Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şuşada Vaqif Poeziya Günləri çərçivəsində Aşıq Ələsgərin irsi anılıb

Şuşada Vaqif Poeziya Günləri çərçivəsində Aşıq Ələsgərin irsi anılıb
Dünən, 15:32 89 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Şuşada Vaqif Poeziya Günləri çərçivəsində silsilə tədbirlər keçirilir.
günün ilk tədbiri Aşıq Ələsgərin vəfatının 100 illik ildönümü münasibətilə "Sözün aşığı, sözün aşiqi" adlı tədbir olub.
Tədbirdə Aşıq Ələsgərin zəngin yaradıcılığı, Azərbaycan aşıq sənətinin inkişafındakı rolu və milli-mənəvi irsimizə verdiyi töhfələrdən bəhs edilib.
Bildirilib ki, sənətkarın irsi bu gün də öz aktuallığını qoruyur, onun poeziyası və saz sənəti yeni nəsillər üçün dəyərli mənəvi mənbə olaraq yaşayır.
Çıxışlarda Aşıq Ələsgərin yaradıcılığının Türk dünyasının ortaq mədəni irsinin mühüm tərkib hissəsi olduğu vurğulanıb.
Tədbir bədii hissə ilə davam edib.
Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyatı siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə jurnalistlərə açıqlamasında bildirib ki, builki poeziya günlərinin proqramı zəngindir:
"Tədbirlər dünəndən etibarən Qazaxda başlayıb və bu gün Şuşa ilə Ağdamda davam etdiriləcək. Aşıq Ələsgərə həsr olunmuş "Sözün aşığı, sözün aşiqi" tədbiri keçirilib. Daha sonra Xaqani Şirvaniyə həsr olunmuş növbəti proqram keçiriləcək. Bundan başqa, Mehmandarovların malikanəsində elmi konfrans təşkil olunacaq".
O həmçinin TÜRKSOY-la əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq Mədəniyyət Nazirliyinin yeni layihəsi – Türk dünyası ölkələrindən gələn gənc ədiblərin festivalının da baş tutacağını söyləyib.
Şöbə müdiri əlavə edib ki, Vaqif Poeziya Günləri çərçivəsində müxtəlif sənət kollektivlərinin hazırladığı tamaşalar da nümayiş etdiriləcək:
"Açıq havada təşkil olunacaq bu tədbirlərin həm Şuşa sakinləri, həm də şəhərin qonaqları üçün fərqli təcrübə olacağı gözlənilir. Tədbirlər sabah axşamadək davam edəcək. Proqramda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə, xüsusilə bu il yubileyi qeyd olunan ədiblərə həsr edilmiş xüsusi tədbirlər nəzərdə tutulub. Yubiley sahibləri ilə görüşlər və onların yaradıcılığına həsr olunan çıxışlar da keçiriləcək".
Qeyd edək ki, Vaqif Poeziya Günləri Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.

Qalereya

Şuşada Vaqif Poeziya Günləri çərçivəsində Aşıq Ələsgərin irsi anılıb
Şuşada Vaqif Poeziya Günləri çərçivəsində Aşıq Ələsgərin irsi anılıb
Şuşada Vaqif Poeziya Günləri çərçivəsində Aşıq Ələsgərin irsi anılıb
Şuşada Vaqif Poeziya Günləri çərçivəsində Aşıq Ələsgərin irsi anılıb
Şuşada Vaqif Poeziya Günləri çərçivəsində Aşıq Ələsgərin irsi anılıb
Şuşada Vaqif Poeziya Günləri çərçivəsində Aşıq Ələsgərin irsi anılıb
Şuşada Vaqif Poeziya Günləri çərçivəsində Aşıq Ələsgərin irsi anılıb
Şuşada Vaqif Poeziya Günləri çərçivəsində Aşıq Ələsgərin irsi anılıb
Şuşada Vaqif Poeziya Günləri çərçivəsində Aşıq Ələsgərin irsi anılıb


Şuşada Vaqif Poeziya Günləri çərçivəsində Aşıq Ələsgərin irsi anılıbŞuşada Vaqif Poeziya Günləri çərçivəsində Aşıq Ələsgərin irsi anılıbŞuşada Vaqif Poeziya Günləri çərçivəsində Aşıq Ələsgərin irsi anılıbŞuşada Vaqif Poeziya Günləri çərçivəsində Aşıq Ələsgərin irsi anılıbŞuşada Vaqif Poeziya Günləri çərçivəsində Aşıq Ələsgərin irsi anılıb

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI