Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ordu quruculuğu ilə bağlı işlər planlı şəkildə gedir.

Ordu quruculuğu ilə bağlı işlər planlı şəkildə gedir.
1-07-2022, 22:08 339 dəfə baxılıb

   Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlı olmuşdur. Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə ikinci dəfə qayıdışı ölkə təhlükəsizliyinin əsas qarantı olan ordumuzun yenidən qurulmasında mühüm mərhələnin başlanğıcını qoydu. Ümummilli Lider hakimiyyətə qayıdışının ilk günlərindən etibarən erməni təcavüzünə qarşı mübarizədə qalib gəlmək üçün güclü ordu yaratmaq və ölkənin etibarlı müdafiəsinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görməyə başladı. İlk vaxtlarda ordu quruculuğu ilə bağlı cəmiyyətimizdə son dərəcə bədbin bir əhval-ruhiyyə var idi. Məhz Heydər Əliyev belə bir şəraitdə xilaskarlıq missiyasını öz üzərinə götürərək qısa vaxt ərzində Azərbaycanın hərbi təhlükəsizliyini təmin etmək məqsədilə real qüvvələri formalaşdıra bildi. 
Azərbaycanda ordu quruculuğunun yeni əsaslar üzərində qurulmasının qısa vaxt ərzində reallaşdırılmasının ən böyük səbəblərindən biri Heydər Əliyev tərəfindən xalqın bu prosesə cəlb edilməsi olmuşdu. Ulu Öndər ordu quruculuğu sahəsində möcüzə yaradaraq qısa müddət ərzində güclü, intizamlı və vahid komandanlıq ətrafında birləşmiş ordu yaratdı. Ermənistanla 1994-cü ildə imzalanmış atəşkəs ordu quruculuğunun sürətlənməsi üçün yeni imkanlar yaratmış oldu. Atəşkəs dövründə ordunun yenidən formalaşdırılması üçün Ulu Öndər dövlətin strateji siyasətini müəyyənləşdirdi, milli zabit kadrlarının hazırlanması üçün mükəmməl hərbi təhsil sistemi formalaşdırdı, ordunun maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində təxirəsalınmaz işlər görüldü. Heydər Əliyev ordu quruculuğundan danışarkən dəfələrlə qeyd etmişdi ki, “Azərbaycanda ordu quruculuğu kampaniya xarakteri daşımamalıdır. Ordu Azərbaycanın müstəqilliyinin rəmzidir və ona görə də bu proses davamlı olmalıdır”.
Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir. Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində əldə ətdiyi zəfər bir daha Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin doğruluğunu bir daha sübuta yetirmiş oldu. Ermənistan ordusunun 30 ilə yaxın müddət ərzində möhkəmləndirdiyi və keçilməz adlandırdığı müdafiə xəttini yararaq onun canlı qüvvəsini və silahlı texnikakısını məhv edən, erməni əsgərini ağ bayraq qaldırmağa məcbur edən Azərbaycan əsgəri bütün dünyaya ordumuzun gücünü nümayiş etdirmiş oldu. Döyüş meydanında əldə etdiyimiz qələbə və müasir silahlardan, döyüş taktikasından istifadə hazırda bütün dünyada hərbi doktrinaların dəyişdirilməsinə səbəb oldu.
          Postmüharibə dövründə də Azərbaycan ordusunun gücləndirilməsi istiqamətində işlər davamlı şəkildə aparılmaqdadır. Ordumuzun gücləndirilməsi və təchizatı dövlət siyasətimizin əsasını təşkil edir. Hazırda ordumuz ən müasir silah və döyüş texnikası ilə təmin olunmaqdadır. 26 iyun Silahlı Qüvvələr Günündə Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş Kəlbəcər rayonuna səfər etməsi və burada komando hərbi hissəsinə döyüş bayrağının verilməsi mərasimində iştirakı bir daha bu istiqamətdə aparılan məqsədyönlü işlərin bariz sübutudur. Sərhədlərimizin möhkəmləndirilməsi, həmin bölgələrdə komando birliklərinin yerləşdirilməsi torpaqlarımızn bütövlüyünün qorunması və təcavüzkara qarşı mübarizədə olduqca əhəmiyyətlidir. Ali Baş Komandanın rəhbərliyi altında bu gün Azərbaycan ordusu daha güclüdür və ən müasir silah və təchizatla təmin olunmuş rəşadətli ordumuz hər zaman torpaqlarımızın müdafiəsinə hazırdır.

 Samir Baxşiyev 
YAP Siyəzən rayon təşkilatının sədri.
"Vətənim-Azərbaycandır.az"

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI