Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

14:19 - Təhsilimizin bu günü...

13:10 - Prezident: “Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”

13:08 - Prezident: “Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var”

07:14 - HAYATA DOKUNMAK (GENÇLİĞİMİN MERKEZİ) EKİBİ AKDENİZ’İN İNCİSİ ANTALYA’DA

00:12 - BAKIDA QIRĞIZ MƏDƏNİYYƏTİ GÜNLƏRİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASIMI KEÇİRİLİB.

17:01 - Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO

16:58 - Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

11:58 - Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

11:17 - Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

11:15 - Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

10:40 - Xankəndidə silah-sursat aşkarlanıb

10:38 - 25 Aprel Respublika Sahibkarlar günüdür

10:25 - Quba Xaçmaz Regional Təhsil idarəsinin A. Səlimov adına Xaçmaz şəhər 7 nömrəli tam orta məktəbdə Yer günü və " Yaşıl dünya naminə həmrəylik ili " çərçivəsində iməclik keçirilmişdir.

17:40 - İlham Əliyev: “Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”

17:37 - Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

10 sentyabr 2022-ci il tarixdə "ƏDALƏT İŞIĞINDA" Ədəbi-bədii məclisində Azərbaycanımızın dəyərli söz ustaları və Poeziya sevərlərimiz ilə görüşümüz oldu.

10 sentyabr 2022-ci il tarixdə "ƏDALƏT İŞIĞINDA" Ədəbi-bədii məclisində Azərbaycanımızın dəyərli söz ustaları və Poeziya sevərlərimiz ilə görüşümüz oldu.
10-09-2022, 23:25 477 dəfə baxılıb

"Ədalət işığında" ədəbi-bədii məclisin sədri, AYB və AJB-nin üzvü Ədalət Əroğlu Məclis üzvlərini salamlayaraq ədəbi məclisi açıq elan etdi. Məclisin Sədri, Hüquqşünas, şair-publisist Ədalət Qafarov (ƏROĞLU) Vətənimiz uğrunda canlarından keçən Şəhidlərimizin xatirələrin andı, Döyüşlər zamanı xəsarət alan Müharibə Veteranları, Qazilərimizə isə Allahdan sağlamlıq dilədi.
Məclisin sədi Ədalət Əroğlu çıxış edərək ziyalımız https://vetenim-azerbaycandir.az/ xəbərlər saytının Təsisçisi və Baş Redaktoru dostu Kamran Orucovun "Doğum Günü" münasibəti ilə "İZZƏT" MMC Hüquq Xidməti və Tədris Mərkəzinin müəllim və işçi heyyəti adından və "Ədalət işığında" ədəbi-bədii Məclis üzvləri adından Təbrik edib, ona uzun ömür, can sağlığı, işlərində uğurlar dilədi.
Respublikamızın orta mətəblərindən IX siniflərdən, XI siniflərdən Kolleclərə daxil olan bütün tələbə adını qazanmış Abituriyentlərimizi və eləcə də yüksək bal toplayaraq Ali Məktəblərə daxil olan bütün Abituriyentləri Məclis üzvləri adından təbrik etdi. Tələbə adını qazanmış bütün gənclərimizə Təhsillərində yeni-yeni nailiyyətlər, uğurlar dilədi. Eləcə də yeni dərs ili münasibəti ilə müəllim və şagird lərimizi əvvəlcən təbrik edib onların hər birinə yeni-yeni nailiyyətlər dilədi.
Məclisdə dəyərli şairlərimizdən AJB-nin üzvü satirik publisist-şair Miraslan Rasim, Şair-publisist Hidayət Qarabulaq, AYB və AJB-nin üzvü, Şair-publisist Mürvət Qədimoğlu (Həkəri), Sabaha-inamla.az xəbər saytının Təsisçisi və Baş Redaktoru, bir çox mükafatlar sahibi Namiq Məmmədli, AJB-nin üzvü, Şair-publisist Aynurə Ulduz, "İZZƏT" MMC Təhsil Mərkəzi üzrə Rus Dili Müəllimi Günay Salmanova, Menecer Aminə Xanım və gənc qiraətçilər və s. dinləyicilər iştirak etdilər. Məclisdə iştirak edən Şairlərimizin hər biri "Ədalət işığnda" ədəbi məclis barədə xoş arzu və diləklərini bildirib özlərinin bir neçə yeni şeirlərini səsləndirdilər.
Sonda yadda qalan şəkilləri çəkən Operatorumuz Aminə Xanıma Ədəbi Məclisimiz adından dərin minnətdarlığımızı bildirdik.
Bir sözlə bu gün də özünə məxsus mənalı bir gün oldu. Yeni şeirlər, yeni fikirlər dinlədik.
Məclisimizin sonunda məclis iştirakçıları ilə yadda qalan şəkilləri çəkdirdikdən sonra çay süfrəsində məclisimiz davam etdirdik. Bir sözlə çox maraqlı bir gün oldu.
Məclisdə iştirk edən və ürəyi bizimlə olan, müəyyən səbəblərdən məclisimizə qoşula bilməyən dəyərli şairlərimizə də təşəkkür edirəm.
Hörmətlə:
AYB və AJB-nin üzvü,
"ƏDALƏT İŞIĞINDA" Ədəbi Məclisin Sədri,
Hüquqşünas-şair
Qafarov Ədalət İzzət oğlu (ƏROĞLU)


VƏTƏNİM- AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI