Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şuşada “Global Research Conference – AI for a Better Future” beynəlxalq elmi konfransı uğurla başa çatdı 📍 Şuşa, Azərbaycan | 16 iyun 2025

Şuşada “Global Research Conference – AI for a Better Future” beynəlxalq elmi konfransı uğurla başa çatdı 📍 Şuşa, Azərbaycan | 16 iyun 2025
8-07-2025, 00:15 704 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart 2025-ci il tarixli Sərəncamında müəyyən edilmiş milli prioritetlərə əsaslanaraq, Şuşa şəhərində 16 iyun 2025-ci il tarixində “Global Research Conference – AI for a Better Future” adlı beynəlxalq elmi konfrans keçirildi.
Konfransın təşkilatçısı və əsas təşəbbüskarı Mehriban Məlikova Məlik qızı MIE Azerbaijan  (vertikal istiqaməti MetaWay) MMC-nin təsisçisi və direktoru tədbirin əsas məqsədinin süni intellekt sahəsində beynəlxalq əməkdaşlıq platforması yaratmaq, elmi tədqiqatları təşviq etmək və COP29-a dəstək vermək olduğunu qeyd edib.
Tərəfdaşlar və iştirakçılar
Bitlis Eren Universiteti Dosent Dr. Hatice Akyuz, Rəcəb Tayyib Ərdoğan Universiteti (Əkinçilik Fakültəsi ,Bağçılıq Bölümü Prof. Mustafa Akbulut), Konfrans AIII (Artificial Intelligence International Institute – Sinqapur), Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət İdarəçilik Akademiyasından ( "Fəlsəfə və sosial psixologiya" kafedrasının dosenti,
siyasi elmlər üzrə fəlsəfə doktoru, Cahangir Xanoğlan oğlu Cahangirli;   "Hüquq" kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru Musayeva Ulduz Əliyar qızı;   " Tarix" kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Ömərova İlhamə Kavı qızı;   "Dövlət idarəçiliyində informasiya texnologiyaları " kafedrasının dosenti Əliyeva Aytən Mövsüm qızı, Azərbaycan ETN Fizika İnstitutu, AI for Humanity təşəbbüsü, Beynəlxalq Ekoenergetika Akademiyası və 100-dən çox yerli və xarici universitetin professor-müəllim heyəti ilə əməkdaşlıq çərçivəsində baş tutub.
Tədbirdə süni intellektin tətbiqi ilə bağlı 40-dan çox təqdimat dinlənilib – təhsildən səhiyyəyə, kənd təsərrüfatından iqlim dəyişikliyinə qədər müxtəlif istiqamətləri əhatə edən məruzələrlə.
Əlavə proqramlar
Konfrans iştirakçıları üçün Laçın şəhərində ekoloji gəzinti, həmçinin Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində elmi görüş təşkil olunub. Bu səfərlər konfransın həm elmi, həm də mədəni baxımdan inteqrasiya xarakterini nümayiş etdirdi.

Hörmətli Prezidentimiz!
Bu Qələbəni bizə yaşatdığınız üçün, göstərdiyiniz şücaətə, möhtəşəm iradə və mübarizəyə görə Sizə minnətdarıq! Şuşa bizim gözümüz, Şuşa bizim canımızdır. Siz bizi yenidən diriltdiniz, Siz bizə ikinci həyat verdiniz. Sizin rəhbərliyiniz altında gözəl və şərəfli günlər bizi gözləyir. Bir Millət olaraq sona qədər Sizin arxanızdayıq.
Allah Sizi, Ordumuzu və millətimizi qorusun!
Torpaqlarımız uğrunda canını və qanını fəda etmiş qəhrəman oğullarımızın, şəhidlərimizin qisası alındı. Hər bir şəhid qardaş və bacılarımız bizim qəlbimizdə əbədi yaşayacaq və əminəm ki, gələcək nəsillər onları daim fəxr və qürurla anacaqlar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Biz onlara borcluyuq, çünki onların şücaəti, qəhrəmanlığı, fədakarlığı nəticəsində tarixi ədalət bərpa olunub və biz torpaqlarımıza geri qayıdırıq.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ‘Hüquq’ kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru Musayeva Ulduz Əliyar qızı.



ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI