Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ƏDALƏT İŞIĞINDA.

ƏDALƏT İŞIĞINDA.
17-07-2022, 09:43 595 dəfə baxılıb

16 iyul 2022-ci il tarixdə "ƏDALƏT İŞIĞINDA" Ədəbi-bədii məclisində Azərbaycanımızın dəyərli söz ustaları və Poeziya sevərlərimiz ilə görüşümüz oldu. 

"Ədalət işığında" ədəbi-bədii məclisin sədri, AJB-nin üzvü Ədalət Əroğlu məclis üzvlərini salamlayaraq ədəbi məclisi açıq elan etdi. Məclisin Sədri Hüquqşünas, şair-publisist Ədalət Əroğlu Vətənimiz uğrunda canlarından keçən Şəhidlərimizin xatirələrin andı, Döyüşlər zamanı xəsarət alan Müharibə veteranları, Qazilərimizə isə Allahdan canlarının sağlamlığını dilədi.  
Məclisdə dəyərli şairlərimizdən AJB-nin üzvü satirik publisist şair Miraslan Rasim, AYB və AJB-nin üzvü Şair-publisist Asif Asiman, Respublikanın əməkdar artisti, AYB və AJB-nin üzvü şair-publisist Nazir Rüstəm, şair-publisist Hidayət Qarabulaq, Şair-publisist Elçin Səlimli, şair-publisist Səadət Salmanqızı və gənc qiraətçilər, dinləyicilər iştirak etdilər. Hər bir şair özlərinin bir neçə yeni şeirlərini səsləndirdilər. 
Məclis iştirakçıları "Ədalət işığında" Ədəbi Məclisin fəaliyyətindən söz açıb, yeni şeirlərini səsləndirib müzakirələr etdilər.   
Sonda yadda qalan şəkilləri çəkən Operatorumuz Reyhanə Xanıma adından dərin minnətdarlığımızı bildirdik.
Bir sözlə bu gün də özünəməxsus mənalı bir gün oldu. Yeni şeirlər, yeni fikirlər dinlədik. 
Məclisimizin sonunda məclis iştirakçıları ilə yadda qalan şəkilləri çəkdirdikdən sonra çay süfrəsində məclisimiz davam etdirdik. 
Məclisdə iştirk edən və ürəyi bizimlə olan, müəyyən səbəblərdən məclisimizə qoşula bilməyən dəyərli şairlərimizə də təşəkkür edirəm.

AJB-nin üzvü,
"ƏDALƏT İŞIĞINDA" Ədəbi Məclisin Sədri,
Hüquqşünas-şair 
Qafarov Ədalət İzzət oğlu (ƏROĞLU).

Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI