Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Nəsibə İsrafil qızının Zəfər gününə həsr olunmuş "Qarabağ Nəğmələri"kitabının Azərkitabda təqdimatı keçirildi.

Nəsibə İsrafil qızının Zəfər gününə həsr olunmuş "Qarabağ Nəğmələri"kitabının  Azərkitabda təqdimatı keçirildi.
10-11-2021, 00:23 832 dəfə baxılıb

Şairə-publisist, AYB-nin və AJB-nin üzvü, BMT yanında Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” mükafatçısı, “Vedibasar” qəzetinin redaktoru, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ideoloji işlər üzrə müşaviri Nəsibə İsrafilqızı yeni kitabının təqdimatını keçirib.
Tədbirin açılışını Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin Sədri Źenfira Ağayeva edib.
Təqdimatda Azərbaycan Sahibkar Qadınlar  İctimai Birliyinin Sədri Zenfira Ağayeva, Rəssam Modelyer, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova Vətən Müharibəsi İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev və Birliyin üzvü olan qazilər iştirak ediblər.
15 kitab müəllifi olan Nəsibə İsrafilqızının «Qarabağ nəğmələrim!» adlı kitabı düşmən işğalı altında olan torpaqlarımızın azadlığı uğurunda igidliklə döyüşən, Vətənimizə azadlıq bəxş edən, bu yolda canından, qanından keçən Azərbaycan oğullarının qəhrəmanlığına həsr olunub.
Tədbirdə şairənin yazdığı şeirlərə bəstələnmiş mahnılar səsləndirilib.
Xatırladaq ki, vətənpərvər xanım Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin və Birinci Qarabağ döyüşcüsünün oğlu, İkinci Qarabağ savaşçısı baş leytenant İlkin Rzaquliyevə şeir həsr edib və sözü geden şeirə mahnı bəstələnib.
Təqdimatda çıxış edən AVMVİB sədri F. Rzaquliyev bildirdi ki, canımı və övladlarımı bu Vətənə fəda etməyə hər zaman hazır olmuşam. Çünki öncə Vətəndir. Atatürkün məşhur bir sözü var: «Oğulları analar yenidən doğa bilər, amma Vətən doğulmur». Şəhidlərimizin ruhu qarşısında baş əyirəm və bizlər onların əmanət etdiklərini, onları unutmamalıyıq.
Şairə İsrafilqızının vətənpərvərliyindən danışan F. Rzaquliyev Nəsibə xanımın daima əsgərlərimizin, qazilərimizin yanında olduğuna görə AVMVİB -nin fəxri üzvü seçildiyini və sədrin ideoloji işlər üzrə müşaviri təyin olunduğunu qeyd etdi. Bu yolda Nəsibə İsrafilqızı yorulmadan çalışır. İstər qəhrəmanlarımızın cəmiyyətdə tanıdılması, istərsə də bir vətəndaş kimi hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi üçün daim təqdirəlayiq bir şəkildə səy göstərir.
Tədbirdə şairə xanımın vətənpərvərlik mövzusunda yazdığı şeirlərə bəstələnmiş mahnılar ifa edildi.Sözü gedən "Qarabağ Nəğmələri" adlı kitabın təqdimatında ,AVMVB-Sədri  Fizuli Rzaquliyeva, Professor ustad Tarzən Vamiq Məmmədəliyev, xalq artisti Gülyanaq Məmmədova, əməkdar artist Rahilə Bəndəliyeva "Cənnətdir Qarabağım" adlı mahnısını, hamının sevimlisi olan Mirələm Mirələmov " A Dağlar Oğlu" mahnısını, gözəl nəğmələri ilə insanların qəlbini oxşayan Sevda Mustafayeva "Milli Birlik Zəfər Çaldı Ordumuz", Xalidə İsmauılova " Əsgərə Məktub", Xuraman Camal " Can Can Azərbaycan" mahnısını, İsmail Hüseynov "Şəhid Adlı Balalara" mahnısını və məndə tədbirin xüsusi qonağı olaraq çıxışımla hər kəsin eyni səhnəni belə dəyərli insanlarla bölüşən "Vətən Sevdalısı" İsmail Məmmədzadə sözləri Nəsibə İsrafilqızına, musiqisi     bəstəkar Yaqut Almaz xanıma aid olan "Şəhid Anası" adlı mahnımı ifa etdim.  
Təbrik edirik!

Çinarə Cənnətova.
Vətənim-Azərbaycandır.az

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI