Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

"ƏDALƏT İŞIĞINDA" .

"ƏDALƏT İŞIĞINDA" .
24-07-2022, 10:17 613 dəfə baxılıb

23 iyul 2022-ci il tarixdə "ƏDALƏT İŞIĞINDA" Ədəbi-bədii məclisində Azərbaycanımızın dəyərli söz ustaları və Poeziya sevərlərimiz ilə görüşümüz oldu. 

"Ədalət işığında" ədəbi-bədii məclisin sədri, AJB-nin üzvü Ədalət Əroğlu məclis üzvlərini salamlayaraq ədəbi məclisi açıq elan etdi. Məclisin Sədri Hüquqşünas, şair-publisist Ədalət Əroğlu Vətənimiz uğrunda canlarından keçən Şəhidlərimizin xatirələrin andı, Döyüşlər zamanı xəsarət alan Müharibə veteranları, Qazilərimizə isə Allahdan canlarının sağlamlığını dilədi. 
22 İYUL MİLLİ MƏTBUAT GÜNÜ-AZƏRBAYCAN MİLLİ MƏTBUATININ 147-ci ildönümü münasibəti ilə Ədəbi Məclisin üzvlərini və eləcə də bütün Azərbaycan yazarlarını könül candan təbrik edib, həyatın ən gözəl nemətlərindən biri olan can sağlığı arzuladı. Qələmlərinin mürəkkəbi, canlarından sağlam ruhu, Ədaləti, dönməzliyi heç vaxt əskik olmamasını arzuladı. 
Ədəbi Məclisin sədri çıxış edərək bildirdi ki, ölkəmizdə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.
1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verimişdir.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan dövləti bu sahənin inkişafına hər zaman böyük diqqət ayırıldığını bildirdi. 
2020-ci il ölkəmiz üçün tarixi əhəmiyyətli Qarabağ Zəfəri ilə yadda qaldı. 44 günlük Vətən müharibəsindəki Qələbəyə kütləvi informasiya vasitələri öz töhfəsini verdiyini, KİV nümayindələri əsl fədakarlıq göstərərək həm ön xətdə vuruşduqlarını, həm də reportajları ilə dünyaya haqq səsimizi çatdırdılarını bildirdi.   
Məclisdə dəyərli şairlərimizdən AJB-nin üzvü satirik publisist şair Miraslan Rasim, AYB və AJB-nin üzvü Şair-publisist Mürvət Qədimoğlu Həkəri , Respublikanın əməkdar artisti, AYB və AJB-nin üzvü şair-publisist Nazir Rüstəm, şair-publisist Hidayət Qarabulaq, Şair-publisist Solmaz Cahangirova, şair-publisist Əliyar Günəşoğlu, şair-publisist Səadət Salmanqızı tərcüməçi-şair Vaqif Rəsul, şeir həvəskarı publisist Arzuman bəy, Rejissor Sevindik Rəsulov, şair-publisist Zərifə Zərifə və gənc qiraətçilər, dinləyicilər iştirak etdilər. Hər bir şair özlərinin bir neçə yeni şeirlərini səsləndirdilər. 
Məclis iştirakçıları "Ədalət işığında" Ədəbi Məclisin fəaliyyətindən söz açıb, hər biri yeni şeirlərini səsləndirərək müzakirələr etdilər.   
Sonda yadda qalan şəkilləri çəkən Operatorumuz Aminə Xanıma Ədəbi Məclisimiz adından dərin minnətdarlığımızı bildirdik.
Bir sözlə bu gün də özünəməxsus mənalı bir gün oldu. Yeni şeirlər, yeni fikirlər dinlədik. 
Məclisimizin sonunda məclis iştirakçıları ilə yadda qalan şəkilləri çəkdirdikdən sonra çay süfrəsində məclisimiz davam etdirdik. Bir sözlə çox maraqlı bir gün oldu. 
Məclisdə iştirk edən və ürəyi bizimlə olan, müəyyən səbəblərdən məclisimizə qoşula bilməyən dəyərli şairlərimizə də təşəkkür edirəm.

Hörmətlə: 
AJB-nin üzvü,
"ƏDALƏT İŞIĞINDA" Ədəbi Məclisin Sədri,
Hüquqşünas-şair 
Qafarov Ədalət İzzət oğlu (ƏROĞLU).

Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az" xəbər informasiya portalının şimal zonası üzrə bölgə müxbiri.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI