprel 2026-cı il tarixində Azərbaycan Tibb Bacıları Assosiasiyası İctimai Birliyinin və Liv Bona Dea Hospitalın birgə təşkilatçılığı ilə “Multidissiplinar Müalicənin Aparılmasında Tibb Bacısının Rolu” adlı seminar keçirilmişdir.

Seminarın rəsmi açılışında ev sahibliyi edən Liv Bona Dea Hospitalın direktoru Taner Özbek qonaqları salamlayaraq, xoş sözlər və uğurlar arzu etmişdir.

Daha sonra seminar Liv Bona Dea Hospital xəstəxanasının Tibb bacıları şöbəsinin müdiri Miyasegül Pıçakçı tərəfindən davam etdirilmişdir.

İlahə İsmayılova – Respublika Pediatriya Mərkəzi Tibb Bacıları Şöbəsinin müdiri, Azərbaycan Tibb Bacıları Assosiasiyasının sədri.
Azərbaycan Tibb Bacıları Assosiasiyası İctimai Birliyinin təsisçisi və Sumqayıt Hospital MMC-nin baş tibb bacısı Mirvarid Siracovanın moderatorluğu ilə baş tutmuşdur.

Seminar zamanı aşağıdakı məruzəçilər çıxış etmişlər:

Əhmədova Ramilə – Liv Bona Dea Hospitalın infeksiya nəzarət üzrə böyük tibb bacısı:
“İnfeksiyalara nəzarət və profilaktikanın əhəmiyyəti”.

Ülviyyə İsgəndərova – RPM Nizami rayonu UYX-nın baş tibb bacısı:
“Qədim qan transfuziyasının inkişaf tarixi və müasir yanaşmalar”.

Fərqanə Həsənova – RPM Uşaq Xəstəxanasının baş tibb bacısı:
“Pediatrik nevrologiyada tibb bacısının rolu”.

Sevinc Məmmədova – Ağciyər Xəstəlikləri Mərkəzində anesteziologiya və intensiv terapiya şöbəsinin böyük tibb bacısı:
“Cərrahi əməliyyat zamanı anesteziya tibb bacısının rolu”.

Səbinə Babayeva – Liv Bona Dea Hospital reanimasiya baş tibb bacısı:
“Reanimasiya xəstələrində tibb bacısının rolu”.

Gülsüm Əlizadə – ETAXİ reanimasiya və intensiv terapiya şöbəsinin böyük tibb bacısı:
“Sepsis haqqında erkən diaqnozun qoyulmasında tibb bacısının rolu”.

Seminarın sonunda iştirakçılar və məruzəçilər arasında sual-cavab, geniş müzakirələr aparıldı, mövzular ətrafında fikir mübadiləsi həyata keçirildi.

#azerbaycantibbbacilariassosasiyasi
#sağlamlıq
#səhiyyə
#tibb

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI