Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

00:07 - AZƏRBAYCANLI MƏKTƏBLİLƏR AZOT I BEYNƏLXALQ ZƏKA OYUNLARI YARIŞINDA QALİBLƏR SIRASINDA

23:52 - Azərbaycan güləşçiləri Polşada keçirilən beynəlxalq turnirdə 3 medal qazanıb

15:41 - Bu gün Bülbülün doğum günüdür

15:39 - Azərbaycan avarçəkəni Avropa çempionu olub

15:36 - Prezident: Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir

15:30 - Azərbaycan neftinin qiyməti 88 dolları ötüb

15:27 - Prezident İlham Əliyev “Euronews”a müsahibə verib - FOTO

13:02 - Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib - YENİLƏNİB 3

13:01 - Zəngilanda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda yüksək səviyyəli görüş davam edir - FOTO

12:55 - Dövlət Vergi Xidmətində yeni təyinat olub

12:47 - Prezident sülh müqaviləsinin əsasını təşkil edən prinsiplərin və onun mətninin təşəbbüskarının Azərbaycan olduğunu Blinkenin diqqətinə çatdırıb

02:45 - Prezident: Kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli COP29 sədrliyimizin gündəliyində duran prioritet məsələlərdən olacaq

02:39 - Prezident: Azərbaycan planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir

02:33 - Azərbaycanlı idmançı Avropa birinciliyinin qalibi olub - FOTO

02:30 - Prezident: "Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa zaman ərzində yüksək nüfuz və etimad qazanıb"

Tez yaşlanmaq və xəstələnmək istəmirsizsə, bunları edin: piyada gəzmək, duş, qatıq...

Tez yaşlanmaq və xəstələnmək istəmirsizsə, bunları edin:  piyada gəzmək, duş, qatıq...
10-06-2024, 18:35 181 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Professor, bolqar genetik, onlarla kitabın müəllifi və bütün dünya üzrə - 63 ölkənin 200 universitetində mühazirələr oxuyuan Uilyam Memerski əmin edir ki, insan xəstəliklərinin yaranmasının 66 faizi seçdiyi qidalardan asılıdır.

Qocalma prosesi haqqında
Qocalıq təbii proses deyil. Bir çox alimlərin fikrincə, bu xəstəlikdir və biz özümüz öz qeyri-sağlam qida vərdişlərimizlə onu sürətləndiririk. Dünyada insanların 70%-i məhz düzgün qidalanmadığı üçün ölür. Bəşəriyyətin bəlası olan podaqra xəstəliyi, insult, infarkt, diabet, xərçəngin müxtəlif növləri kimi xəstəliklərin yaranma səbəbi yediyimiz zərərli məhsullardır.
Faydalı qidalar qocalma prosesini ləngidirmi?
Sadə qidalanma qaydalarına əməl etməklə dəri və orqanları gənc saxlamaq mümkündür. Başlıcası ifrata varmaq olmaz. Professor iddia edir ki, tərəvəz, meyvə, yoqurt, süd, şərab yaşlanmanı gecikdirir. Lakin şərab təbii olmalı və az istifadə edilməlidir. Məsələn, Fransada əti qırmızı şərabla yumşaltmaq ənənəsi var. Bunun sayəsində fransızlar daha sağlam və gümrah qalır.
İlk yerdə təbii yoqurt dayanır. Quru südlə mayalanmış qatığın heç bir müalicəvi effekti yoxdur. Təbii qatıq daha yaxşı həzm olunan qidadır. O, mədə və yoğun bağırsaq xərçəng xəstəliyinin qarşısını alır, osteoporozin inkişafını dayandırır.
Arıqlamaq və bədənin təmizlənməsinin ən təsirli üsulu
500 q təbii qatığa 1 xörək qaşığı bal, 1 xörək qaşığı alma sirkəsi, 1 çay qaşığı darçın və 40 damcı 30% -i arı propolisi (propolis - arılar tərəfindən ağacların tumurcuqları, cavan budaqları və yarpaqlarındakı qatranabənzər maddələri toplayıb emal etməklə alınır) töküb qarışdırın. Deserti faydalı ərzaqlarla müxtəlifləşdirmək olar. Ona qaragilə, banan, çiyələk və qoz ləpəsi əlavə edə bilərsiniz.
Bu ləziz təamı səhər axşam yeməyi kimi yemək olar. 20 gün ərzində hər 2 saatda 2 qaşıq bu desertdən yesəniz, görərsiniz ki, beliniz incəlib, saçlarınız parlaq olub, orqanizmin ümumi vəziyyəti isə yaxşılaşıb.
Gözəllik üçün təbii vitaminlər
Gözəllik üçün ən yaxşı vitaminlər kök və sarımsağın tərkibindədir. Azərbaycanda keçirilən eksperimentlər də göstərib ki, sarımsaq sehrli xüsusiyyətlərə malikdir. Çirkli və xəstəlik törədən mikroblarla dolu olan bir stəkan suyu sarımsaq əlavə edilmiş bir stəkan su ilə yanaşı qoyublar. Bir neçə saat sonra mikroblardan əsər-əlamət olmayıb. Sarımsaq öz qoxusu ilə onları hətta uzaqdan məhv edib!
Propolis də oxşar xüsusiyyətlərə malikdir. O, qrip viruslarını öldürür, qastrit, kolit və bakteriyalarla mübarizə aparır, xərçəngin profilaktikası üçün də əla vasitədir. Bunun üçün gündə 50 ml suya 20-30 damcı arı propolisi əlavə edib 2 dəfə içmək kifayətdir.
Saçların, dırnaqların və dərinin gənc görünməsi üçün aşağıdakı maskanı hazırlaya bilərsiniz.
Şüşə qabda eyni miqdarda bal, qoz ləpəsi, kişmiş, qaysı qurusu, limon suyunu əlavə edin və gündə 3 dəfə qəbul edin.
Zəhərli məhsullar
Dünyada məhsullara xoş iy və dad verən 200-dən artıq kimyəvi maddə yaradılıb. Artıq müəyyən edilib ki, bu maddələr zənginləşdirilmiş şəkildə ölümə səbəb ola bilər. Odur ki, aldığınız məhsulların üzərindəki ən xırda mətni belə diqqətlə oxuyun, çünki zərərli komponentlər ədətən oraya köçürülür. Sintetik əlavələr, natrium nitrat və nitrit natrium gəncliyin və sağlamlığın ən geniş yayılmış qatillərindən biridir. Bu maddələri ətin köhnəlməməsi üçün konservalarda istifadə edirlər. Adlarını çəkdiyimiz maddələr bir qaya olaraq kolbasa, sosiska, bekon, vetçina və balıq konservilərinin tərkibində çox olur.
Olduqca təhlükəli konservantlara butilat hidroksituol və bulilat hidrosianizol aiddir. Onlar çipsi hazırlanmasında yağların acılığının qarşını almaq məqsədilə istifadə edilir. Onu həmçinin hazır tortlar, saqqız, makaron və digər məhsulların istifadə müddətini və təravətini qoruyub saxlamaq üçün istifadə olunur. Ən dəhşətlisi isə bu məhsulları uşaqların daha çox sevməsidir. Onların xərçəng və allergiya yaratması riski çox yüksəkdir.
Hazır şirələr də uşaqlar üçün təhlükə mənbəyidir. Onlarda bromin bitki yağı qatılır. Bu maddə sitrus şirələrinin xarab olmasının qarşısını alır. Lakin bu yağ insan orqanizmi üçün əsl zəhərdir. Odur ki, öz əlinizlə sıxdığınız şirələr için.
Duzlu və şirin məhsullar özünüz üçün tabut hazırlamağa bərabərdir!
XX əsrin əvvəllərində insanlar indiki dövrlə müqayisədə 5 dəfə az şəkər istifadə edirdilər. Şəkər insan üçün ən dəhşətli ağ lənətdir. O, ürəyə, böyrəklərə və mədəyə böyük ölçüdə ziyan vurur. Odur ki, qazlı içkilər və limonadları unudun.
Böyük miqdarda duz qəbulu yüksək qan təzyiqinə gətirib çıxarır. Ac qarına qəlyanaltı etmək xüsusilə təhlükəlidir. Sağlam və gümrah bədənə sahib olmaq istəyirsinizsə, mikrodalğalı sobada qızardılmış popkorn, çipsi kimi məhsullardan uzaq olun.
Professor Uilyam Memerskidən uzunömürlülük resepti
- Çox kalorili məhsullar yeməyin.
- Hər gün bir alma yeyin.
- Donmuş su və bitki çayları için.
- Aktiv və hərəkətli olun.
- Hər gün duş qəbul edin.
- Sərin otaqda yatın.
- İstirahət günlərində piyada gəzin və velosiped sürün.
- Özünüzü sizi sevən dostlarla əhatə edin, seksdən imtina etməyin və çoxlu gülün.
- Heç vaxt düşünməyin və deməyin ki, siz yaşlanırsınız. 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI