Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"

Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
Dünən, 17:49 51 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

İstilik dalğaları Azərbaycanda da tezləşib və Bakı şəhərində 1990-cı illərlə müqayisədə 14 dəfə artıb.
bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində keçirilən Şəhərlərdə Təbiət, Səhiyyə və Kənd Təsərrüfatı üzrə Yüksək Səviyyəli Dəyirmi Masada bildirib.
"Şəhərlər iqlim dəyişikliyində kritik rol oynayır. Proqnozlara görə, 2050-ci ilə qədər şəhərlərin əhalisi 2,5 milyard artacaq və qlobal əhalinin 68 %-i şəhərlərdə yaşayacaq. Qlobal istiləşmə şəhərlərdə daha tez-tez və ciddi şəkildə hiss edilən ekstremal hava hadisələri ilə müşayiət olunur. Sürətli urbanizasiya səbəbindən antropogen təzyiq həm təbiət, həm də insan sağlamlığı üçün əlavə risklər yaradıb", - o vurğulayıb.
Onun sözlərinə görə, son onilliklərdə şəhər ərazilərinin əhalisi iqlim dəyişikliyi ilə bağlı ekoloji dəyişikliklər daxil olmaqla bir çox qlobal problemlərə qarşı ən həssas hesab edilir: "Ətraf mühitin bütün bu mənfi transformasiyaları gələcək nəsillərə təsir edəcək. İqlimin istiləşməsi və istilik dalğaları şəhər əhalisinin sağlamlığı üçün daha çox risk yaradır. Xüsusilə böyük şəhərlərdə əhali hava şəraitinə daha həssasdır. Son illərdə regionumuzda 25 m/s-dən yuxarı güclü küləklərin sayı 12 dəfə artıb".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI