Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan tarixinin nəhəng şəxsiyyəti.

Azərbaycan tarixinin nəhəng şəxsiyyəti.
8-05-2022, 21:43 944 dəfə baxılıb

Vətənə məhəbbət, xalqa məhəbbət mənim beynimdədir, qanımdadır, bütün varlığımdadır. Heç nə, heç kim, heç bir qüvvə bu məhəbbəti məndən ala bilməz.


Ulu öndər Heydər Əliyev!!!

Zaman-zaman dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı olduğca azdır. Və o tarix yazanlar hər kəsin yaddaşlarında həkk olunmuşdur, Azərbaycan xalqının böyük oğlu, dünya şöhrətli siyasətçi, Ümummilli Iiderimiz, Dahi Heydər Əlirza oğlu Əliyev də məhz həmən tarix yaradan şə, siyyətlər sırasındadır!
İllərdir bu dahinin həyat yolu öyrənilir, kitablara köçürülür, məgalələrdə, uzun - uzadı yazılarda öz əksini tapır, lakin bütün bunlara baxmayaraq onun haqqında düşüncələr, fikirlər bitmək, tükənmək bilmir.
Gəlin yenə bu qürurlu, şərəfli, əvəzolunmaz, vətən sevgisindən güc alan, örnək yola ekskursiya edək, xatırlayaq, yad edək, öyrənək, öyrədək!! 
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur.
1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
O, 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləmişdir.
1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir.
1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilmişdir.
1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini bitirmişdir.
1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilmişdir.
1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirmişdir.
1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilmiş və həmin ildə də ona general-mayor rütbəsi verilmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir.
Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olmuşdur. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutmuşdur.
1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdir.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa vermişdir.
Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşmüş, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilmişdir.
1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilmiş və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışmışdır.
Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilmişdir.
1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdur.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Ulu Öndər səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini Prezident İlham Əliyevin xeyrinə geri götürmüşdür.
2003-cü il dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmiş və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunmuşdur.
Ulu Öndər beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülmüşdür.
Onun haqqında nə qədər yazsağda kifayət etmir.
Azərbaycan adlı dövləti uğura aparan yolun ilk pillələri də məhz bu Ali şəxsiyyətin adı ilə bağlıdır. Elə bir sahə yoxdur ki, onun inkişaf predmetləri də Heydər Əliyev imzası olmasın.
O, siyasi sabitliyin təminatçısı, Milli dövlətçilik ənənələrinin banisidir.
Heydər Əlirza oğlu Əliyev öz ideyalarına yaşatdığı müstəqil Azərbaycan Pespublikasının gələcək inkişafını yaxsı bilir və özünəməxsus uzaqgörənliyi ilə bunu görürdü.
Hələ illər öncəyə qayıtsaq bu həqiqəti görərik ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevə bir təkamül, yeniləşmə, kamilləşmə dövrü başladı. O zamana qədər bir çoxlarına əsl mahiyyəti bəlli olmayan Ermənistan-Azərbaycan münaqişəsinin əsl mahiyyəti də dünya ictimaiyyətinə məhz bu dahinin diplomatiyası sayəsində bəlli oldu.
Xalqı birləşdirən Azərbaycançılıq məfkurəsi də onun ideoloji xəritəsinin əsas qayəsi idi. 
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanı daha xoşbəxt, insanları daha firavan görmək istəyirdi. Ümummilli lider dəfələrlə xatırladırdı: "İnsan üçün hər şeydən əvvəl onun vətənidir, torpağıdır. Bir çox əsrlər bu vətənin azadlığının, müstəqilliyinin arzusunda olmuşuq. İndi buna nail olmuşuq və bunu əziz tutmalıyıq".
Bunlarla yanaşı Azərbaycan dilinin tarixi, Ordu quruculuğu, igtisadi müstəqillik, hüquqi dövlətin bərqərar olması, mətbuatımıza olan xüsusi diqqət və çox adını sadalamadığım fundamental nailiyyətlər də Dahi Heydər Əliyevin adı ilə bağlıdır.
Qafqazın ən böyük siyasi partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyev olmuşdur. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. 
Nə xoş ki, bu gün bu ideoloji xətt, bu uğurlu siyasi yol Dahi Ulu Öndərimizin layigli davamçısı, Müzəffər Ali Baş Komandan, qalib ölkənin Prezidenti, dünya şöhrətli siyasətçi İlham Heydər oğlu Əliyevin sayəsində layiqincə davam edir. 
Əbəs yerə illər öncə Ulu Öndərimiz demirdi:- "Mən ona özüm qədər inanıram"! 
Bəli bu inamdan cəsarət alan ölkə Başçımız Ulu Öndərimizin ən böyük Vəsiyyətini reallaşdıracaq adını Tarixə yazdı. Qalibiyyət qazanan ölkənin Müzəffər Prezidenti kimi!. 
Allah ona yar olsun! 
Müstəqilliyimiz, azadlığımız əbədi olsun. 
Nə qədər müstəqil Azərbaycan yaşayacaq Ulu Öndər Heydər Əliyev də qəlblərimizdə yaşayacaqdır!

Nəhayət Şirinova.
İctimaiyyətçi, yazar.
ADPU Quba filialının əməkdaşı.
Vətənim-Azərbaycandır.az. az xəbər portalının şimal zona rəhbəri

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI