Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi

Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
Dünən, 17:25 94 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Forumun təşkilatçılarından olan Aysel Məmmədova tədbirin məqsəd və əhəmiyyətindən VETENİM-AZERBAYCANDİR.AZ danışıb. O qeyd edib ki, bu kimi platformalar cəmiyyətin müxtəlif sahələrindən olan insanları bir araya gətirərək, ümumi məqsədlərə nail olmağa xidmət edir. Aysel xanım tədbirin gələcəkdə də mütəmadi olaraq keçirilməsinin zəruriliyini bildirib.
Təhsil və İnkişaf Platforması olaraq bizim əsas inancımız məqsədimiz təhsil və bərabərində təkcə dərslik bilikləri vermək deyil – insanın fərdi bacarıqlarını formalaşdırmaq, onun düşüncə tərzini, dəyərlərini, inamını və həyata olan münasibətini də inkişaf etdirməklə bərabər hətda müsbət yöndə dəyişməkdir.

Təhsil İnkişaf Forumu çərçivəsində ölkənin təhsil və ictimai həyatında mühüm rol oynayan şəxslərin iştirakı ilə geniş müzakirələr aparılıb. Tədbirdə millət vəkilləri, vətəndaş cəmiyyəti nümayəndələri və ictimai xadimlər bir araya gələrək təhsilin gələcək inkişaf perspektivlərini dəyərləndiriblər.

Millət vəkili Elman Nəsirov çıxışında ölkəmizdə təhsil sahəsində aparılan islahatların vacibliyinə toxunaraq, gənc nəslin bilikli və vətənpərvər ruhda yetişdirilməsinin strateji əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, təhsilin gücləndirilməsi dövlətin dayanıqlı inkişafının əsas təməlidir.

Digər millət vəkili Azər Allahverənov isə çıxışında təhsildə innovasiyaların tətbiqindən danışıb. O bildirib ki, rəqəmsal texnologiyaların sürətli inkişafı müəllim və şagird münasibətlərini də dəyişməkdədir və bu sahədə yeni yanaşmalara ehtiyac var. O, həmçinin cəmiyyətin bütün təbəqələrinin təhsil prosesinə cəlb edilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva təhsilin qadınların iqtisadi və sosial aktivliyində oynadığı rolu xüsusi qeyd edib. O bildirib ki, qadınların sahibkarlıq fəaliyyətinə qoşulmasında düzgün və keyfiyyətli təhsilin mühüm rolu var. Zemfira xanım qadınların təhsilə çıxış imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərə də diqqət çəkib.

Forum səmərəli fikir mübadiləsi və təhsilin inkişafına dair dəyərli təkliflərlə yadda qaldı.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI