17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
18:03 - IDEA ilə ICESCO arasında niyyət protokolu imzalanıb
18:02 - Leyla Əliyeva COP29 çərçivəsində dəniz canlılarına dair panel müzakirələrində iştirak edib
17:57 - Prezident İlham Əliyev bu məhkəmələrə hakimlər təyin edib - SƏRƏNCAM
17:55 - COP29-da Xəzəryanı dövlətlər arasında ekoloji əməkdaşlığın gücləndirilməsi müzakirə olunub
17:53 - Sabah "Yaşıl şəhər nəqliyyatı" mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək
Ailələrə Sosial Dəstək” İB “Təhsil Gələcəkdir” layihəsinin icrasına başlayıb
Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Ailələrə Sosial Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Təhsil Gələcəkdir” layihəsi 01 sentyabr 2022-ci il tarixindən fəaliyyətə başlayıb.
Layihənin məqsədi insanların əsas hüquqlarından birinin təhsil almaq olduğunun yeniyetmə qızlara aşılanması, uşaqların, xüsusilə də qızların cəmiyyətin inkişafında mühüm faktorlardan olan təhsildən yayınmaması, qızların təhsillərini davam etdirərək inkişafla ayaqlaşmasına, maddi və mənəvi müxtəlifliyin içində doğrunu seçməklərinə, mütərəqqi düşünə bilmək və mütərəqqi ola bilmələrinə stimul vermək, yeniyetmə qızların harmonik inkişafına kömək edilməsi, geriqalma probleminin aradan qaldırılmasıdır.
Layihənin icra müddəti 3 aydır. 3 ay ərzində Quba rayonunda tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Keçirilən tədbirlər nəticəsində yeniyetmələr erkən nikahın zərərləri, təhsilin bugünkü və gələcək əhəmiyyəti barədə məlumatlanacaqlar, məktəblilər arasında erkən nikah və onun fəsadları haqqında maariflənmə işləri genişlənəcək, yeniyetmələrə təhsilin başlıca məqsədlərindən olan “öyrənməyi öyrətmək” prinsipi aşılanacaq, yeniyetmə qızların potensial imkanları üzə çıxacaq, yeniyetmələr arasında aparılan maarifləndirmə işləri vasitəsilə problem ailələrə nüfuz edəcək, valideynlərin bu problemə diqqəti artacaqdır.
Layihə çərçivəsində əldə olunacaq bütün nəticələr sosial media hesabları üzərindən ictimaiyyətin diqqətinə çatdırılacaqdır.
Bunun üçün layihənin icra qrupu kütləvi informasiya vasitələri ilə geniş əməkdaşlıq əlaqələrinin qurulmasında və bu əsasda intensiv məlumat mübadiləsinin aparılmasında maraqlı olduğunu əminliklə ifadə edir.
Rəhimova Esmira Hüseyn qızı
"Vətənim-Azərbaycandır.az"