Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Tacikistan Prezidenti Xankəndiyə gəlib

Tacikistan Prezidenti Xankəndiyə gəlib
Dünən, 18:28 4 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün Xankəndiyə gəlib.
Xankəndiyə ezam olunmuş əməkdaşı bildirib.
*** 10:02
Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Füzuli rayonuna gəlib.
Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Tacikistan Prezidenti Emoməli Rəhmonu elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
*** 09:48
Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) liderlərinin iclasında iştirak etmək üçün Azərbaycana yola düşüb.
Emoməli Rəhmonun səfəri zamanı onu xarici işlər naziri, prezidentin xarici əlaqələr üzrə və iqtisadi məsələlər üzrə köməkçiləri, iqtisadi inkişaf və ticarət naziri, nəqliyyat naziri və digər rəsmi şəxslər müşayiət edirlər.
Qeyd edək ki, ECO liderlərinin sammiti bu gün Xankəndi şəhərində Türkiyə, Özbəkistan, Qırğızıstan və Türkmənistan da daxil olmaqla 10 üzv ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə başlayır.
Sammitdə müşahidəçi qismində ŞKTC nümayəndə heyəti də iştirak edir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI