Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

14:19 - Təhsilimizin bu günü...

13:10 - Prezident: “Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”

13:08 - Prezident: “Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var”

07:14 - HAYATA DOKUNMAK (GENÇLİĞİMİN MERKEZİ) EKİBİ AKDENİZ’İN İNCİSİ ANTALYA’DA

00:12 - BAKIDA QIRĞIZ MƏDƏNİYYƏTİ GÜNLƏRİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASIMI KEÇİRİLİB.

17:01 - Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO

16:58 - Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

11:58 - Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

11:17 - Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

11:15 - Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

10:40 - Xankəndidə silah-sursat aşkarlanıb

10:38 - 25 Aprel Respublika Sahibkarlar günüdür

10:25 - Quba Xaçmaz Regional Təhsil idarəsinin A. Səlimov adına Xaçmaz şəhər 7 nömrəli tam orta məktəbdə Yer günü və " Yaşıl dünya naminə həmrəylik ili " çərçivəsində iməclik keçirilmişdir.

17:40 - İlham Əliyev: “Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”

17:37 - Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Azərbaycan xalq yaradıcılığı və muğam

Azərbaycan xalq yaradıcılığı və muğam
18-03-2022, 17:12 513 dəfə baxılıb

Muğam Azərbaycan mədəniyyət və incəsənətində mühüm yer tutan xüsusi və ilahi istedad tələb edən ecazkar folklor nümunəsidir. Yaranmasından əsrlərin keçməsinə baxmayaraq bufolklor nümunəsi öz heyranediciliyini və şahənşahlığını qoruyub saxlamışdır. Muğam əsrlərdən bəri yeni nəslə ötürülən mənəvi sərvətimiz və hər bir azərbaycanlının göz bəbəyi kimi qorumalı olduğu xəzinədir. Uzun təşəkkül müddəti keçmiş muğam bütün dünya mədəniyyətində demək olar ki, parlaq iz qoymuşdur. Onu öyrənmədən, tədqiqat etmədən dünya mədəniyyətinin izinə düşmək qeyri-mümkündür. Muğam insanı ali hislərə kökləyən həyat tərzidir. O həmçinin dərin və elmi-fəlsəfi əsərdir. Dünyanın yaradılışı və insan xasiyyəti muğamda təzahür etdirilir. Nəzərə alsaq ki, musiqi insanı formalaşdırır, ruhunun qidasıdır. O zaman muğamın insan həyatındakı
rolunu daha aydın anlaya bilərik. Muğam həmçinin olduqca ağır və məsuliyyətli sahə olduğu kimi, öz dinləyicilərini də ciddi olmağa səsləyir. Yüngül janrdan fərqli olaraq bu janrın ifaçıları da öz mədəniyyəti və geyimi ilə xüsusi seçilməlidir.
Muğamı adətən, muğam üçlüyünün müşayiəti ilə xanəndə ifa edir. Bu üçlüyün bütöv ifası
muğam dəsgahı adlanır. Dəsgah muğam dəramədinin (hər muğam dəramədlə başlayır) və onun şöbələrinin ardıcıl ifasına deyilir. Adətən milli muğam və dəsgahlarımızda klassiklərimizin ( Nəsimi, S.Ə. Şirvani, Füzuli M.Ə.Sabir, Əliağa Vahid və s. ) qəzəllərindən məharətlə istifadə edilir.
Çox fəxr və səmimiyyətlə deyə bilərəm ki, ölkəmizdə muğamı təbliğ edən ustadlar və onların yetirmələri olan xanəndələr var. Onlara misal olaraq, xalq artistləri Mələkxanım Eyubova, Səkinə İsmayılova, Nəzakət Teymurova, Gülyaz və Gülyanaq Məmmədovalar, Mənsum İbrahimov, Alim
Qasımov; əməkdar artistlər Almaz Orucova, Gülüstan Əliyeva, Babək Niftəliyev, Zakir Əliyev, Nigar Şabanova və istedadlı xanəndələrimiz Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Ayşən Mehdiyeva, Almaxanım Əhmədli və s. xanəndə və sənətkarları göstərmək olar.
Son zamanlar demək olar ki, gənclərin əksəriyyəti daha yüngül janra qaçır. Bunu da əslində əsaslandırmaq olar. Məqalənin ilk abzasında da qeyd etdiyim kimi, muğam dərin və fəlsəfi əsərdir. Əlbəttə ki, onu anlamaq, başa düşmək sevmək qədər çətindir. Hər kəsə məlumdur ki,yüngül janrda olan musiqiləri anlamaq daha asandır. Bütün bunları nəzərə alaraq, belə bir fikir ortaya çıxır ki, yeni nəsil muğamı anlamaqda, dərk etməkdə çətinlik çəkir. Hətta bir məqamı da qeyd etmək istəyirəm ki, dinləyicilər muğamın daha yüngül və asan anlaşılan forması, toy məclislərinin şahı olan "Xaric segah"a daha çox üstünlük verirlər. Daha ətraflı və anlaşıqlı desək, xalq arasında və məclislərdə "ana muğamı" və "ata muğamı" kimi formalaşan və bir çoxlarının
göz yaşlarına səbəb olan "Xaric segah" muğam deyəndə insanların ağlına gələn ilk məhfum olur. Amma bildirmək istəyirəm ki, muğam çox şaxəli və dərin, möcüzəvi folklor nümunəsidir.
Məqaləmi daha çox araşdırma və subyektiv fikirlər ətrafında yazdığım üçün şablon
ifadələr, həmçinin bütün internet vasitələrində əlçatılan olan məlumatları, həmçinin muğamın
etimologiyasından söz açmadım. İndi isə, muğamın mədəniyyətimizdə və yeni musiqilərin yazılmasındakı rolundan bəhs edəcəm. Yazı işimin əvvəlində də qeyd etmişdim ki, muğamı dərk etmədən, öyrənmədən dünya mədəniyyətinin izinə düşmək qeyri-mümkündür. Məqaləmin
gedişatından oxucular elə anlaya bilər ki, muğam təkcə Azərbaycana məxsusdur. Xeyr, bütün dünya mədəniyyətində, ələlxüsus da Şərq mədəniyyətində muğam xüsusi rola malik musiqi janrıdır. Bəli, yazıdan da göründüyü kimi muğama hədsiz sayda tərif vermək olur. Bu da onun necə möhtəşəm və dolğun elm olduğundan irəli gəlir. Ümumiyyətlə, muğamın ilk dəfə hansı ölkədə yarandığı məlum deyil. Hətta bəzi fərziyələrə görə, "muğam" və yaxud "muğamat" sözü "Muğan" sözündən yaranıbdır. Bəzi musiqişünasların fikrincə mahnı janrında olan, eləcə də dünyaca məşhur musiqilərin kökündə, əsasında muğam dayanır. Yəni, bir sözlə muğam bütün musiqi janrlarına, hətta aşıq sənətinə belə təsir göstərir. Hətta bu fikri də qürur və rahatlıq hissi ilə səsləndirə bilərəm ki, muğam həm ədəbiyyatımızı (şeir və qəzəl sənətini), həm adət-ənənələrimizi,
milli və mənəvi köklərimizi yaşadır. Muğamı qorumaqla əslində, onun timsalında bir çox mühüm dəyərləri qorumuş olarıq. Muğamat bizə dədə-babalarımızdan qalan mirasdır, bizim üçün ana laylasıdır. Mən düşünürəm ki, bunu oxuyan oxucularda muğama olan sevgi və məhəbbət hissi artacaq. Çünki məqaləmi "Rast" ailəsinə aid olan "Mahur-hindi" və "Qatar
muğamı"nın təsiri ilə yazmışam.
Məqaləmin sonunda isə muğamın növlərindən və ecazkarlığından bəhs edəcəm. Əslində
muğamatdan nə qədər yazsaq da, bu möcüzəvi folklor nümunəsinin təsirindən danışıb bitirə
bilmərik. Bir məqamı da qeyd edim ki, əvvəllər muğamın 12 növü olub, amma daha sonra şöbələr birləşərək indiki əsas 7 muğamı əmələ gətirib (Segah, şur, bayatı-şiraz, çahargah, rast, humayun,şüştər) Bəzi musiqişünaslar 7 muğamı həftənin günləri ilə də bağlayırlar. Yuxarıda adını qeyd etdiyim, Rast ailəsinə aid olan "Mahur-hindi" muğamı digər muğamlardan öz ecazkarlığı ilə seçilir.
Qeyd üçün bildirim ki, bu muğamın dəramədi "Bərdaştla" başlayır. Xanəndələr məclisdə səslərini kökləmək üçün məhz bu muğamdan istifadə ediblər. Çətinliyi ilə seçilən "Qatar muğamı" isə mənim ən sevdiyim muğam şöbəsidir. Ən sevdiyim ifaçısı isə Sara Qədimovadır.
Çox sevindirici haldır ki, ölkə başçımız və vitse-prezidentimizin səyi sayəsində Azərbaycan muğamı UNESCO-nun mədəni irs siyahısına daxil edilmişdir. Ümumilli Lider Heydər Əliyev və onun davamçıları olan cənab İlham Əliyev və Mehriban xanım mədəniyyət işçilərinə, muğama diqqət və qayğısını əsirgəmir.

Musa Məmmədzadə
İncəsənət İctimai Birliyinin qurucusu.
Xüsusi pedaqogika və psixologiya üzrə araşdırmaçı.
Yonca Reabilitasiya Mərkəzinin baş psixoloqu

"Vətənim-Azərbaycandır.az"

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI