17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
18:03 - IDEA ilə ICESCO arasında niyyət protokolu imzalanıb
18:02 - Leyla Əliyeva COP29 çərçivəsində dəniz canlılarına dair panel müzakirələrində iştirak edib
17:57 - Prezident İlham Əliyev bu məhkəmələrə hakimlər təyin edib - SƏRƏNCAM
17:55 - COP29-da Xəzəryanı dövlətlər arasında ekoloji əməkdaşlığın gücləndirilməsi müzakirə olunub
17:53 - Sabah "Yaşıl şəhər nəqliyyatı" mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək
Mənalı Ömür Payı
“Hər bir zərurət təsadüfdən doğur” sözləri milyon dəfə deyilsə də, mən də bu fikri min faizli həqiqət sayıram...
Beynəlxalq dərəcəli hakim, SSRİ idman ustası, respublikanın Əməkdar məşqçisi, Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi, dünya güləş birliyinin fəxri hakimi Fəraqət Cəlalovun uğurları barədə qəzet və jurnal səhifələrində oxumuşdum. Özü ilə isə yalnız bircə dəfə telefon danışığım olub. Əməkdar kənd təsərrüfatı işçisi, Cənub diyarının sayseçmə ziyalılarından olan Səadət Tağıyev (təəssüf ki, bu yazını qələmə aldığım anlarda Səadət Tağıyevin dünyasını dəyişməsi xəbərini eşitdik. Allah rəhmət eləsin. Ruhu şad olsun.) haqqında yazacağım kitabla əlaqədar görüşəcəyim şəxslərin sırasında Fəraqət Cəlalovun da adı vardı. Telefon nömrəsini tapıb zəng vurdum. Cavabları yığacam və konkret oldu. Fikirlərini olduğu kimi yazıya gətirdim. Bütün uğurlarını Səadət Tağıyevin adıyla bağlayırdı .
Dünya şöhrətli güləşçinin təvazökarlığı, insanlara yüksək dəyəri telefon söhbətində onu gözümdə böyütdü.
Bu ilin isti yay günlərində Xalq artisti, dünya şöhrətli muğamçımız Canəli Əkbərovun xatirə gecəsini keçirmək üçün Lənkəranın Şağlaser kəndinə dəvət almışdıq.
Bakıdan böyük bir dəstə ilə yola düşdük
- Xalq artisti Eldost Bayram, həyat yoldaşı Minara xanım, müğənni İlkağa Şahbazov, doktor Elxan Babayev, Canəli Əkbərovun ömür-gün yoldaşı Arifə xanım, övladları, nəvələri, qardaşı Tərlan Əkbərov, oğlu Aqil, kürəkəni Nurəddin Salayev və başqaları... Tədbirə mədəniyyət işçiləri, yerli ziyalılar da dəvət olunmuşdular. Əksəriyyəti çıxış edib xanənədə haqqında unudulmaz xatirələrini söylədilər. Sağollaşıb ayrılanda bir şəxs mənə yaxınlaşıb, baş redaktoru olduğum “Söz” jurnalı barədə fikirlərini söyləməyə başladı:
-Sizin müğənni Nazim Ağayev haqqında yazınızda müğənnin sənət yaşantılarını olduğu kimi qələmə almağınız xoşuma gəldi...Nazim Ağayev mənim bacanağımdır. Ona bir insan və sənətkar olaraq böyük hörmətim vardı.
Bir qələm adamı olaraq yazıma verdiyi dəyərə görə minnətdarlığımı bildirdim. Nazim Ağayevlə bacanaq olması isə məni bir az çaşdırdı...
Nazim Ağayevlə ömür-gün yoldaşı Şəhrəbanu xanım əmiuşağıdırlar. Mənim unudulmaz Qulam dayımın dünyasını çox erkən dəyişmiş həyat yoldaşı Güllü xanım da onlarla əmiuşağıydı. Odur ki, qohumlarının əksəriyyətini tanıyıram. Həm qohumluq, həm sənət baxımından Nazim Ağayevin ailəsinə bağlı şəxsəm. Şəhrəbanu xanım sənət bilicisi, söz xiridarı olduğundan ruhuma ən yaxın insanlardandır.
İndi bu yerdə deyirəm ki, görüşümüz təsadüf olsa da, zərurətdən yarandı. Biz uzaq qohum olsaq da, ruhən çox yaxın qohumuq. Təsadüfi tanışlığımız bu gün mənəvi ehtiyyaca çevrilib. Bütün mövzularda söhbətimiz tutur. Fəraqət Cəlalov mənim nəzərimdə yanlız dünya şöhrətli idmaçı deyil, Azərbaycanın hər qarışını sevən, hər layiqli övladını sevən təəssübkeş ziyalıdır.
Uşaqlıqdan sərbəst güləşə son dərəcə marağı olan Fəraqət Cəlalov məktəbi bitirən il sənədlərini Bədən Tərbiyəsi İnstitutuna verir. Lakin qəbul olunmur. Növbəti il sənədlərini Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə verir və qəbul olunur. Burada xarici dil öyrənməklə yanaşı idmanla da məşğul olur. Xarici Dillər İnstitutuna qəbulu da bəlkə elə zərurət idi, çünki bu günə kimi iştirak etdiyi dünyanın neçə-neçə ölkəsində ona tərcüməçi lazım olmur.
Fəraqət Cəlalov institutu bitirdikdən sonra Lerik rayonuna təyinat alır. Lerikdə 3 il ingilis dilini tədris edir. Təyinat müddəti bitdikdən sonra doğulduğu Lənkərana qayıdır. Pedaqoji cəbhənin ləyaqətli simalarından olan İsa Ağayev Fəraqət müəllimin Separadi kənd orta məktəbdə yerləşdirilməsi üçün sovxozun direktoru Səadət Tağıyevdən xahiş edir. Hər bir istedadlı gəncin qarşısında “yaşıl işıq” yandıran Səadət Tağıyev gənc müəllimin kəndlərindəki məktəbdə dərs deməsi üçün səyini əsirgəmir. Fəraqət müəllim bu gün də bütün uğurlarının təməlini Səadət Tağıyevlə bağlayır. Günlərin birində sovxoz direktorunun qəbuluna gedir, idmanla məşğul olmaq istədiyini bildirir və bu iş üçün şərait yaradılmasını xahiş edir.
Səadət Tağıyev idmançı üçün kənd mədəniyyət evində lazımi şərait yaradır. Lənkəran Şəhər Partiya Komitəsinin 1-ci katibi İsa Məmmədovun təşəbbüsü ilə Separadidə güləş evi tikdirməyi plana saldırır. Səadət Tağıyev, eləcə də İsa Məmmədov respublikadan, keçmiş SSRİ məkanından gələn qonaqları da məşqlərə, idman oyunlarına dəvət edirlər.
Fəraqət Cəlalov da öz növbəsində ümidləri doldurdur. Dünyanın hər hansı ölkəsindən sərbəst güləş üzrə birincilik əldə edərək qələbəylə qayıdır. Xeyli ardıcılını yetişdirir. İndi bu ardıcıllarının da xoş sorağı dünyanın hər yerindən eşidilir. Fəraqət müəllim düz 17 il Separadi orta məktəbində ingilis dili fənnini tədris edir, həm də dünyaya meydan oxuyan sərbəst güləşçilər yetişdirir.
Lənkəranda sərbəst güləşin ilk peşəkar yaradıcısı olan Fəraqət Cəlalov rayonda “Təhsil” idman məktəbinin açılmasına nail olur. Həmin məktəbdə 12 il direktor işləyir. Eyni zamanda Lənkəran Dövlət Universiteti ilə də əməkdaşlıq edir. Bakıda Azərbaycanın Güləş Federasiyasında regionlar üzrə kurator kimi fəaliyyət göstərir.
Telefon söhbətlərimiz əsnasında öyrəndim ki, Fəraqət Cəlalov bu ay 70 yaşıyla vidalaşır. Şərəfli bir ömür arxada qalır. Dünyanın neçə ölkəsində özünün və yetirmələrinin şərəfinə Azərbaycan bayrağı qaldırılıb, Azərbaycan himni səsləndirilib. Haqqında yazılmasını sevməsə də , yubiley yaşından yan keçməyimiz qəbahət olardı. Əlimdə heç bir məlumat olmadığına görə yalnız son aylar tanıdığım Fəraqət Cəlalov haqqında fikirlərimi qələmə aldım. Ruhumuzun qohum olduğu, fikirlərimizin, həyata, dünyaya, insalara baxışımızın üst-üstə düşdüyü Fəraqət Cəlalov haqqında...
Azərbaycanın musiqi günündə, 18 sentyabrda Üzeyir bəylə Müslüm Maqomayevin doğum günündə dünyaya göz açan Fəraqət Cəlalov ləyaqətli ailə başçısıdır. Ömür-gün yoldaşı Mehparə xanım da ingilis dili müəllimidir.
Hazırda təqaüddədir. Uzun illər Lənkəran Dövlət Universitetində bu fənni tədris edib. Ailənin adına layiq 3 övlad böyüdüb, tərbiyyə ediblər.
İlk övladları Nəsimi sərbəst güləşlə məşğul olur. Ölkə birinciliyinin qalibi, beynəlxalq yarışların mükafatçısıdır. Lənkəranda sərbəst güləş üzrə yığma komandanın baş məşqçisidir. Fəraqət babasıyla eyni gündə dünyaya gələn qızı Saraxanım bu il C.Cabbarlı adına musiqi məktəbinə qəbul olub. İmtahan zamanı pianoda Bethovendən ifası ilə hamının diqqətini cəlb edib.
Kiçik oğlanları Azər də güləşçidir, milli idman ustasıdır. LDU-nu bitirib. Moskva şəhərində yaşayır. Əsma və Davud adlı övladları orta məktəbdə təhsil alırlar.
Bakı şəhərində yaşayan qızları Natəvan əczaçıdır. Oğlu Sinan Tibb Universitetini bitirib, Türkiyədə aspiranturada təhsil alır. Qızı Rahilə BDU-nun kimya fakültəsinin tələbəsidir.
Deyirlər, general olmaq istəməyən əsgər əsgər deyil. Fəraqət müəllim nəinki güləş, hər sahədə bu fikrin tərafdarıdır. Söyləyir ki, yanlız şöhrətə can atan adamlar qalib gələ bilirlər.
Fəraqət Cəlalov təkcə idman yarışlarında azarkeşlərini heyrətləndirmir. “Prizma” qəzetində jurnalist Sərraf Talıbla müsahibəsində oxuyuram: “Azərbaycanın sərbəst və Yunan-Roma güləşi üzrə beynəlxalq dərəcəli hakimləri arasında Fəraqət Cəlalovun çıxışı nəinki azəri hakimləri üçün, eləcə də dünyanın bir sıra hakimləri üçün nümunə olmalıdır.” Bu sözlər FİLA-nın koordinatoru Mehdi Xalidinin fikirləridir.
70 yaşlı Fəraqət Cəlalov bu gün də sayseçmə güləşçilərdəndir, ləyaqətli ziyalılardandır. Xarakterinə xas olaraq yenə şuxdur, nikbindir. Nə yaşın ağırlığını, nə xəstəliyi yaxına buraxmır.
Yubilyar qardaşımıza biz də dünyanın əvəzsiz neməti olan cansağlığı, sağlam canla uzun ömür və xoş əhval-ruhiyyə arzulayırıq.
Sevda Əlibəyli