Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Baydenin bəyanatı “ikili standartlar” siyasətinin növbəti təzahürüdür

Baydenin bəyanatı “ikili standartlar” siyasətinin növbəti təzahürüdür
28-04-2021, 11:10 393 dəfə baxılıb


Baydenin bəyanatı “ikili standartlar” siyasətinin növbəti təzahürüdür

Qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı ABŞ Prezidenti C.Baydenin 24 aprel tarixli bəyanatı beynəlxalq münasibətlər sistemində hökmranlıq edən “ikili standartlar” siyasətinin növbəti dəfə təzahürüdür. Şübhəsiz ki, beynəlxalq münasibətlər sistemində “ikili standartlar” siyasətinin hökm sürməsi təəssüf hissi doğurur. Yüz il bundan əvvəl baş vermiş hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan əvvəl Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymət verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.
Tarixi hadisələrin qiymətləndirilməsində mütləq obyektiv mövqedən çıxış edilməlidir. 1915-ci il hadisələrinin araşdırılıb, qiymət verilməsi siyasətçilərin deyil, tarixçilərin işidir. Məhz bu məqsədlə, həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan qəbul etməyib. Əlbəttə ki, bu açıq-aydın tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdidir. Belə bir səhv hüquqi, siyasi və tarixi baxımdan qəbuledilməzdir. Təbiki, burada əsas məqsəd tarixi saxtalaşdıraraq, ondan siyasi təzyiq vasitəsi kimi istifadə etməkdir.

Səbuhi Kərimov-Yeni Azərbaycan partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri



Bu açıq-aydın tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdidir

Onilliklər ərzində erməni təbliğat maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı soyqırımı törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərib. Eyni zamanda onu da qeyd etməliyik ki, Ermənistanın tarixi faktların saxtalaşdırılması yalnız qardaş Türkiyəyə qarşı deyil, uzun illər ərzində Azərbaycana qarşı da həyata keçirilib. Təkcə 1918-ci ilin mart soyqırımı zamanı 12 mindən çox türk-müsəlman öldürülüb. XX əsrin digər faciəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət törədilib. Baş vermiş bu faciələr təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Aqressiv erməni siyasətinin təzahürü olan bu cinayətlərin uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almaması ikili siyasətin təcəssümüdür.
Tarixin bütün dövrlərində Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətləri bütün sınaqlardan inamla və üzüağ çıxıb. Bu baxımdan, iki qardaş dövlətin başçıları bütün məsələlərdə olduğu kimi, bu dəfə də ABŞ Prezidentinin məlum bəyanatına qarşı eyni mövqedən çıxış ediblər. Belə ki, aprelin 24-də iki ölkənin dövlət başçıları arasındakı telefon danışığı zamanı dövlətimizin başçısı Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib. Türkiyə Prezidenti dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb. Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətləri bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edib və bundan sonra da belə davam edəcək.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri



Azərbaycan və Türkiyə sarsılmaz dostluq və qardaşlıq formatı yaradıblar

Dost və qardaş ölkələr olan Türkiyə və Azərbaycanı iqtisadi-siyasi, hərbi, ticari, elmi-mədəni, ümumiyyətlə, bütün sahələrdə tarixi yaxınlıq və eyni milli dəyərlər birləşdirir. Bütün tarixi dövrlərdə davamlı və uzunmüddətli əlaqələr quran Türkiyə və Azərbaycanın ictimai-siyasi, iqtisadi-sosial və mədəni həyatında dinamizm meylləri müşahidə olunub. Həmişə bir-birinin köməyini, çətin sınaqlarda dəstəyini hiss edən Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq meylləri olmayıb. Bu ölkələri bir-birinin problemlərinə diqqət və qayğı, səmimiyyət, qardaşlığın, milli birliyin genetik kodları birləşdirir. Bu gün ən nəhəng qaz və neft kəmərləri Azərbaycan-Türkiyə tranzit məkanı vasitəsilə dünyaya uzanmaqdadır, bunun hansı siyasi güc olması bütün dünya dövlətlərinə yaxşı məlumdur. Məhz bu amillər hər iki ölkənin dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayır və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan yeni-yeni layihələr dünya birliyində Azərbaycanın və Türkiyənin nüfuzunun, mövqeyinin güclənməsinə təkan verir. Bu gün hər iki ölkənin iqtisadiyyatı istər dövlət şirkətləri, istərsə də biznes qurumları üçün açıqdır.
Son illərdə ölkələr arasında dinamizmin möhkəmlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyması qarşılıqlı əməkdaşlıq tellərinin genişlənməsinə impuls verib. Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev iki qardaş ölkənin həmişə uğurla əməkdaşlıq etdiyini və qarşıda duran bütün çağırışlara, bütün vəzifələrə birgə münasibət göstərdiklərini bəyan edib.
Türkiyə Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olması üçün səylərini də gücləndirmək niyyətindədir.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru



“Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri qəbuledilməzdir”

ABŞ Prezidentinin radikal erməni dairələri və anti-Türkiyə qruplaşmalarının təzyiqi altında 1915-ci il hadisələrinə dair bəyanatı qəbul edilməzdir. Türkiyəyə qarşı təhrif olunmuş tarixi ittihamların silahlandırılması yalnız cəmiyyətlər arasında nifrət, intiqam və düşmənçilik hisslərinə həvəs göstərmək istəyənlərin əlində oyna çevrilməsinə yaradılan şəraitdir.
Türkiyə dövləti, dəfələrlə Ermənistana və dünya dövlətlərinə həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə çağırış etmişdir. Lakin Ermənistan bu təklifi qəbul etməmişdir. Ermənistanın tarixi faktların saxtalaşdırılması və ekspansiya siyasəti yalnız qardaş Türkiyəyə qarşı deyil, uzun illər ərzində Azərbaycana qarşı da həyata keçirilib. 1918-ci ilin mart ayından başlayaraq Azərbaycanın müxtəlif şəhərlərində 50 mindən çox türk-müsəlmana qarşı qətliam edilməsi, son 30 ildə Ermənistan silahlı qüvvələri tərəfindən 30 mindən çox dinc azərbaycanlı əhalinin öldürülməsi, o cümlədən 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət törədilməsi, əhaliyə qarşı soyqırımı aktları təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru



Azərbaycan –Türkiyə qardaşlığı bütün sınaqlardan inamla və üzüağ çıxıb

Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qədim tarixi vardır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdirmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun çəkən müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi olmuşdur.
Ulu öndər Heydər Əliyev isə öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşdur: Bir millət iki dövlət, Azərbaycan-Türkiyə. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Cənab Prezidentimiz İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri ilə ən yüksək səviyyədə davam etməkdədir. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır və bu səfərlərinin hər birində iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir.
Türkiyə həmişə olduğu kimi qardaşlarını Azərbaycanın haqqlı davasında da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan edir. Hələ Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlanması o vaxt Azərbaycana göstərilən qardaş münasibətin təcəssümü idi. Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirdilər və birmənalı olaraq bu haqq savaşında bizə dəstək oldular.
Bu dəstək şanlı qələbəmizdən sonra da davam etməkdədir. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı Türkiyə ilə fikir ayrılığı yoxdur, hədəflərimiz eynidir. Müharibədən sonrakı dövr regionda əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün imkanlar yaradır. Azərbaycan və Türkiyənin münasibətləri iki müttəfiq ölkə və ya dost ölkə anlayışlarından daha böyükdür.

Mübariz İsmayılov – Təqaüddə olan təhsil işçisi



Saxtakarlıq və fitnəkarlıq üzərində qurulmuş erməni siyasəti

Erməni saxtakarlıqlarının miqyası və coğrafiyası olduqca genişdir. Tarixi zaman kəsiyində erməni yalanları siyasətdən tutmuş gündəlik həyatımıza, tarixi abidə və şəxsiyyətlərə, coğrafi adlara, dini abidələrə, mədəni irsə sirayət etmişdir. Bir sözlə, yalan üzərində qurulmuş miflər bütün sahələri əhatə etmişdir. Eyni zamanda, bu saxtakarlıqlar və analoji olaraq mənimsəmə iddiaları təkcə Azərbaycana və Türk dünyasına deyil, ermənilərin təmasda olduqları digər xalqlara da qarşı yönəlmişdir. Ermənilərin Qafqazda özlərini yerli xalq kimi təqdim etmək cəhdləri isə regionda digər xalqların tarixinin məqsədyönlü şəkildə saxtalaşdırılmasına, özgə dəyərlərinin, tarixi-mədəni-dini irsin erməniləşdirilməsinə səbəb olmuşdur.
Təsadüfi deyil ki, yaşadığımız regionda elə bir xalq və ya dövlət yoxdur ki, ermənilərin onlara qarşı hər hansı bir iddiası olmasın. Ermənilərin vətən anlayışı ilə bağlı fobiyası, “Böyük Ermənistan” xülyası da erməni saxtakarlıqlarına rəvac verən faktlardan biridir.
Başqalarının tarixi-mədəni irsinin mənimsənilməsi erməni yalanları və saxtakarlıqları üçün əsas istinad mənbəyi olmuşdur. Beləliklə, ermənilər öz tarixlərini yaratmaq üçün başqalarının tarixini və mədəni irsini mənimsəmək yolu tutmuşlar. Yalanlar üzərində qurulan tarix isə qonşu xalqların mədəni və mənəvi dəyərlərinin mənimsənilməsi və ilkin mənbələrin saxtalaşdırılması hesabına yazılmışdır.Amma saxtakarlıq üzərində qurulmuş siyasət çox davam edə bilməz. Haqq ədalət sonunda öz yerini alacaq və almaqdadır.

Vasif Məmmədov – Vətən müharibəsi iştirakçısı

Tarixi hadisələrin qiymətləndirilməsində mütləq obyektiv mövqedən çıxış edilməlidir

Erməni millətçilərinin uzun illərdir ki, Osmanlı imperiyasının varisi olan Türkiyəyə qarşı əsassız “soyqırım” iddiası absurddur. Avropa məhkəməsinin təsdiq etməkdən imtina etdiyi və əsassız faktlara söykənən “soyqırım” sayıqlamasının indi şişirdilərək ABŞ Prezidenti tərəfindən rəsmi bəyanatda da səsləndirlməsi ABŞ-ın milli və strateji maraqlarına uyğun deyil. ABŞ siyasəti üçün bu utancverici bəyanat Baydenin erməni lobbisinin seçki kampaniyası üçün siyasi bazarlığın rüsvayçı nəticəsidir.
Əgər bu cür bəyənatların məqsədi tarixi faktların obyektiv araşdırmasıdırsa, tarixi reallıq siyasi məqsədlərə görə təhrif edilməməli, araşdırma bu sahədə ixtisaslaşmış tanınmış tarixçilərə həvalə edilməlidir. 1915-ci il hadisələrini ört basdır etmək istəyən, özünü məzlum ölkə kimi göstərməyə çalışan Ermənistan isə həmin dövr hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməyib.
ABŞ Prezidenti Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı verdiyi əsassız, qərəzli bəyanat bütövlükdə Azərbaycan xalqı tərəfindən ikrah hissi ilə qarşılanıb. Hətta Azərbaycan prezidenti cənab İlham Əliyevin Baydenin soyqırm ifadəsini tarixi səhv adlandırıb və bu bəyanatı Azərbaycanın qəbul etmədiyni bildirib.

Hüseyn Həsənov – Zərdab şəhər sakini, təqaüdçü

Dünya tarixi daha bir beynəlxalq riakarlıq nümünəsi ilə “zənginləşdi”

Məlum olduğu kimi ABŞ prezidenti Bayden 2021-ci il 24 apreldə 1915-ci il hadisələrindən danışarkən soyqırım ifadəsini işlədib. O, bildirib ki, bu ifadəni kimisə günahlandırmaq üçün yox, faciələrin təkrarlanmaması üçün işlədib. NATO üzrə çox güclü müttəfiqi olan Türkiyəni qəzəbləndirməmək üçün Bayden bu cür yumşaq ifadələr işlətməyə çalışsa da faktiki olaraq qardaş və dost Türkiyəyə neqativ münasibətlərini ortaya qoymaqla böyük bir risk və ədalətsizlik etmişdir.
Eyni zamanda Bayden soyqırım ifadəsini işlətməklə ifrat erməni millətçilərinə erməni lobbisinə və Türkiyə əlehinə olan qruplara seçki kampaniyası dövründə verdiyi vədini yerinə yetirmiş və tarixi səhvə imza atmışdır. Bayden açıq şəkildə beynəlxalq hüququ pozan, ədalətə zidd bəyanat verməklə Amerikanın maraqlarını Erməni lobbisinə qurban vermiş olur. Türkiyə rəsmiləri dəfələrlə ermənistanı 1915-ci il arxivlərini açmaq və hadisələri araşdırmaq üçün birgə komissiya yaratmağa çağırıb.
Ancaq ermənistan hələ də Türkiyənin bu təklifinə cavab verməyib, çünki gerçəklərin ortaya çıxmasından qorxublar. Gerçək soyqırımına məruz qalan Türklər və Azərbaycanlılar olublar. Birinci dünya müharibəsi vaxtı Osmanlı İmperiyasına müharibə elan edən Çar Rusiyasının silahlandırıdığı Erməni silahlı dəstələrinin vəhşilikləri nəticəsində beş mindən çox türk, on minlərlə Azərbaycanlı qətlə yetirilib.
Biz Baydenin 1915-ci il hadisələri ilə bağlı Erməni soyqırımı ifadəsini işlətməsini pisləyir, onun bu addımını bölgədə işğalçı və terrorçu dövlət kimi tanınan Ermənistanı yeni işğallara və terrora sövq etmək, bölgədə sabitliyi və əminamanlığı pozmaq cəhdi kimi qiymətləndiririk. Azərbaycan ərazisinin 20 faizinin 30 ildə Ermənistan tərəfindən işğal altında saxlamasına, bu ərazilərdə ermənilərin apardığı etnik təmizləmə nəticəsində 1 milyondan artıq dinc azərbaycanlı əhalinin 30 il didərgin həyatı yaşamasına biganə qalan ABŞ-ın bu gün çox il əvvəlki hadisələrdə “ədalət” axtarması təssüf doğurur və biz bu əməli ABŞ üçün tarixi biyabırçılıq, beynəlxalq riyakarlıq nümünəsi kimi dəyəndəririk.

Qnyaz Nağıyev – Dəli Quşçu kənd sakini, fəal gənc



C.Baydenin “bəyanatı” heç bir şəkildə Türkiyənin qlobal güc roluna və regiondakı mövqelərinə təsir edə bilməz

Azərbaycan–Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” konsepsiyasına əsaslanır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya son səfəri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir.
ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı verdiyi əsassız, qərəzli bəyanat siyasi mövqeyindən asılı olmayaraq bütünlükdə Azərbaycan cəmiyyətində böyük təəssüf və ikrah hissi ilə qarşılandı. Təbii ki, Türkiyəyə qarşı ağır iftira və növbəti siyasi təzyiq və təhdid vasitəsi olan bu bəyanat ciddi şəkildə qınaq obyektinə çevrilməli və rədd edilməlidır. Uzun illərdir ki, erməni diasporunun və lobbisinin Türkiyəyə qarşı siyasi spekulyasiya aləti kimi istifadə etməyə çalışdığı qondarma “erməni soyqırımı” ifadəsinin ABŞ Prezidentinin dilindən səsləndirilməsi Baydenin seçki kampaniyasında ermənilərin maliyyə və səs dəstəyinə qarşı verdiyi sözün nəticəsi olsa da, bu ədalətsiz bəyanatın ABŞ üçün ağır siyasi, iqtisadi və hüquqi nəticələri olacağı şübhəsizdir. Bu uğursuz və düşüncəsiz açıqlamanın hər hansı bir tarixi, siyasi və ya hüquqi əhəmiyyəti, qüvvəsi olmasa da, ədalətin, insan haqlarının, beynəlxalq hüququn mövcud olduğu dünya ölkələrinin, xüsusilə bütün Türk dünyasının bu provakasiya xarakterli addıma birmənalı, adekvat və sərt reaksiyası olmalıdır. Əslində, sağlam məntiqdən çıxış etsək görünən odur ki, bu bəyanat ABŞ-ın əlində bayraq etdiyi demokratiya, insan hüquqları və öz milli maraqlarına da uyğun deyildir.
Son 20 il ərzində Türkiyənin nail olduğu iqtisadi, hərbi, texniki və texnoloji inkişaf onu, Azərbaycanla birlikdə nəinki regionun, eləcə də qlobal güc mərkəzlərindən birinə çevirmişdir. Bu faktorun ABŞ-Rusiya münasibətlərinin getdikcə gərginləşdiyi, hətta soyuq müharibə səviyyəsinə çatdığı bir şəraitdə nəzərə alınmaması ya Baydenin bu coğrafiyada baş verən prosesləri, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi reallıqları düzgün qiymətləndirə bilməməsidir, ya da onun erməni lobbisinin əlində alətə çevrilməsidir. Tarixən millətçilik, faşizm, işğalçılıq və terrorizm ideologiyası üzərində qurulan erməni terror təşkilatları türk-müsəlman əhalisinə, hökumət adamlarına qarşı qanlı sui-qəsdlər törətmiş, terror aktlarının, qətliamların, soyqırımlarının təşkilatçısı və icraçıları olmuşlar.
Erməni lobbisinin tarixi saxtalaşdırmaq və təhrif etmək cəhdinin növbəti təzahürü olan C.Baydenin “bəyanatı” heç bir şəkildə Türkiyənin qlobal güc roluna və regiondakı mövqelərinə təsir edə bilməz.
C.Baydenin əsassız, biabırçı bəyanatından dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığının olması bir daha göstərdi ki, tarixin sınağından çıxmış Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir, sarsılmazdır və bu iki qardaş dövlət ən çətin, taleyüklü məqamlarda hər zaman bir-birinin yanındadır.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

Beynəlxalq münasibətlər sistemində ikili standartlar siyasətinin hökmranlığı təəssüf doğurur

Son zamanlar beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşmalar bütün dünyada və bölgədə gedən proseslərə mənfi təsir göstərir. Bütün bunlara baxmayaraq Azərbaycanın sürətli inkişafı, həyata keçirilən mühüm tədbirlər ölkəmizin nüfuzunu dünya miqyasında xeyli artırıb. Azərbaycan yalnız regionda deyil, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb.
İkili standartlar bu gün də beynəlxalq münasibətlərə, dövlətlərarası dialoqa öz mənfi təsirlərini göstərməkdə davam edir. ABŞ prezidenti Co Baydenin 24 aprel tarixli bəyanatı beynəlxalq münasibətlər sistemində hömranlıq edən “ikili standartlar” siyasətinin təzahürüdür. Erməni faşizminin Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırımına ədalətli qiymət verilməməsi ikili standart nümunəsidir.
Bu gün dünyanın nüfuzlu tarixçiləri, tədqiqatçıları öz əsərlərində, tədqiqat işlərində sübut ediblər ki, ermənilər türklər tərəfindən heç bir “soyqırımına” məruz qalmayıb. Baş verən hadisələr erməni millətçiləri tərəfindən qızışdırılan və Osmanlı cəbhəsində ermənilərin apardıqları vətəndaş müharibəsinin nəticəsi idi. Bu gün dünya ictimaiyyətinə məlumdur ki, ermənilərin uydurduqları bütün yalanların məqsədi nədir.
CoBayden qondarma “erməni soyqırımı” ifadəsini işlətməsi həm onun özünün, həm də ABŞ-ın erməni lobbisinin təsiri altında olduğunu, özünü superdövlət adlandıran ABŞ-ın əslində hansısa maraqlı qüvvələrin əlində alətə çevrildiyini göstərir.

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini



Qondarma “erməni soyqırımı”nı siyasiləşdirib gündəmə gətirənlər, buna dəstək olan dövlətlər bilməlidirlər ki, tarix onları bağışlamayacaq

Türkiyə hər zaman “erməni soyqırımı” məsələsi ilə bağlı tarixi arxivlərin açılmasına hazır olduğunu bildirmiş, lakin ermənilər bundan hər zaman qaçmışlar. Ermənilər qondarma soyqırımnı sübut edən heç bir əsaslı fakt ortaya qoya bilməyiblər. Ermənilər 1915-ci ildə Osmanlı imperiyasının bir hissəsindən digər hissəsinə köçürülmələrini soyqırım kimi təqdim etməklə öz maraqlarını həyata keçirməyə çalışırlar.
1915-ci il 24 aprel hadisələrinin “soyqırım” adlandırılmasının əsassız və uydurma olmasını tarixi faktlar təsdiq edir. ABŞ prezidenti Cozef Bayden bəyanatında “soyqırım” deyərək erməni məsələsini siyasiləşdirib. Amma qondarma “erməni soyqırımı”nı siyasiləşdirib gündəmə gətirənlər, buna dəstək olan dövlətlər bilməlidirlər ki, tarix onları bağışlamayacaq. Heyif ki, bu dövlətlər illərdir xalqımıza qarşı olan soyqırımlardan guya xəbərsizdirlər. 1918-ci ildə Azərbaycanın bölgələrində və Bakı şəhərində, 90-cı illərdə Qarabağda, Xocalıda ermənilər azərbaycanlılara qarşı soyqırım törətmişlər və bu tarixi faktlarla sübut olunur. Elə ermənilərə tərəf duran dövlətlər də bunu etməklə bizə edilmiş soyqırımı görməzdən gəlirlər. Onlar isə görməzdən gələrək qondarma “erməni soyqırımı”nı qəbul edirlər. Bu isə bütün insanlığı təəsüfləndirir. Bu qondarma soyqırımı tanıyan dövlətlər elə o ölkələrdir ki, onlar da digər insanlar üzərində soyqırım törədiblər.
Qardaşımız Türkiyənin yanındayıq. Tarixi bilənlər bilir ki, Türkiyə dövləti aciz heç bir dövlət üzərində soyqırım törətməmişdir. Ermənistan isə həmişə aciz olub!

Eldar Xəlilov-Sosial Xidmətlər Agentliyinin 25 saylı filalının böyük mütəxəssisi

Saxtakarlıq və fitnəkarlıq üzərində qurulmuş erməni siyasəti

Saxtakar insanlar deyəndə ermənilər yadıma düşür. O, həmin ermənilərdir ki, illərdir saxtakar siyasət aparırlar. O, saxtakar siyasət ki, ermənilər tarix boyu təxribatlar yürüdür. Masada belə dürüst davranmır. Və saxtakar ermənilərin bir təxribatı daha aparılır. Bu dəfə ermənilər təxribatı apararkən təkbaşına deyillər. Ermənilər havadarları, yəni hansısa siyasi maraqları ucbatından tarixi gizlədənlərlə bərabərdirlər. Ermənilər həmiş belə olub, onlar fitnə tördərək nələrisə qazanmağa çalışırlar.
Amma bu dəfə alınmayacaq. Necə ki, keçən dəfə alınmadı. Son təxribatlarında başlarını yumruqla yerə vurduq. Zəfər çaldıq.
Bu dəfə də Türk qardaşlarımızı yalançı soyqırım etməklə günahlandırırlar. Bu dəfə də qazana bilməyəcəklər. Ermənistan dövləti anlamalıdır ki, onlar məğlubdur. Nə etsələr də, saxtakarların dünyada yeri yoxdur.
Xalqımız – ən kiçiyimizdən ən yaşlımıza qədər hər kəs bilir, ermənilərin illərdir xalqımızın başına gətirdiyi təcavüzləri, soyqırımları… Buları niyə sayıram? Ermənistan dövləti bu siyasətini yenidən aparır. Bu dəfə hədəf biz deyilik, Türk qardaşlarımızdır. Bizə tanışdır onların məkrli siyasətləri. Biz illərdir bu siyasətə, bu təcavüzə, soyqırıma məruz qalmışıq. Təkcə 1918-ci ildə ermənilər tərəfindən soyqırıma məruz qalmağımız bəs deyilmi, bəzi kor gözləri açmağa?! Bəs etməz mi, torpaqlarımızın işğal altında olduğunu görmək istəməyənlərə?! Bəs etmir mi ki, biz hələ də işğaldan azad etdiyimiz torpaqlardan şəhid qalıqları toplayırıq?!
Biz – Azərbaycan xalqı və Türk qardaşlarımız aldanmayacağıq. Ermənilərə aldananlar, onların tərəfində duranlar kordurlar. Ermənilərin saxtakar siyasəti ilə gözləri yumulanlar indi də Türkiyə üzərində təxribatlar yürütməyə çalışırlar. Qazandığımız zəfərdən bəslərini götürməyən qorxaq ermənilər döyüş meydanından qaçıb, yalanlarla udmağa çalışırlar. Başa düşmürlər ki, yalanlar da bir yerə qədərdir. Doğruluq, əzm, iradə zəfər çalacaq. Azərbaycan xalqının, bütün türk dünyasının ermənistan üzərində qazandığı zəfər kimi!

“Vəfa Xəlilli” – Gəncliyə Dəstək İB-nin sədri

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI