17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
18:03 - IDEA ilə ICESCO arasında niyyət protokolu imzalanıb
18:02 - Leyla Əliyeva COP29 çərçivəsində dəniz canlılarına dair panel müzakirələrində iştirak edib
17:57 - Prezident İlham Əliyev bu məhkəmələrə hakimlər təyin edib - SƏRƏNCAM
17:55 - COP29-da Xəzəryanı dövlətlər arasında ekoloji əməkdaşlığın gücləndirilməsi müzakirə olunub
17:53 - Sabah "Yaşıl şəhər nəqliyyatı" mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək
" Aşıq sənəti" haqqında
Aşıq sənəti şifahi xalq ədəbiyyatının ən geniş yayılmış janrlarından biridir. Bu sənətdə musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. Aşıq sənəti dedikdə əsasən saz musiqi aləti nəzərdə tutulur və aşıq musiqisinin ən geniş yayılmış növlərindən biri sazın müşayiətilə solo oxumaqdır.
Saz musiqi aləti təzanə ( mizrab) ilə çalınan simli çalğı alətidir. Bu musiqi aləti canaq və qoldan ibarətdir. Canaq hissə əsasən tut ağacından, qol hissə isə qoz ağacından hazırlanır. Çanağın gövdəsi bir-birinə bərkidilmis tək sayda qabırğalardan yığılır. Bu qabırğalar qol ilə çanağı birləşdirib küp adlı kiçik hissənin üzərində yığılır. Azərbaycanda saz musiqi aləti 11; 9 və bəzəndə 8 simli olur.
Sənətkarlıq xüsusiyyətinə görə Aşıqlar 3 yerə bölünür:
Ustad aşıqlar, ifaçı və şair Aşıqlar.
Ustad aşıqlar- bu formalı Aşıqlar əsasən bəstəkar, rəqs, çalğıçı, aktyorluq özündə cəmləşir.
İfaçı aşıqlar- saz aləti mükəmməl ifası ilə yaşanan aşıqlardır.
Şair aşıqlar- bu cür Aşıqlar həm şeirləri həmdə ifası ilə qorunan aşıqlardır.
Azərbaycanda aşıq yaradıcilığının janrları müxtəlif formada olur:
Qosma, gəraylı, müxəmməs, ustadnamə, dastan, gozəlləmə, təcnis və s kimi janrları vardır.
Bir sıra tanınmış aşıq məktəbləri vardır:
Göyçə, Tovuz, Borcalı, Samaxı, Gəncə- Şəmkir, Qarabağ, Təbriz, Urmiya, Qaradağ vəs kimi aşıq məktəbləri vardır. Bununla yanaşı ustad aşıqlardan bir neçəsinin adlarını sadalaya bilərik:
Aşıq Ələsgər, Aşıq Alı, Aşıq İmran, Aşıq Hüseyn Saraçlı, Sarı Aşıq, Aşıq Ədalət, Aşıq Ulduz, Aşıq Əkbər, Aşıq Mahmud və s minlərlə adlarını saymaq olar.
Azərbaycan aşıq sənətinin inkişafında mühim rol oynayan məktəblərdən biridə Qərbi Azərbaycan bölgəsində yerləşən aşıq sənətidir. Qərbi Azərbaycan'ın bir çox mahallarında: İrəvan, Zəngəzur, Göyçə, Loru-Pəmbək, Dərələyəz, Ağbaba, Qaraqoyunlu, və s. mahallarında yüzillər boyunca ustad sənətkarlar, azman aşıqlar çalıb-çağırmış, dilimizin, ruhumuzun, mədəniyyətimizin, güc-qüdrətini Azərbaycan və oğuz- türk dünyası boyunca yayaraq şöhrətlənmisdir.
İrəvan aşıq mühitində yaradılmış " İrəvan çuxuru", " İrəvan gozəlləməsi", " İrəvan gəraylısı" və s kimi havaları mövcuddur. İrəvan aşıq mühitinin inkisafında xidmətleri bir çox ustad aşıqları:
Aşıq Cavad İrəvanlı, Aşıq Heydər, Aşıq Həsən Ortaçaylı və s kimi nümunə göstərmək olar.
Bir çox irəvanla bağlı bayatılar ve şeirlər vardır. Bunlardan bir neçəsini deyə bilərik:
İrəvanda bir quyu var,
Şəkərdən şirin suyu var,
Hər gözəlin bir xoyu var,
Ay qız, o xal nə xaldi,
Sən ora düzdürmüsən?
Ay naz, o xal nə xaldı,
Sən üzə düzdürmüsən?
İrəvan yolunu asib gəlmisen,
Sən də dərd içində bişib gəlmisən.
Yolunmu bu yana duşub, gəlmisən,
O eldən- obadan varmı bir xəbər?
Dərələyəz aşıq mühiti aşıq sənətinin inkişafında böyük rolu olmuşdur. Dərələyəz mahalında aşıq mühitinin inkişafında özünə məxsus havaları vardır. Bunlardan " Orta Cəlili" , " Ayaq Cəlili" , "Baş Cəlili", " Qaytarma", " Dərələyəz Gəraylısı" və s kimilərini misal göstərmək olar.
Dərələyəz mahalında yerləşən ustad aşıqlardan bir neçəsinin adlarını sadalaya bilərik:
Aşıq Əsəd, Aşıq Paşa, Aşıq Cəlil, Dəllək Xələf, Aşıq Qulu, Aşıq Bəhmən, Aşıq Mirzalı, Aşıq Qəhrəman, Aşıq Xanlar, Aşıq Mehdi Mehdiyev və s.
Göyçə aşıq mühiti Azərbaycan aşıq sənətinin təkcə ocağı əsasında intişar tapan qanadına daxildir. Göyçə mühiti söz yaradıcılığı ilə yanaşı bəstəçiliklə bir birindən gözəl və təravətli saz havaları yaratmaqla da şöhrətlənmişdir.
Bu aşıq mühitinin adı əsasında " Göyçəgölü" , " Göyçə gözəlləməsi" , " Köhnə Göyçə" və s havaları vardır.
Göyçə aşıq mühitinin inkişafında, aşıq sənətinin bəhrələnməsində bir çox ustadlar yetişdirmişdir. Bunlardan: Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Əziz, Növrəs İman, Əbdülləzim, Usta Abdulla, Aşıq Musa Zodlu, Məmmədhüseyn ve.s.
Saz havaların cilalanmasında da Göyçə aşıqları özünəməxsus sənətkarlıq məharəti göstərmişlər.
Göyçə aşıq mühiti 1988 ci ildə Azərbaycan Türklərinin zorla dədə-baba yurdlarından çıxarılması nəticəsində dağılmaq məcburiyyəti qarşısında qalmışdır.
Bu bulaq nurlu bulaq,
Qüdrətdən nurlu bulaq.
Qazaxda Şinqar gözəl,
Göyçədə dürlü bulaq.
Göyçədi elim mənim,
Çəmənim, çölüm mənim.
Göyçə desəm od tutar,
Ağzımda dilim mənim.
Adım Ələsgərdi, Göyçə mahalım,
Dolanım başına, mən dərdin alım,
Hüsnün şöləsinə xəstə xəyalım,
Pərvanədi, şəmistanlar dolanır.
Loru-Pəmbək və Dərəçiçək mahalında yerləşən əhalinində aşıq sənətinə sevgisi böyük olmusdur. Hətda aşıq sənətinin inkişafında böyük xidmətləri vardır.
Bununla yanaşı həmin bölgədən olan bir neçə ustad aşıqların xidmətləri qiymətlidir. Bir neçəsinin adlarını deyə bilərik:
Pəmbək mahalı, Qursalı kənd sakini Aşıq Abdülləzim, Pəmbək mahalı, Hamamlı rayonu Hallavar kənd sakini Aşıq Məhər,
Dərəçiçək mahalından Ozan İbrahim, Ozan Heydər, Sadıq Sultan və s adlarını çəkmək olar.
2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil olmusdur.
Abbasov Samir Rahin oğlu,
" İRS" Mədəni İnkişafa Dəstək İcitimai Birliyinin üzvi