Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Regionların inkişafı daim dövlət siyasətinin mərkəzindədir

Regionların inkişafı daim dövlət siyasətinin mərkəzindədir
28-07-2021, 08:00 553 dəfə baxılıb

egionların inkişafı daim dövlət siyasətinin mərkəzindədir
    
    Dövlətimizin başçısı regionlara müntəzəm səfərlər edir
    
    Azərbaycanın regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəlməsinə təkan verib. Bu da bir daha göstərir ki, regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi xüsusi diqqət mərkəzində saxlanılır və Prezidentimiz cənab İlham Əliyev bu məqsədlə ölkənin bütün şəhər və rayonlarına müntəzəm səfərlər edir, görülən işlərlə şəxsən maraqlanır.
    Həyata keçirilən sosial-iqtisadi proqramlar, meqalayihələr, yatırılan investisiyalar və icra olunan tapşırıqlar sayəsində bu gün müstəqil Azərbaycan böyük valyuta ehtiyatına sahibdir. Əlbəttə ki, bu, bir daha təsdiq edir ki, Azərbaycan qısa zaman ərzində böyük inkişaf yolu keçib. Davamlı olaraq cənab Prezidentimiz regionlara səfərlər edərək verdiyi tapşırıqların və göstərişlərin icrası ilə yerində maraqlanıb, eləcə də mühüm sosial obyektlərin, mədəniyyət mərkəzlərinin açılışı, avtomobil yollarının yenidən qurulması işləri ilə tanış olub, hərbi hissələrə baş çəkib, sakinlərlə görüşlər onların qayğısıyla yerindəcə maraqlanır.
    Bir sözlə, uğurla icra edilən dövlət proqramları ölkəmizin inkişafında mühüm rola malik olmaqla yanaşı, vətəndaşlarımızın sosial rifahının yüksəlişində də ciddi yer tutur.
    
    Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini
    
    
    
    Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra edilir
    
    Artıq gözlə görünən bir faktdır ki, regionlarımızdakı vəziyyət tamamilə dəyişib. Regionlar sözün əsl mənasında yeni bir simaya malik olublar. Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və sahibkarlıq mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb.
    Bu gün regionlarımızın inkişafını şərtləndirən əsas amil odur ki, onlar ölkənin ümumilikdə həyata keçirilən sosial-iqtisadi inkişafı strategiyasından təcrid edilmir. Azərbaycanda regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır. Bu yanaşmanın nəticəsində regionların inkişafı üzrə ayrıca dövlət proqramları hazırlanaraq icra edilir. Hazırda regionların inkişafı üzrə sayca 4-cü dövlət proqramı icra edilir.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanları ilə təsdiq edilmiş regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının əsas məqsədi regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin növbəti illərdə də davam etdirilməsi, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, yerlərdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsidir.
    
    Abbas Nağıyev – Dəli Quşçu kənd sakini, ağsaqqal
    
    
    
    Azad edilmiş ərazilərdə ilin sonunadək bütün elektrik təsərrüfatı qurulacaq.
    
    Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan və 44 gündən sonra şanlı Azərbaycan ordusunun tam qələbəsi ilə başa çatan Vətən müharibəsi regionun və dünyanın siyasi və iqtisadi xəritəsində əhəmiyyətli dəyişiklik etdi. Qələbədən dərhal sonra azad edilmiş torpaqlarımızda başlanan yenidənqurma və bərpa işlərinə bütün dövlət və özəl sektorun qoşulmasını əsl birliyin göstəricisi idi. Məhz bu birliyin bariz nümunəsi olaraq ölkədə aparılan enerji siyasətinin tərkib hissəsi kimi həmin ərazilərdə elektrik enerjisi infrastrukturunun yenilənməsi və bərpası işlərini də göstərmək olar.
    Cənab prezidentimiz İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Azərnerji” ASC tərəfindən işğaldan azad edilmiş ərazilərdə elektroenergetika infrastrukturu yaradılması və respublikanın enerji strukturuna inteqrasiyası istiqamətində "Qarabağ Enerji Strategiyası hazırlanıb”. Qarabağ enerji strategiyası öz-özlüyündə hər bir rayonda yüksək gərginlikli yarımstansiyaların tikintisini və onların yüksək gərginlik xətləri ilə ölkə sisteminə inteqrasiyasını nəzərdə tutulmuşdur.
    Aparılan işlər nəticəsində azad edilmiş ərazilərdə məskunlaşacaq vətəndaşlarımız bu sahədə yarana biləcək problemdən uzaq olacaqlar. Belə ki, Azərbaycanda ilk dəfə olaraq məhz işğaldan azad edilmiş ərazilərdə izolyasiyalı və mühafizə olunan yüksəkgərginlikli elektrik kabellərinin çəkilişini həyata keçiriləcəkdir. İlk dəfə olaraq azad edilmiş ərazilərdə bu kabellərdən istifadə etməklə Azərbaycan MDB məkanında da bir ilk imza atmış oldu.
    
    Eldar Xəlilov – Sosial Xidmətlər Agentliyinin 25 saylı filialının böyük mütəxəssisi
    
    
    
    Pandemiya ilə mübarizədə Azərbaycanın beynəlxalq təşəbbüsləri
    
    Ümumbəşəri bəla olan koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişdi və nəticədə yeni reallıqlar meydana çıxdı. Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının videoformat şəklində Zirvə ğörüşlərinin keçirilməsi, həmçinin dövlətimizin başçısının Qoşulmama Hərəkatının sədri qismində BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasını təklif etməsi bunun təsdiqidir.
    Cənab Prezidentimiz İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə COVID-19 qlobal pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyini önə çəkərək "Heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı dəstək, özünəqapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik” çağırışını etmişdir.
    Azərbaycanın pandemiyadan təkmil xilas modeli beynəlxalq səviyyədə təqdir olundu və bu gün əksər dövlətlər bu təcrübəmizdən istifadə edir. Nəzərə alsaq ki, COVID-19 dünya müharibəsi ilə eyniləşdirilir, bu halda onun fəsadlarını təsəvvür etmək çətin deyil. Bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki müstəsna yerini və rolunu, qlobal və regional problemlərin həllində söz sahibi olduğunu bir daha göz önündə canlandırır.
    Ümumbəşəri bəla olan koronavirus pandemiyası dövlətlər, xalqlar arasında birliyin, həmrəyliyin vacibliyini bir daha aktuallaşdırdı. Bu gün koronavirusa qarşı mübarizədə hər bir dövlətin həyata keçirdiyi tədbirlərin diqqətdən keçirilməsi, səylərin birləşdirilməsi əsas müzakirə mövzusudursa, Azərbaycanın təcrübəsi Ümumdünya Səhiyyə Təşkilatının təmsilçilərinin də etiraf etdikləri kimi, təqdirəlayiqdir. Azərbaycan beynəlxalq birliyin fəal üzvü kimi daim öz sözünü deyir, hər bir məsələnin həllində vahid yanaşmanın müəyyənləşdirilməsinin birlikdən, həmrəylikdən asılı olduğunu açıqlayır.
    
    Səbuhi Kərimov-Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri
    
    
    
    Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqaməti xalqın sosial rifahının yüksəldilməsi ilə bağlıdır
    
    Prezident İlham Əliyev fəaliyyəti dövründə regionalara yüksək diqqət və qayğı göstərir. Bu mənada ölkə başçısının səfərləri xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqaməti xalqın sosial rifahının yüksəldilməsi ilə bağlıdır. Bu mənada regionlarda yaşayan insanlar xüsusi diqqət və qayğı tələb edir. Artıq uzun müddətdir ki, ölkəmizdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramlar icra edilməkdədir. Məhz bu proqramların uğurlu icrası nəticəsində regionlarımiz ilbəil inkişaf edir, Avropa standartlarına inteqrə olunurlar. Bu proses də özlüyündə insan faktoruna ciddi təsir edir. Regionlarda sosial rifah yüksəlir, yeni iş yerləri açılır, sahibkarlar üçün yeni imkanlar yaradılır. Bu mənada Prezidentin regionlara səfəri xüsusi əhəmiyyət kəsb edir. Ölkə başçısı verdiyi tapşırıqları yerindəcə yoxlaması məmurlardan məsuliyyət yaradır. Azərbaycanın paytaxtı ilə yanaşı, regionlarının inkişafı məsələləri də Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Hətta hazırda koronavirus infeksiyasının bəşəriyyəti sınağa çəkdiyi bir vaxtda da dövlət başçısı regionlara səfərlərini davam etdirir, vətəndaşların sağlamlığı, təhlükəsizliyi ilə bərabər, rayonlarımızda sosial-iqtisadi inkişafla bağlı real vəziyyətlə tanış olur. Bu günlərdə Azərbaycan liderinin Daşkəsə səfəri də bu baxımdan böyük əhəmiyyətə malikdir.
    Azərbaycan Prezidenti İlham Əliyevin regionlara səfərləri həmişə yeni-yeni infrastruktur obyektlərinin, müxtəlif istehsal sahələrinin açılışı, o cümlədən, çoxlu sayda iş yerlərinin yaradılması ilə yadda qalır. Bu səfər də ölkənin ardıcıl və dayanıqlı iqtisadi inkişafının təmin olunmasına, eyni zamanda, regionlarda sosial problemlərin həllinə əhəmiyyətli töhfə oldu. Hamıya yaxşı məlumdur ki, regionlarımızın simasının köklü surətdə dəyişməsi, tərəqqisi, yenidən qurulan infrastrukturu ölkəmizin ümumi inkişafına böyük təkan verir. Dövlət başçısının regionlara mütəmadi səfərlər etməsinin əsas qayəsi də elə budur: vəziyyətlə yerindəcə tanış olmaq, vətəndaşlarla görüşüb onların güzəranı, həyat səviyyəsi ilə maraqlanmaq, çatışmazlıqları aradan qaldırmaq, görülməli olan işlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini vermək. Bütün bunlar pandemiya dövründə ölkənin sosial-iqtisadi inkişafı, insanlar üçün yeni-yeni iş yerlərinin açılması ilə bağlı məsələlərin də dövlət başçısının diqqətində olduğunu göstərir. Şübhəsiz ki, Prezident İlham Əliyevin koronavirusla mübarizə sahəsində həyata keçirdiyi tədbirlər də kifayət qədər effektivliyi ilə seçilir, düşünülmüş qabaqlayıcı addımlar əhalini böyük fəlakətdən qoruyur. Əminik ki, Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev həmişə vətəndaşın yanındadır, ölkənin rifahı naminə çalışır.
    
    Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri
    
    
    
    Ermənilər təfindən təbii sərvətlərimizə səyən zərər yüz milyardlarla ölçülür
    
    Uzun illər Azərbaycanın təbii sərvətlərini talayan, yaşayış məntəqələrini və infrastruktur obyektlərini dağıdan, məscidləri təhqir edən Ermənistan bu əməllərinə görə hüquqi məsuliyyət də daşıyacaq. Qeyd olunur ki, 30 il işğal altında qalmış Azərbaycan ərazilərində 155 faydalı qazıntı yatağı, o cümlədən Zəngilan və Kəlbəcərdə qızıl mədənləri ermənilər tərəfindən qanunsuz olaraq istismar edilib. Təxmini hesablamalar göstərir ki, Ermənistan işğal etdiyi hər bir Azərbaycan rayonuna 6-8 milyard dollar ziyan vurub. Ümumi zərər isə yüz milyardlarla ölçülür. Birinci və İkinci Dünya müharibələrindən, habelə Körfəz müharibəsindən sonra vurulmuş zərərin təzminatla ödənilməsi təcrübəsi mövcuddur və Azərbaycan hökuməti də bunları əsas tutaraq beynəlxalq məhkəməyə müraciət edəcək.
    
    Elyurə Məmmədova Rayon Mədəniyyət Mərkəzinin direktoru
    
    
    
    Regionların inkişafına dair ilk dövlət proqramı qəbul edilərkən qeyri-neft sənayesi ölkənin gələcək iqtisadi inkişafının priorititet istiqamətlərindən biri kimi seçilmişdi.
    
    Bu gün qeyri-neft sektoru sürətlə inkişaf edir və hazırda bu sahə ümumi daxili məhsulun 70 faizdən çoxunu təşkil edir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın hədəfi ixracatı şaxələndirmək və ixracyönümlü qeyri-neft məhsullarının siyahısını genişləndirməkdir. Bu istiqamətdə də hər keçən gün real uğurlar əldə edilir. Məhz məqsədyönlü siyasət nəticəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı neft sektorunun artım dinamikasını üstələyib və bu təbii ki, məmnunluq doğurur. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Regionların inkişafına dair ilk dövlət proqramı qəbul edilərkən qeyri-neft sənayesi ölkənin gələcək iqtisadi inkişafının priorititet istiqamətlərindən biri kimi seçilmişdi. Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Hazırkı dövrdə sənayenin yeni modellərin tətbiqi ilə inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qlobal çağırışlarla uzlaşan sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın daha da azaldılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yeni imkanlar açır.
    
    Abuzər Xəlilov-Şəftəhal kənd sakini, ağsaqqal
    
    
    
    Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı bir çox sərəncamlar imzalanıb
    2003-cü ildən etibarən Azərbaycanın iqtisadi sahədə həyata keçirdiyi siyasətin uğurlarını şərtləndirən əsas amillərdən biri də məhz inkişafın mərkəz və regionlar üzrə tarazlı xarakter daşıması, rentabelli istehsal sahələrinin ölkənin bütün regionlarını əhatə etməsi, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, infrastrukturun yeniləşdirilməsi tədbirləri ilə sıx şəkildə bağlıdır. Məhz bu iqtisadi strategiya regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə, oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsinə imkan yaratmışdır. Hazırda Azərbaycanın hər bir rayonu, kəndi, qəsəbəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Bütün rayonlar arasında sağlam rəqabət gedir. Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı bir çox sərəncamlar imzalanıb. Bu sərəncamlar bölgələrimizdə yüksək nəticələrə yol açıb. Çünki məqsəd insanların rahat, yüksək rifah şəraitində yaşamasını təmin etməkdən ibarətdir. Ölkə Prezidenti İlham Əliyevin bölgələrə ardıcıl səfərləri, hər səfərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə tədbirlər planını təsdiqləməsi, Prezidentin ehtiyat fondundan vəsaitlərin ayrılması və s. kimi mühüm tədbirlər həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardır. Bu baxımdan regionlarda yeni müəssisələrin, iş yerlərinin açılması, yerli şəraitə uyğun olaraq perspektivlərin müəyyən edilməsi problemlərin həlli üçün mühüm əhəmiyyət daşıyır.
    
    Nailə Əliyeva Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri
    
    
    
    Regionların inkişafı daim dövlət siyasətinin mərkəzindədir
    
    2003-cü ildən etibarən Azərbaycanın iqtisadi sahədə həyata keçirdiyi siyasətin uğurlarını şərtləndirən əsas amillərdən biri də məhz inkişafın mərkəz və regionlar üzrə tarazlı xarakter daşıması, rentabelli istehsal sahələrinin ölkənin bütün regionlarını əhatə etməsi, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, infrastrukturun yeniləşdirilməsi tədbirləri ilə sıx şəkildə bağlıdır. Məhz bu iqtisadi strategiya regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə, oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsinə imkan yaratmışdır. Hazırda Azərbaycanın hər bir rayonu, kəndi, qəsəbəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Bütün rayonlar arasında sağlam rəqabət gedir. Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı bir çox sərəncamlar imzalanıb. Bu sərəncamlar bölgələrimizdə yüksək nəticələrə yol açıb. Çünki məqsəd insanların rahat, yüksək rifah şəraitində yaşamasını təmin etməkdən ibarətdir. Ölkə Prezidenti İlham Əliyevin bölgələrə ardıcıl səfərləri, hər səfərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə tədbirlər planını təsdiqləməsi, Prezidentin ehtiyat fondundan vəsaitlərin ayrılması və s. kimi mühüm tədbirlər həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardır. Bu baxımdan regionlarda yeni müəssisələrin, iş yerlərinin açılması, yerli şəraitə uyğun olaraq perspektivlərin müəyyən edilməsi problemlərin həlli üçün mühüm əhəmiyyət daşıyır. Bildiyimiz kimi, artıq 2004-cü ildən ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə regionların sosial iqtisadi inkişafı istiqamətində dövlət proqramları qəbul olunur. Artıq 4-cü dövlət proqramının icrası həyata keçirilir. Dövlət proqramlarının icrası nəticəsində hər bir bölgəmizdə inkişafın şahidi oluruq. 2004-cü ildən başlanan regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının icrası nəticəsində ölkəmizdə milyonlarla iş yeri açılıb, insanların məşğulluğu təmin edilib, qeyri-neft sektorunun inkişafı istiqamətində vacib addımlar atılıb. 22 iyul 2021-ci il tarixdə ölkə Prezidenti cənab İlham Əliyevin qərb bölgəsinə səfərləri çərçivəsində bir daha gördük ki, regionlarımızın hər bir bölgəsinin, xüsusən də qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılır. Regionların sosial-iqtisadi inkişafı hər zaman ölkə Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olub. Bu günlərdə elə Prezidentin fərmanı ilə təsdiq olunan yeni iqtisadi zonaların bölgüsü də açıq şəkildə göstərir ki, artıq işğaldan azad olunmuş ərazilərimizin də iqtisadi zona kimi inkişafı yeni bölgüdə öz yerini tapıb. Buraya Qarabağ iqtisadi zonası, o cümlədən, Şərqi Zəngəzur iqtisadi zonasını əlavə edə bilərik. Ölkəmizdə sənayenin, kənd təsərrüfatının, istehsal sahələrinin inkişafı yalnız qeyri-neft sektorunun inkişafına töhfə vermir, həmçinin idxalın azalmasının da qarşısını alır. Beləliklə, Azərbaycan artıq idxal edən ölkədən daha çox, ixrac edən ölkəyə çevrilməkdədir. Bu, vacib amildir ki, sayəsində ölkədə çox sayda müəssisələr açılır, insanlar iş yerləri ilə təmin olunurlar, iqtisadi inkişaf artır, ölkədən valyutanın çıxmasının qarşısı alınır. Ölkə başçısı cənab İlham Əliyevin bölgələrimizin inkişafını diqqət mərkəzində saxlaması, bir çox bölgələr üçün xarakterik sahələrin inkişafı, eyni zamanda innovativ tədbirlərin həyata keçirilməsi Azərbaycanın inkişafına böyük töhfə verir.
    
    Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru
    
    
    
    Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı icra edilir.
    
    Azərbaycanda sosial-iqtisadi inkişaf keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Pandemiya şəraitinə baxmayaraq, ölkəmizdə bu istiqamətdə nəzərəçarpacaq irəliləyiş müşahidə olunur. Siyasi sahədə olduğu kimi sosial-iqtisadi sferada da nailiyyətlərin əldə olunması şübhəsiz ki, ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu strategiyanın və islahatların nəticəsidir. İllər öncə Prezident bölgələrin potensial imkanlarından istifadə etmək məqsədilə regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramını təsdiqləmişdi. Artıq 2004-cü ildən icrasına başlanılan bu proqramlar regionların inkişafına ciddi təkan verdi. Hazırda dövlətin qarşısında duran əsas prioritetlərdən biri regionların inkişafını sürətləndirmək, əhalinin rifahını yüksək səviyyəyə qaldırmaqdır. Bütün addımlar məhz buna hesablanıb. "Regionların sosial iqtisadi inkişafının Dövlət Proqramı”nın icrası nəticəsində regionlarda işlər uğurla həyata keçirilmişdir. Belə ki, regionda sənayenin, kənd təsərrüfatının, o cümlədən sosial sahənin elektrik təchizatı ilə yaxşılaşdırılması sahəsində əsaslı tədbirlər həyata keçirilmişdir. Bu da yeni iş yerlərinin yaradılmasına, əhalinin özünə məşğulluq səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Kənd yollarının 80%-dən çox hissəsi yenidən çəkilmiş, səhiyyə, mədəniyyət obyektləri tikilib istifadəyə verilmiş və ya əsaslı şəkildə təmir edilmişdir. Bu da əhalinin sosial rifahının yaxşılaşdırılmasına, büdcə gəlirlərinin artmasına səbəb olmuşdur. Yeni yaradılan istehsal və sənaye obyektlərinin işləməsi regionların gələcək iqtisadi potensialını gücləndirəcəkdir. Kənd təsərrüfatı sahəsində aparılan innovativ islahatlar bu sahənin dayanmadan şaxələnməsinə şərait yaratmışdır. Belə ki, kənd təsərrüfatında ixrac yönümlü məhsulların istehsalı artmış, yaxın xarici ölkələrə məhsul ixracının dövriyyəsi genişlənmişdir. Bu da iqtisadi rentabelliyin, sahibkarların gəlirlərinin artması ilə nəticələnmişdir. Böyük aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin təmin olunmasına, emal sənayesinin yaradılmasına səbəb olmuşdur. Kiçik fermer təsərrüfatlarının yeni texnologiyalarla, iqtisadi resurslarla təmin edilməsi üçün praktiki işlərin görülməsi, iri və xırda təsərrüfatların intensiv üsullarla inkişafı məhsul istehsalının artmasına, respublikada ərzaq təhlükəsizliyinin tamamlanmasına böyük təkan vermişdir. Aqroparkların yaradılması məhsuldarlığın artmasına, əkinçiliyin və heyvandarlığın intensiv inkişafına şərait yaradır. Yüzlərlə yerli sakin bu aqroparklarda işlə təmin olunur, onların sosial şəraiti yaxşılaşır. Aqrar sahənin inkişafı üçün ümumi investisiya qoyuluşlarının artması, güzəştli şərtlərlə kreditlərin verilməsi, yeni subsidiya proqramlarının həyata keçirilməsi məhsul istehsalının artmasına, keyfiyyətli məhsulun istehsalına zəmin yaradır. Regionlarda sənaye sahələrinin yenidən qurulması, xarici investisiyaların regionlara cəlb olunması regionların iqtisadi inkişafının əsasını təşkil edir. Regionlarda aqrar sahənin intensiv inkişafı kənd təsərrüfatının suvarma və əhalinin içməli suya olan tələbatının yeni texnologiyalarla təmin edilməsinə səbəb olacaqdır. İnkişaf etmiş ölkələrdən bu sahədə yeni texnologiyaların respublikanın regionlarına cəlb olunması torpaqlardan səmərəli istifadənin, orqanik və ixrac yönümlü kənd təsərrüfatı məhsullarının istehsalını təmin edəcək, sahənin iqtisadi gəlirliyini artıracaqdır. Beləliklə, dövlət proqramları sayəsində həyata keçirilən bütün bu tədbirlər respublikamızı dünya miqyasında stabil, dayanıqlı inkişaf dinamikasına malik ölkə kimi tanıtmış, dövlətlərin ən yüksək beynəlxalq iqtisadi meyarları təyin edən qurumlarının reytinqində yüksək mövqelər tutmuş və beynəlxalq donorların və investorların ölkəyə marağı xeyli artmışdır.
    
    Ləman Səfərəliyeva – Fəal gənc
    
    
    
    Pandemiya ilə mübarizədə Azərbaycanın beynəlxalq təşəbbüsləri
    
    Hər sahədə inkişafını təsdiqləyən, proaktiv addımları ilə həmişə problemləri qabaqlayan Azərbaycan Covid19 virusu zamanı da çoxsaylı və effektiv addımları sayəsində virusa yoluxmuş insanların statistikasında müsbətə doğru köklü dəyişikliklər edə bildi. Ölkədə atdığı addımlar sayəsində virusun baş alıb getdiyi dünyada Azərbaycanda rəqəmlərin az olması da edilənlərin əyani sübutudur.
    Azərbaycan dövləti təkcə daxilində viruslardan qorunmanı təmin etməklə bərabər, eyni zamanda dünya xalqlarının da əmin-amanlıq və rifahını düşünür. Biz xəstəliksiz və sağlam dünya arzulayır və eyni zamanda, bunun üçün digər ölkələrə yardımlar da edirik. Azərbaycanın təşəbbüsü ilə keçirilmiş Zirvə görüşündə Covid19-la bağlı məsələlər müzakirə olundu. Biz 30-dan çox ölkəyə maddi və humanitar yardımlar göstərdik. Bu ölkələrin çoxu Qoşulmama Hərəkatına üzv olan ölkələrdir. Həmçinin bizim təşəbbüsümüzlə Covid19 virusu ilə bağlı BMT Baş Assambleyasının Xüsusi sessiyası keçirildi. Və keçirilmiş sessiyada digər əsas addımlar atıldı.
    Xüsusən qazandığımız qələbədən sonra ölkələr bizə güvənir. Onlar bilirlər ki, biz verdiyimiz vədlərə sadiqik. Biz həmçinin bəzi ölkələrə vaksinləşmə prosesində də yardım edəcəyik. Çünki zəngin ölkələr vaksinlərin 82 faizini əldə edərkən, kasıb ölkələrə bunların 0.3 faizi güclə çatır. Bu bölgü doğru və ədalətli deyil. Vaksin millətçiliyinə qarşı biz fəal mübarizə aparırıq. Məqsədimiz Azərbaycanda qurduğumuz firavanlığı dünyada görməkdir.
    

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI