Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatında Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi, Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir.

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatında Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi, Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir.
9-05-2022, 07:10 517 dəfə baxılıb

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatında Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi, Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər dəvam edir.


07 May 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatı və Şabran rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Şabran rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.Tədbirdə Şəhid ailələri, Qazilər,partiya aktivi, rayon ictimaiyyətinin nümayəndələri və idarə,müəssisə rəhbərləri iştirak etmişdir.

Tədbir çərçivəsində YAP Şabran rayon təşkilat Mədəniyyət ərazi partiya təşkilatının sədri,Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verərək,mərkəzdə yerləşən eksponatlar haqqında gələn qonağlara məlumat verdi,Mərkəzdə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə əlaqədar olaraq təşkil olunmuş sərgiyə baxış keçirildi.Daha sonra Mərkəzin Akt zalında çıxışlarla dəvam etdirildi.

Tədbirdə ilk öncə rayon ziyalısı Tofiq Əmrahov çıxış edərək bildirdi ki, Ölkəmizi davamlı inkişaf yoluna çıxaran Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açıb, əbədiyaşar liderin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş yüksək nailiyyətləri diqqətə çatdırıb.

Xüsusi qeyd edilib ki, Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi andan Ümummilli Lider daim milli həmrəyliyin və dövlətçilik ənənələrinin yaşadılmasına müstəsna əhəmiyyət verərək milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-strateji məqsədlərə çatmaq üçün hərbi kadr potensialınin formalaşdırılması istiqamətində atdığı əməli addimlar müstəqilliyimizin bərpası yolunda mühüm önəmə malik olub.
1993-cü ilin iyun ayında xalqın çağırışı ilə respublika rəhbərliyinə qayıdaraq xalqımızı və dövlətimizi böyük təhlükələrdən, vətəndaş müharibəsindən xilas etmiş dahi öndərin zamanında səsləndirdiyi bir çağırışı ilə yaranmış qüdrətli Azərbaycan ordusunun o dövrdə erməni silahlı qüvvələrinin bədnam niyyətlərinin qarşısını almaqla ilk qələbələrini qazanaraq düşməni atəşkəsə məcbur etməsi, qısa müddətdə müasir, mütəşəkkil ordunun yaradılmasının qələbəmizi şərtləndirən ən vacib amillərdən olması bildirilib. Şabran rayon Gənclər və idman idarəsinin baş məsləhətçisi Musa Hüseynov çıxış edərək bildirdi, Ümummilli lider Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə sübut etmişdi Həmin vaxta qədər Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. Ulu Öndərin hakimiyyətə birinci dəfə gəlişi ilə ölkədə sürətli yüksəliş, milli ruhun inkişafi və mənəviyyatin tərəqqisi dövrü başlandı. Şabran rayon Şabran rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Musa Hüseynov çıxış edərək bildirdi. Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin Moskva da daxil olmaqla aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc bu qayğı ilə əhatə olundu.

1970-1985-ci illərdə Sovet İttifaqının tanınmış 170 ali təhsil ocağında oxuyan azərbaycanlı gənclərin sayı 3500-ə çatdırıldı. Məhz həmin gənclər sonradan ali təhsilli mütəxəssis kimi ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində bacarıqlı kadr kimi fəaliyyətə başladılar. Hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınırdı. Gənclər Sankt-Peterburqda, Kiyevdə, Xarkovda, Minskdə təhsil alırdılar. Onlar Azərbaycan Respublikasının daxil olacağı yeni dövrün problemlərini həll etməli idilər.
Tədbirdə iştirak edən Şəhid Balağayev Seyfəddinin anası Besxanım Balağayeva çıxış edərək öz dəyərli fikirlərini bildirdi, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Ümumilli Lider Heydər Əliyevin layiqli dəvamçısı Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşıriqların yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribati nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməmişdir. Prezident İlham Əliyev Vətən üçün müqəddəs yola çıxan və şəhid olan heç bir əsgər ailəsini, heç bir qazini tək qoymadı. Onlar yaralananda hospitallara, xəstəxanalara getdi; səmimi dialoqlar qurdu; onların dərdlərini dinlədi; şəhid ailələri ilə davamlı olaraq görüşdü, onların qarşısında söz verdi vǝ yerinə yetirdi.

Və sonda Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov çıxış edərək bildirdi ki, qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqina bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan mudrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb. şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren bir ölkə kimi

qarşılaşa biləcəyi mühüm məsələlərin həlli üsulları hələ ulu öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdırılıb. Onun istefa verdiyi vaxtdan - 1987-ci ilin oktyabrından 1993-cü ilin iyununda növbəti dəfə hakimiyyətə
qayıdışınadək olan dövrdə ölkədə yaranmış özbaşınalığın, anarxiyanın, xaosun, hakimiyyət nümayəndələrinin xalq və dövlətin deyil, ayrı-ayrı şəxslərin maraqlarına xidmət etməsinin iqtisadiyyatımızın tənəzzülə uğraması, ictimai siyasi sabitliyin pozulması, eləcə də tarixi torpaqlarımızın işğal olunmasi ilə nəticələndiyini, eyni zamanda, vətəndaş müharibəsi və müstəqilliyimizin itirilməsi təhlükəsini yaratdığını, yalnız dahi şəxsiyyət Heydər Əliyevin xalqın israrlı tələbi ilə qayıdışından sonra hər şeyin müsbətə doğru dəyişdiyini vurğulayan Mehdi Balayov qeyd edib ki, Azərbaycanın müasir tarixinin həlledici dönüş nöqtəsi hesab olunan bu böyük qayıdışdan sonra vətəndaş müharibəsinin, eləcə də müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alınıb, cinayətkar dəstələr zərərsizləşdirilib, separatçı meyillərə son qoyulub, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digər zəruri tədbirlər görülüb. Bununla da Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son 19 ildə ölkəmizdə görülmüŞ müstəsna əhəmiyyətli işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş misli görünməmiş qələbələr Prezidentin dərin zəkası, zəngin biliyi, mükəmməl rəhbərliyi, qətiyyəti və yorulmaz fəaliyyəti sayəsində, eləcə də hakimiyyətlə xalq arasında olan sıx bağlılığin nəticəsində iqtisadiyyatımız daha da güclənib, ölkəmiz hərtərəfli inkişaf edib, qüdrətli Silahlı Qüvvələrimiz formalaşdırılıb. Eyni zamanda, dövlətimizin beynəlxalq nüfuzu daha da artmaqla, dünya ölkələri sırasında mövqeyi hərtərəfli möhkəmlənib. Bütün bunlar isǝ Vətən müharibəsindəki möhtəşəm qələbəmizi şərtləndirib, nəticədə hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə düşmən tapdağında olan dədə-baba torpaqlarımız işğaldan azad edilib. Millətinə xidməti həyat amalına çevirmiş Prezident İlham Əliyevin verdiyi bütün vədləri əməlləri ilə doğruldaraq, hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirməklə xalqın sonsuz məhəbbətini qazanmışdır, dövlətimizin başçısının növbəti dəfə də vədinə əməl etməsindən, işğal altında olan tarixi ərazilərimizin azad olunmasından, bu sərəfli missivanın
yaxın muddətdə duşmən tapdagında olan dədə-baba torpaqlarımız işğaldan azad edilib. Millətinə xidməti həyat amalina çevirmiş Prezident İlham Əliyevin verdiyi bütün vədləri əməlləri ilǝ doğruldaraq, hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirməklə xalqın sonsuz məhəbbətini qazanmışdır,dövlətimizin başçısının növbəti dəfə də vədinə əməl etməsindən, işğal altında olan tarixi ərazilərimizin azad olunmasından, bu şərəfli missiyanın həyata keçirilməsi zamanı müşahidə olunan bənzərsiz lider -xalq-ordu vəhdətindən, Ali Baş Komandanın rəhbərliyi ilə

hərbçilərimizin şanlı tarix yazdı. Prezident İlham Əliyevin dühası və gərgin əməyi ilə xalqın müdrikliyinin və əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən yer kürəsini bürüyən koronavirus (COVID-19) pandemiyasına və müharibədən yeni çıxmış dövlət olmasına rəğmən, ölkəmizin eyni templə hərtərəfli qüdrətlənməsi və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı bu gün də uğurla təmin edilir.

Əldə olunan uğurlarda və dövlətimizin qüdrətlənməsində, eləcə də ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində, mədəniyyətimizin bütün dünyaya

tanıdılmasında hərtərəfli biliklərə, iti düşüncəyə və yüksək idarəçilik qabiliyyətinə malik olan, sadəliyi və səmimiliyi ilə seçilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxsaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir. Mehriban xanımın

respublikamizda təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, idmanin və digər sahələrin inkişafındakı xidmətləri, milli mənəvi dəyərlərin qorunması və beynəlxalq səviyyədə geniş təbliği istiqamətində gördüyü nəhəng işlər dövlətimizin tərəqqisinə və xalqın rifahının yaxşılaşdırılmasına töhfələr verməkdədir.

Tədbirçərçivəsində Ulu Öndər Heydər Əliyevin 99-cu il dönümünə həsr olunmuş tədbirlərin təşkilatçılığında fəal iştirak etmiş,Şabran şəhər 3 saylı tam orta məktəbin direktoru Fidan Ferzeliyeva, Şabran rayon Uşaq-Gənclərin inkişafı mərkəzinin direktoru Aysel Quliyeva, Şabran rayon Xəlilli kənd məktəbinin direktoru İlkin Kəbirli Yeni

Azərbaycan Partiyası Şabran rayon təşkilatının Fəxri fərmanları ilə təltif olunmuşdur. Tədbir əbədiyaşar Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.

 Atayeva Günay
"Vətənim-Azərbaycandır.az" Xəbərlər informasiya portalının Şabran rayon üzre nümayəndəsi.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI