17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
18:03 - IDEA ilə ICESCO arasında niyyət protokolu imzalanıb
18:02 - Leyla Əliyeva COP29 çərçivəsində dəniz canlılarına dair panel müzakirələrində iştirak edib
17:57 - Prezident İlham Əliyev bu məhkəmələrə hakimlər təyin edib - SƏRƏNCAM
17:55 - COP29-da Xəzəryanı dövlətlər arasında ekoloji əməkdaşlığın gücləndirilməsi müzakirə olunub
17:53 - Sabah "Yaşıl şəhər nəqliyyatı" mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək
Dostumuzu itirdik
Respublikanın Əməkdar kənd təsərrüfatı işçisi, ömrünün yarım əsrdən çoxunu Lənkəranın iqtisadi və mədəni həyatının yüksəlişinə sərf etmiş SƏADƏT TAĞIYEV dünyasını dəyişdi.
Səadət Tağıyev uzun illər üç kəndi birləşdirən "Komsomolun 50 illiyi" çayçılıq sovxozunun rəhbəri olub. Bu sovxoz Azərbaycanda istehsal olunan çayın 10 faizini verirdi. Sonra Qızılağac Dövlət Qoruğunun, 1 saylı çay fabrikinin, qısa müddət Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini işləyib.Hər yerdə işgüzarlığı, prinsipiallığı, mərdanəliyi, ən başlıcası çörəkverənliyilə iz goyub, yadda qalıb.
Gələcək zamanlarda Azərbaycan çayçılığından bəhs edən kitablarda, yazılarda Səadət Tağıyevin də adının anılacağına şübhəm yoxdur. Çünki ömrünün neçə onilini bu nadir bitkinin inkişafına, istehsalına həsr edib.Alimliyini torpağa tətbiq edib.Elmi yazıda yox, əməldə yaradıb.
Keşmiş SSRİ məkanının hər yerində saysız dostları vardı.İstədiyi yerdə yaşamaq imkanı olsa da, doğulduğu məkanı heç vaxt dəyişmədi.Doğulduğu məkana bala kimi bağlanaraq sadiq qaldı.Pərən-pərən salmadı ruhları. Təzə ünvan ömrün təzə səhifəsi olacaqdı.Bu isə xatirəsiz, keçmişsiz ömürdü. Yurdsevərliyi təkcə doğulduğu kəndə sığışacaq qədər olsaydı belə, yenə də adı zaman-zaman sayğıyla anılacaqdı.Amma onun üçün təkcə mənim kəndim anlayışı yox, bütöv AZƏRBAYCAN var idi.
İnsan övladı doğulduğu gündən Tanrıya doğru yol gedir. Kamil insan dərk edir ki, bu yol uzun və qısalığından asılı olmayaraq nə zamansa bitəcək, ruhlar Tanrıya qovuşacaq. Odur ki, Səadət Tağıyev öz müdrik xarakterinə uyğun olaraq vəsiyyətini də etmişdi. "Ey dünya! Sənin sahilinə bir qərib kimi gəldim. Sənin evində bir qonaq kimi yaşadım. Səndən bir dost kimi ayrıldım." Biz də qurub-yaratmaqdan zövq alan, həyat eşqilə dolu ziyalıdan dost kimi ayrıldıq. Allah rəhmət eləsin.Məkanı cənnət olsun
Sevda Əlibəyli
"Vətənim-Azərbaycandır.az"
Ömrün son fotosu
Sevda Əlibəyli Səadət Tağıyev, Təyyub Rzayev və Əlimərdan Əliyev
28 iyul 2022