Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bakıda BƏT-in Üçtərəfli Bəyannaməsinin Tətbiqinə Həsr Olunmuş Beynəlxalq Seminar Keçirilib

Bakıda BƏT-in Üçtərəfli Bəyannaməsinin Tətbiqinə Həsr Olunmuş Beynəlxalq Seminar Keçirilib
Dünən, 15:54 94 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Bakıda “Beynəlxalq Əmək Təşkilatının (#BƏT) transmilli şirkətlər və sosial siyasətə dair üçtərəfli Bəyannaməsinin Azərbaycanın xidmət və sənaye sektorlarında tətbiqi: həmkarlar ittifaqlarının potensialının, sosial dialoqun və əmək münasibətlərinin gücləndirilməsi” mövzusunda ikigünlük seminar təşkil olunub.
Tədbir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Xidmət və Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin, BƏT-in və “UNI Global Union” təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirin açılışında Xidmət və Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Fuad Ələkbərov, BƏT-in Azərbaycandakı milli koordinatoru Yaşar Həmzəyev, “UNI Global Union” təşkilatının layihə direktoru Giedre Lelyte, həmçinin tədbirə videobağlantı vasitəsilə qoşulan BƏT-in İşçilərin Fəaliyyəti Bürosunun Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskas layiqli əmək standartlarının və sosial tərəfdaşlığın əhəmiyyətindən danışıb, seminarın önəmini vurğulayıblar.
Seminarın sessiyaları çərçivəsində BƏT nümayəndəsi Qoça Aleksandria onlayn formatda BƏT-in üçtərəfli Bəyannaməsinin əsas müddəalarını və onların praktiki tətbiqi mexanizmlərini diqqətə çatdırıb, bu sahədə həmkarlar ittifaqlarının, işəgötürənlərin və transmilli şirkətlərin rolunu qeyd edib.
“UNI Global Union” təşkilatının təmsilçiləri – Giedre Lelyte və Matias Bolton kollektiv danışıqların gücləndirilməsi, çərçivə sazişlərinin transmilli şirkətlərdə sosial dialoqun inkişafına, korporativ sosial məsuliyyətin təşviqinə və işçilərin hüquqlarının müdafiəsinə töhfəsini diqqətə çatdırıblar.
Seminarın ikinci günü transmilli şirkətlərdə və onların tədarükçülərində işçilərin həmkarlar ittifaqlarında təşkilatlanması, yeni üzvlərin cəlb edilməsi və həmkarlar ittifaqlarının struktur baxımından inkişaf etdirilməsi yolları müzakirə olunub.
Seminarda həmçinin, rəqəmsallaşma, süni intellektin əmək bazarına təsiri, yeni yaranan əmək sahələri barədə fikir mübadiləsi aparılıb.
#AHİK #XidmətSənaye #BƏT

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI