01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Loru - Pəmbək Xalçası
Loru – Pəmbək mahallarında toxunmuş xalçalar dağlıq və dağətəyi ərazi kimi bu bölgədə yetişən meyvələrin , bitkilərin sayəsində əldə edilən rənglərlə özünəməxsus çalarlar qazanmışdır. Bu xalçaları Qazax xalça məktəbindən ayrı təsəvvür etmək mümükün deyil. Buradakı xalça naxışlarını bədii sənətkarlığın mürəkkəb nümunəsi də adlandırmaq olar. Zaman keçdikcə bu təsvirlər fərqli tərzlərdə təcəssüm olunmağa başlamış , sənət tarixinin ayrılmaz bir hissəsinə çevrilmiş , keçdiyi inkişaf yolunun məntiqi nəticəsi kimi sabit bədii üsluba yiyələnmişdir.
Loru – Pəmbəkdə qara yunlu, cins qoyunların bəslənməsi sayəsində burada iplərin fərqli rəng çalarları vardır. Burada xırda buynuzlu heyvanlar arasında keçinin də saxlanması rast gəlinir. Keçi yunundan faydalanan yerli əhali ondan müxtəlif xalça məmulatlarının toxunmasında da istifadə etmişdir. Bu ərazidə ən çox rast gəlinən xalça növlərindən biri kimi “ namazlığı “ xüsusi qeyd etmək lazımdır. Mürəkkəb və sadə kompozisiyalı xalçalar bu əhalinin dini dünyagörüşü , islami inancından rişələnərək toxunmuşdur. Əsas xalçaçılıq məntəqələri ilə məşhur olan Allahverdi, Pədik , Böyük Ayırım, Yuxarı Axtala , Mosul , kömürü , bazalt qayaları ilə tanınmış Aşağı Kilsə , qədim Oğuz qəbirləri , saxsı su anbarları ziyarətgahları ilə tanınan Mollaqışlaq kəndi, hələ qədimdən heyvandarlıqla, bağçılıq , tərəvəzçiliklə tanınmış Hallavar , Heydərli kəndləri , Voronsovka , Qara qala, Qızıl daş, Cücəkənd , Sarıyal , Soyuqbulaq , Barana bölgəsinin Yuxarı Körpülü, Ləmbəli , Ləlvər , Hamamlı bölgəsinin Qursalı , Qızılörən, Saral, Cəlaloğlu bölgəsinin Çubuqlu , Gərgər kimi kəndlərini göstərmək olar. Xüsusilə , Qursalıda əhalinin böyük əksəriyyəti xalça və xalça məmulatlarının toxunması ilə intensiv şəkildə məşğul olmuşdur.
Loru - Pəmbək mahallarının mineral ehtiyatlarla zəngin olması boyaqçılıq işində bu minerallardan istifadəyə imkan yaratmışdır. Loru - Pəmbək mahallarında toxunan palaz və kilimlər rəng düzümü və naxış tərtibatına görə Ağbaba mahalında toxunan kilim və palazlarla oxşardır. Bu mahalda “ qoşa damğa” və “ rombşəkilli” elementlər kilim və palazlarda çox geniş yayılmışdı. Burada toxunan kilim və palazlar rənginə , naxışlarına görə Bakı , Şirvan palazlarına bənzəyir.
Vəliyeva Aygün
İRS Mədəni İnkişafa Dəstək İctimai Birliyinin üzvü