Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

"ƏDALƏT İŞIĞINDA".

"ƏDALƏT İŞIĞINDA".
30-07-2022, 20:14 758 dəfə baxılıb

30 iyul 2022-ci il tarixdə "ƏDALƏT İŞIĞINDA" Ədəbi-bədii məclisində Azərbaycanımızın dəyərli söz ustaları və Poeziya sevərlərimiz ilə görüşümüz oldu. 

"Ədalət işığında" ədəbi-bədii məclisin sədri, AJB-nin üzvü Ədalət Əroğlu Məclis üzvlərini salamlayaraq ədəbi məclisi açıq elan etdi. Məclisin Sədri Hüquqşünas, şair-publisist Ədalət Qafarov (ƏROĞLU) Vətənimiz uğrunda canlarından keçən Şəhidlərimizin xatirələrin andı, Döyüşlər zamanı xəsarət alan Müharibə Veteranları, Qazilərimizə isə Allahdan sağlamlıq dilədi. 
Ədəbi Məclisin sədri çıxış edərək bildirdi ki, Azərbaycanımızın vətənpərvər şairlərindən biri əslən Qubadlıdan olan, AYB və AJB-nin üzvü, şair-publisist Elburus Qayalının bu günkü tarixdə dünyaya gəliş günü, yəni "Ad Günü"dür. Ad Günü münasibəti ilə dəyərli şairimizi "Ədalət işığında" Ədəbi Məclis və eləcədə rəhbəri olduğu "İZZƏT" MMC Hüquq Xidməti və Tədris Mərkəzi Kollektivi adından təbrik edib ona uzun ömür, can sağlığı, Ədəbi yaradıcılığında uğurlar diləyib növbəti Ad Günlərini doğma Qubadlı rayonunda Zəngəzur Mahalında qeyd etməsini arzuladı.
Məclisdə dəyərli şairlərimizdən AJB-nin üzvü satirik publisist şair Miraslan Rasim, AYB və AJB-nin üzvü Şair-publisist Mürvət Qədimoğlu Həkəri, şair-publisist Hidayət Qarabulaq, sabaha-inamla.az xəbər portalın Təsisçisi və Direktoru, bir çox mükafatlar sahibi Namiq Məmmədli və gənc qiraətçilər, dinləyicilər iştirak etdilər. Məclisdə iştirak edən Şairlərimizin hər biri Şair Elburus Qayalıya "Ad günü" münasibəti ilə xoş arrzu və diləklərini bildirib özlərinin bir neçə yeni şeirlərini səsləndirdilər. 
Məclis iştirakçıları "Ədalət işığında" Ədəbi Məclisin fəaliyyətindən söz açıb, yeni şeirlərini səsləndirərək müzakirələr etdilər.   
Sonda yadda qalan şəkilləri çəkən Operatorumuz Reyhanə Xanım Şükürovaya Ədəbi Məclisimiz adından dərin minnətdarlığımızı bildirdik.
Bir sözlə bu gün də özünə məxsus mənalı bir gün oldu. Yeni şeirlər, yeni fikirlər dinlədik. 
Məclisimizin sonunda məclis iştirakçıları ilə yadda qalan şəkilləri çəkdirdikdən sonra çay süfrəsində məclisimiz davam etdirdik. Bir sözlə çox maraqlı bir gün oldu. 
Məclisdə iştirk edən və ürəyi bizimlə olan, müəyyən səbəblərdən məclisimizə qoşula bilməyən dəyərli şairlərimizə də təşəkkür edirəm.
Bizdə "Vətənim-Azərbaycandır.az"olaraq xəbərlər informasiya portalının rəhbəri Kamran müəllim və kallektivi dəyərli şairimiz Elburus Qayalını ad günü münasibətilə səmimi qəlbdən təbrik edirik.Təbriklərə qoşuluruq.

Hörmətlə: 
AJB-nin üzvü,
"ƏDALƏT İŞIĞINDA" Ədəbi Məclisin Sədri,
Hüquqşünas-şair 
Qafarov Ədalət İzzət oğlu (ƏROĞLU)

Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI