Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib

Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
Bu gün, 01:06 68 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Litvanın Vilnüs şəhərində təşkil olunan 20 yaşadək çimərlik voleybolçuları arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında qızlardan və oğlanlardan ibarət Azərbaycan milliləri 1/4 finala vəsiqə qazanıblar.
 gün start götürən turnirdə Azərbaycan iki qız və iki oğlan cütü ilə təmsil olunur.
Oğlanların mübarizəsində İbrahim Məmmədov və Muhəmməd Aslanlı cütü Ermənistana 2:0 qalib gələrək 1/4 finala vəsiqəni təmin ediblər.
İlkin mərhələdə Gürcüstan təmsilçilərini 2:1 hesabı ilə üstələyən Xədicə Hadızadə və Cəmilə Bəşirova cütü də növbəti mərhələyə yüksəlib. Sabah baş tutacaq 1/4 finalda qızlarımız ev sahibləri ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, yarışa iyunun 29-da yekun vurulacaq. İlk üç pilləni tutan komandalar Avropa çempionatına vəsiqə qazanacaqlar.



ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI