Ordu quruculuğunun inkişafı Ümummilli Lider Heydər Əliyevin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil etmişdir.
9-05-2024, 18:47
512 dəfə baxılıb
VETENİM-AZERBAYCANDIR.AZ
AZƏRBAYCAN DÖVLƏT MÜSTƏQİLLİYİNİ BƏRPA ETDİKDƏN SONRA DÖVLƏT QURUCULUĞUNUN BÜTÜN SAHƏLƏRİNDƏ, O CÜMLƏDƏN HƏRBİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ SAHƏSİNDƏ GÖRDÜYÜ ƏZƏMƏTLİ İŞLƏR ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ADI İLƏ SIX BAĞLI OLMUŞDUR. HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANDA SİYASİ HAKİMİYYƏTƏ İKİNCİ DƏFƏ QAYIDIŞI ÖLKƏ TƏHLÜKƏSİZLİYİNİN ƏSAS QARANTI OLAN ORDUMUZUN YENİDƏN QURULMASINDA MÜHÜM MƏRHƏLƏNİN BAŞLANĞICINI QOYDU. ÜMUMMİLLİ LİDER HAKİMİYYƏTƏ QAYIDIŞININ İLK GÜNLƏRİNDƏN ETİBARƏN ERMƏNİ TƏCAVÜZÜNƏ QARŞI MÜBARİZƏDƏ QALİB GƏLMƏK ÜÇÜN GÜCLÜ ORDU YARATMAQ VƏ ÖLKƏNİN ETİBARLI MÜDAFİƏSİNİN TƏMİN EDİLMƏSİ İSTİQAMƏTİNDƏ TƏXİRƏSALINMAZ TƏDBİRLƏR GÖRMƏYƏ BAŞLADI. İLK VAXTLARDA ORDU QURUCULUĞU İLƏ BAĞLI CƏMİYYƏTİMİZDƏ SON DƏRƏCƏ BƏDBİN BİR ƏHVAL-RUHİYYƏ VAR İDİ. MƏHZ HEYDƏR ƏLİYEV BELƏ BİR ŞƏRAİTDƏ XİLASKARLIQ MİSSİYASINI ÖZ ÜZƏRİNƏ GÖTÜRƏRƏK QISA VAXT ƏRZİNDƏ AZƏRBAYCANIN HƏRBİ TƏHLÜKƏSİZLİYİNİ TƏMİN ETMƏK MƏQSƏDİLƏ REAL QÜVVƏLƏRİ FORMALAŞDIRA BİLDİ. AZƏRBAYCANDA ORDU QURUCULUĞUNUN YENİ ƏSASLAR ÜZƏRİNDƏ QURULMASININ QISA VAXT ƏRZİNDƏ REALLAŞDIRILMASININ ƏN BÖYÜK SƏBƏBLƏRİNDƏN BİRİ HEYDƏR ƏLİYEV TƏRƏFİNDƏN XALQIN BU PROSESƏ CƏLB EDİLMƏSİ OLMUŞDU. ULU ÖNDƏR ORDU QURUCULUĞU SAHƏSİNDƏ MÖCÜZƏ YARADARAQ QISA MÜDDƏT ƏRZİNDƏ GÜCLÜ, İNTİZAMLI VƏ VAHİD KOMANDANLIQ ƏTRAFINDA BİRLƏŞMİŞ ORDU YARATDI. ERMƏNİSTANLA 1994-CÜ İLDƏ İMZALANMIŞ ATƏŞKƏS ORDU QURUCULUĞUNUN SÜRƏTLƏNMƏSİ ÜÇÜN YENİ İMKANLAR YARATMIŞ OLDU. ATƏŞKƏS DÖVRÜNDƏ ORDUNUN YENİDƏN FORMALAŞDIRILMASI ÜÇÜN ULU ÖNDƏR DÖVLƏTİN STRATEJİ SİYASƏTİNİ MÜƏYYƏNLƏŞDİRDİ, MİLLİ ZABİT KADRLARININ HAZIRLANMASI ÜÇÜN MÜKƏMMƏL HƏRBİ TƏHSİL SİSTEMİ FORMALAŞDIRDI, ORDUNUN MADDİ-TEXNİKİ BAZASININ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ TƏXİRƏSALINMAZ İŞLƏR GÖRÜLDÜ. HEYDƏR ƏLİYEV ORDU QURUCULUĞUNDAN DANIŞARKƏN DƏFƏLƏRLƏ QEYD ETMİŞDİ Kİ, “AZƏRBAYCANDA ORDU QURUCULUĞU KAMPANİYA XARAKTERİ DAŞIMAMALIDIR. ORDU AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNİN RƏMZİDİR VƏ ONA GÖRƏ DƏ BU PROSES DAVAMLI OLMALIDIR”.SEVİNDİRİCİ HALDIR Kİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI İLHAM ƏLİYEV TƏRƏFİNDƏN UĞURLA DAVAM ETDİRİLƏN HƏMİN SİYASƏT İNDİ AZƏRBAYCAN ORDUSUNUN YALNIZ BÖLGƏDƏ DEYİL, BÜTÜNLÜKDƏ DÜNYANIN ƏN MÜASİR ORDULARI ARASINDA YER TUTMASINA İMKAN VERMİŞDİR. AZƏRBAYCAN ORDUSUNUN 44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİNDƏ ƏLDƏ ƏTDİYİ ZƏFƏR BİR DAHA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV TƏRƏFİNDƏN MÜƏYYƏNLƏŞDİRİLƏN ORDU QURUCULUĞU SİYASƏTİNİN DOĞRULUĞUNU BİR DAHA SÜBUTA YETİRMİŞ OLDU. ERMƏNİSTAN ORDUSUNUN 30 İLƏ YAXIN MÜDDƏT ƏRZİNDƏ MÖHKƏMLƏNDİRDİYİ VƏ KEÇİLMƏZ ADLANDIRDIĞI MÜDAFİƏ XƏTTİNİ YARARAQ ONUN CANLI QÜVVƏSİNİ VƏ SİLAHLI TEXNİKASINI MƏHV ETMƏKLƏ, ERMƏNİ ƏSGƏRİNİ AĞ BAYRAQ QALDIRMAĞA MƏCBUR EDƏN AZƏRBAYCAN ƏSGƏRİ BÜTÜN DÜNYAYA ORDUMUZUN GÜCÜNÜ NÜMAYİŞ ETDİRMİŞ OLDU. DÖYÜŞ MEYDANINDA ƏLDƏ ETDİYİMİZ QƏLƏBƏ VƏ MÜASİR SİLAHLARDAN, DÖYÜŞ TAKTİKASINDAN İSTİFADƏ HAZIRDA BÜTÜN DÜNYADA HƏRBİ DOKTRİNALARIN DƏYİŞDİRİLMƏSİNƏ SƏBƏB OLDU. POSTMÜHARİBƏ DÖVRÜNDƏ DƏ AZƏRBAYCAN ORDUSUNUN GÜCLƏNDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ İŞLƏR DAVAMLI ŞƏKİLDƏ APARILMAQDADIR. ORDUMUZUN GÜCLƏNDİRİLMƏSİ VƏ TƏCHİZATI DÖVLƏT SİYASƏTİMİZİN ƏSASINI TƏŞKİL EDİR. HAZIRDA ORDUMUZUN DAHA DA GÜCLƏNDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ MÜHÜM ADDIMLAR ATILIR. SƏRHƏDLƏRİMİZİN MÖHKƏMLƏNDİRİLMƏSİ MƏQSƏDİLƏ YÜKSƏK DÖYÜŞ QABİLİYYƏTİNƏ MALİK YENİ KOMANDO BİRLİKLƏRİ YARADILIR, HƏMÇİNİN ORDUMUZ ƏN MÜASİR SİLAH VƏ DÖYÜŞ TEXNİKASI İLƏ TƏMİN OLUNMAQDADIR. ALİ BAŞ KOMANDANIN RƏHBƏRLİYİ ALTINDA BU GÜN AZƏRBAYCAN ORDUSU DAHA GÜCLÜDÜR VƏ RƏŞADƏTLİ ORDUMUZ HƏR ZAMAN ƏRAZİ BÜTÖVLÜYÜMÜZÜN MÜDAFİƏSİNƏ HAZIRDIR.ARZU Fərəcova Ələddin MMC-nin icraçı direktoru Hüquqşunas.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR<