Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ

Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
Bu gün, 16:39 34 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Bu gündən etibarən qonşu ölkə Türkiyənin bir çox yerlərində hava şəraiti kəskin dəyişəcək. 
Marmara və Egey dənizi sahillərində güclü fırtına müşahidə ediləcək. Hətta bu saatdan etibarən İstanbulda su nəqliyyatı marşrutları ləğv edilə bilər.


Güclü fırtına axşam saatlarında da səngiməyəcək. Bu səbəbdən Hava Limanında da bəzi aviareyslər gecikə yaxud ləğv edilə bilər.
Növbəti 5 gün ərazində qonşu ölkəni ağır qış fəsli gözləyir. Yerli əhali güclü fırtına, yolları bağlayan qar və hədsiz soyuq hava ilə üz-üzədir.


Noyabr ayı olmasına baxmayaraq Türkiyənin bəzi bölgələrinə qar yağıb. Lakin bu çox rast gəlinən hadisə deyildi.
Yağan güclü yağışları selə səbəb ola bilər. Bu ərazilər İzmir, Aydın, Muğla və Manisadır.


Noyabrın 24-dən etibarən İstanbulda temperatur 10 dərəcədən yuxarı olmayacaq. Hətta temperaturun 2 dərəcəyə qədər düşməsi ehtimal edilir.
Meteroloji xidmətin məlumatına görə bu soyuq hava əsasən 46 bölgəni əhatə edəcək.
Bunlar arasında Afyonkarahisar, Amasya, Ankara, Aydın, Balıkesir, Bilecik, Bolu, Bursa, Çanakkale, Çankırı, Çorum, Denizli, Edirne, Eskişehir, Giresun, İstanbul, İzmir, Kastamonu, Kayseri, Kırklareli, Kırşehir, Kocaeli, Konya, Kütahya, Manisa, Muğla, Nevşehir, Niğde, Ordu, Sakarya, Samsun, Sinop, Sivas, Tekirdağ, Tokat, Trabzon, Uşak, Yozgat, Zonguldak, Aksaray, Karaman, Kırıkkale, Bartın, Yalova, Karabük və Düzce bölgələri var.
Görünür ki, sərt qış Türkiyəyə daha tez gələcək.
Ağır hava şəraiti dekabrın 15-nə qədər davam edəcək.



ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI