Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

GÜNƏŞƏ QOVUŞMAQ İSTƏYİRƏM MƏN.

GÜNƏŞƏ QOVUŞMAQ             İSTƏYİRƏM  MƏN.
Bu gün, 13:34 144 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Tarixdə fədailərin  Vətənə  xidmət nümunəsi çoxdur.   Tamamilə təbiidir ki, Tanrının bəxş etdiyi bu duyğu öz yurduna və öz xalqına olan sevgidən yaranır. Bu SEVGİ gələcək nəsillərə parlaq mayak kimi yol göstərməlidir. Öz ölkəsinin mənafeyini, ədaləti və dürüstlüyü hər  şeydən üstün tutan Heydər Əliyev idalogiyası prinsipini özünə meyar edən --Leyla Əliyeva  bütün hərəkətlərini Ulu Öndərin mövqeyindən qiymətləndirir. Onun nümunə götürdüyü insan, hədsiz əziz olan Babası dahi Heydər Əliyevdir..
Leyla Əliyeva müsahibələrinin birində deyib ki, "insanın bütün xüsusiyyətləri lap əvvəldən, doğulduğu andan müəyyən olunur. Bu müəyyənlik  şəxsiyyətin əxlaq kodeksidir". Leyla xanım bu kodekslə yaşayır və onun  siyasəti Ulu Öndər siyasətini əks etdirir.  Azərbaycanın daxili və xarici siyasətinin oriyentirləri, ekoloji problemləri, ölkənin imicinin, mədəniyyətinin və ənənələrinin dünyada populyarlaşmasıdır. Ulu Öndər Heydər Əliyev və Azərbaycan gerçəkliyinin güzgüsü Leyla xanımın ictimai fəaliyyətə meyli, kimsəsiz uşaqlara qayğısı hələ  uşaqlıqdan ailəsindən xüsusilə Babasından gördüyü müsbət əməllərdən irəli gəlir. 
Əbədiyyətə qovuşmadan əvvəl  bugünəcən dahi insana həqiqi sevgini ifadə edən yüzlərlə şeir, nəğmə qələmə alınmışdır. Saf bir qəlbin nisgili, doğma insanın itkisindən doğan kədər..... böyük valideynin ölümsüzlüyünə inam, gənc bir qızın keçirdiyi kövrək hisslərlə yazılmız  Heydər babaya ithaf etdiyi 
səmimiyyət dolu poetk "Elegiya”-şeiri  dinləyicinin qəlbində  dərin izlər buraxır.
Leyla xanımın Babası Ulu Öndər Heydər Əliyev haqqında xatirələrində belə deyir: "O çox güclü insan idi. Ən çətin anlarda özünü çox sakit və təmkinli aparmağı bacarırdı. Ailə üzvlərinin hər birini eyni səviyyədə sevirdi.  Heç kimin qəlbinə toxunmazdı.Dünyanı heyran qoyan dahi  Heydər Əliyevin maarifçilik missiyası misilsizdir. Mən bu missiyadan güc alıram". Bu gücün sehrindən yaranan "Elegiya" şeiri çağdaş Azərbaycan poeziyasının uğuru olaraq qalacaqdır.
Qeyd etmək istəyirəm ki, hal-hazırda Leyla İlham qızı Əliyeva şairə- publisist, İctimai xadim,
 Heydər Əliyev Fondunun vitse-prezidenti.. vəzifəsini icra edir.
 Ulu öndərin məkanı cənnət, ruhu şad olsun. Nur içində uyusun !
Vətənim http://xn--azerbaycandr-c5b.az/ informasiya agentliyi adından Leyla xanıma bu ciddi və şərəfli missiyasında bol-bol uğurlar diləyirik.
VETENİM-AZERBAYCANDİR.AZ
Aynurə Ələkbərova

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI