Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

BEYNƏLXALQ MUĞAM MƏRKƏZİNDƏ “MUĞAM MÜHAZİRƏLƏRİ” TƏDBİRİ KEÇİRİLİB

BEYNƏLXALQ MUĞAM MƏRKƏZİNDƏ “MUĞAM MÜHAZİRƏLƏRİ” TƏDBİRİ KEÇİRİLİB
18-05-2024, 15:12 450 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Əməkdar İncəsənət xadimi, xanəndə Aqil Məlikovun iştirakı ilə Beynəlxalq Muğam Mərkəzində bir qədər əvvəl keçirilən "Muğam mühazirələri” tədbirlərinin birincisi "Rast" muğamına həsr olunmuşdu. Mayın 17-də həmin silsilədən ikinci tədbir "Şur" muğamı haqqında idi.

Bu tədbirlərdə məqsəd muğamlarımızı yeni aspektdən - fəlsəfi və tərbiyəvi nöqteyi-nəzərdən mühazirə formasında dinləyicilərə çatdırmaq və konkret bir muğamın şöbələrini ayrı-ayrılıqda əyani surətdə ifaçıların vasitəsilə canlı səsləndirməkdir.

Məqsəd həm də muğamlarımızın musiqi çəkisi qədər onların ədəbiyyat çəkisinin də eynən olduğunu bir daha diqqətə çatdırmaqdır. Yəni musiqinin və sözün vəhdətinin qüdrətini əyani olaraq nümayiş etdirməkdir.

Aqil Məlikov öz mühazirəsi, ifaçılar isə ifaları ilə yuxarıda sadalanan istiqamətlər üzrə zalda toplaşan tamaşaçılara həqiqətən tədbirin adına uyğun olan ədəbi-bədii maarifləndirici konsert gecəsi, hətta mən deyərdim ki, əsil maarif və musiqi ziyafəti yaşatdılar.

Aqil müəllim çoxsaylı sinədəftər misalları ilə qəzəl, şeir, musiqi, musiqi alətləri, ifaçılar və bir çox müvafiq mətləblər haqqında maraqlı məlumatlardan ibarət bir neçə mühazirə söylədi. 

Tədbirin sonunda öz ifası ilə də tamaşaçıları feyziyab etməyi unutmadı.

Hesab edirik ki, ölkənin digər konsert salonlarında da həmin bu ədəbi-bədii maarifləndirici konsert konsepsiyası əsasında mühazirələrin təşkil edilməsi çox faydalı olardı. Zalda onun bu günlərdə Prezident Təqaüdü ilə mükafatlandırıldığı da diqqətə çatdırıldı.

O da məlumdur ki, xanəndə Azərbaycan muğam ifaçılığı sənətində önəmli iz qoyan parlaq sənətkarlardandır. Azərbaycan xalq musiqisini sevənlər arasında elə bir şəxs tapılmaz ki, muğam ifaçısı, milli muğamlarımızın mahir bilicisi olan Aqil Məlikovun yaradıcılığı ilə tanış olmasın.

Aqil Məlikovun müasir muğam sənətimizdəki mövqeyi, gənc nəsildə muğama marağın oyadılması və cavan xanəndələrin yetişməsindəki əməyi, muğam sənətinə verdiyi töhfələr onun əvəzsiz xidmətlərindəndir.

Xanəndənin həyat və yaradıcılığı haqqında aşağıdakı linkdə yerləşən 4 dəqiqəlik videodan lakonik, lakin müfəssəl məlumat ala bilərsiniz.

https://youtu.be/SQJg6RF- Lk0?si=NjPW5aulQguSludj

Ancaq onu deyim ki, o, 1952-ci ildə may ayının 20-də Bakının Şağan kəndində ziyalı ailəsində dünyaya gəlib. İki gündən sonra tanınmış xanəndəmizin 71 yaşı tamam olur və bu münasibətlə onu təbrik edir, can sağlığı, daha böyük uğurlar arzulayırıq!

ETİBAR ƏLİYEV, KAMRAN ORUCOV. Bakı, 18 may 2024

Muğam mühazirələri.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI