22:19 - İlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşüb - FOTO
22:16 - AEBA: İranın uran ehtiyatları limitdən 23 dəfə artıqdır
22:08 - Azərbaycanlı aparıcı evli sevgilisi tərəfindən döyüldü - YENİLƏNİB - FOTO
17:58 - BƏƏ Prezidenti İlham Əliyevi təbrik etdi
17:25 - "Xalqımız seçkilərin hər iki turunda "Türkiyə əsri"nə sahibləndiyini göstərib"
17:20 - Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
17:06 - Əməkdaşlıq potensialı kifayət qədər böyükdür
16:11 - Azərbaycan dünyanın qlobal güclərinin diqqət mərkəzində
16:02 - “Beynəxalq Əlillər Cəmiyyəti” İB-in ofisi yandı
21:09 - Polkovnikin canına qəsdinin səbəbi bilindi - Məktubu tapılıb
12:40 - Milli Məclis "Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişi ratifikasiya edib
12:38 - Azərbaycan və İsrail prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
12:35 - Azərbaycan və İsrail prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
06:34 - Pedofiliyaya etiraz - "SİRR" filmi təqdim edildi // VİDEO+FOTO
Ordu quruculuqu Heydər Əliyevin siyasətində ön planda olub.
VETENİM-AZERBAYCANDIR.AZ
Ordu quruculuğunun inkişafı Ümummilli Lider Heydər Əliyevin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil etmişdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlı olmuşdur. Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə ikinci dəfə qayıdışı ölkə təhlükəsizliyinin əsas qarantı olan ordumuzun yenidən qurulmasında mühüm mərhələnin başlanğıcını qoydu. Ümummilli Lider hakimiyyətə qayıdışının ilk günlərindən etibarən erməni təcavüzünə qarşı mübarizədə qalib gəlmək üçün güclü ordu yaratmaq və ölkənin etibarlı müdafiəsinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görməyə başladı. İlk vaxtlarda ordu quruculuğu ilə bağlı cəmiyyətimizdə son dərəcə bədbin bir əhval-ruhiyyə var idi. Məhz Heydər Əliyev belə bir şəraitdə xilaskarlıq missiyasını öz üzərinə götürərək qısa vaxt ərzində Azərbaycanın hərbi təhlükəsizliyini təmin etmək məqsədilə real qüvvələri formalaşdıra bildi.Azərbaycanda ordu quruculuğunun yeni əsaslar üzərində qurulmasının qısa vaxt ərzində reallaşdırılmasının ən böyük səbəblərindən biri Heydər Əliyev tərəfindən xalqın bu prosesə cəlb edilməsi olmuşdu. Ulu Öndər ordu quruculuğu sahəsində möcüzə yaradaraq qısa müddət ərzində güclü, intizamlı və vahid komandanlıq ətrafında birləşmiş ordu yaratdı. Ermənistanla 1994-cü ildə imzalanmış atəşkəs ordu quruculuğunun sürətlənməsi üçün yeni imkanlar yaratmış oldu. Atəşkəs dövründə ordunun yenidən formalaşdırılması üçün Ulu Öndər dövlətin strateji siyasətini müəyyənləşdirdi, milli zabit kadrlarının hazırlanması üçün mükəmməl hərbi təhsil sistemi formalaşdırdı, ordunun maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində təxirəsalınmaz işlər görüldü. Heydər Əliyev ordu quruculuğundan danışarkən dəfələrlə qeyd etmişdi ki, “Azərbaycanda ordu quruculuğu kampaniya xarakteri daşımamalıdır. Ordu Azərbaycanın müstəqilliyinin rəmzidir və ona görə də bu proses davamlı olmalıdır”.Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir. Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində əldə ətdiyi zəfər bir daha Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin doğruluğunu bir daha sübuta yetirmiş oldu. Ermənistan ordusunun 30 ilə yaxın müddət ərzində möhkəmləndirdiyi və keçilməz adlandırdığı müdafiə xəttini yararaq onun canlı qüvvəsini və silahlı texnikasını məhv etməklə, erməni əsgərini ağ bayraq qaldırmağa məcbur edən Azərbaycan əsgəri bütün dünyaya ordumuzun gücünü nümayiş etdirmiş oldu. Döyüş meydanında əldə etdiyimiz qələbə və müasir silahlardan, döyüş taktikasından istifadə hazırda bütün dünyada hərbi doktrinaların dəyişdirilməsinə səbəb oldu. Postmüharibə dövründə də Azərbaycan ordusunun gücləndirilməsi istiqamətində işlər davamlı şəkildə aparılmaqdadır. Ordumuzun gücləndirilməsi və təchizatı dövlət siyasətimizin əsasını təşkil edir. Hazırda ordumuzun daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Sərhədlərimizin möhkəmləndirilməsi məqsədilə yüksək döyüş qabiliyyətinə malik yeni komando birlikləri yaradılır, həmçinin ordumuz ən müasir silah və döyüş texnikası ilə təmin olunmaqdadır. Ali Baş Komandanın rəhbərliyi altında bu gün Azərbaycan ordusu daha güclüdür və rəşadətli ordumuz hər zaman ərazi bütövlüyümüzün müdafiəsinə hazırdır.
YAP-IN FƏAL ÜZVÜ QİYASOVA XANUMA
VETENİM-AZERBAYCANDIR.AZ