Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

AVMVİB Beynəlxalq Müəllimlər Günü münasibətiylə tədbir keçirib

AVMVİB Beynəlxalq Müəllimlər Günü münasibətiylə tədbir keçirib
5-10-2021, 20:15 1 002 dəfə baxılıb

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ideoloji işlər üzrə müşaviri Nəsibə İsrafilqızının təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Günü münasibətiylə tədbir keçirilib. Tədbir Azərbaycan Himni və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsiylə başlayıb. Tədbiri giriş sözüylə Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zenfira Ağayeva açaraq, müəllimləri təbrik edib və sözü tədbirin təşkilatçısı Nəsibə İsrafilqızına verib.

Bu barədə məlumat verən şairə-publisist, AYB-nin və AJB-nin üzvü, BMT yanında Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” mükafatçısı, “Vedibasar” qəzetinin redaktoru, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ideoloji işlər üzrə müşaviri Nəsibə İsrafilqızı ölkəmizdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfə verən müəllimləri bir araya gətirib. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ideoloji işlər üzrə müşaviri Nəsibə İsrafilqızı bildirdi ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) gənc nəslin vətənpərvər ruhda tərbiyəsi üçün yarandığı ilk günlərdən məktəblərdə təhsil alan şagirdlər arasında Vətənimizin azadlığı və müdafiəsinin vacibliyi haqqında təbliğat və təşviqat xarakterli tədbirlər və görüşlər keçirib. Müəllimlərin vətəndaşın yetişməsindəki roluna daim diqqət ayırıb. 
Xatırladaq ki, 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən «Müəllimlərin statusu haqqında» adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur.
Hal-hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə «Müəllimlər günü» qeyd edilir. Bu gün Azərbaycanda da qeyd olunur. Azərbaycanda Müəllimlər Günü bu yaxınlarda təsis edilib. Hələ 15 il əvvəl heç kim bu bayram barədə heç nə bilmirdi. Onların gənclərimizə verdikləri bilgilər sayəsində gənclərimizin Qarabağ, şəhid və qazilərimiz haqqında məlumatları özünü 44 günllük Vətən müharibəsi günlərində əyani olaraq bir daha təsdiqlədi.  
N. İsrafilqızı qeyd etdi ki, ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçib. Təsadüfi deyil ki, XXI əsr Azərbaycanında əsl təhsil bumu yaşanır. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəblər tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir.
Tədbirdə N. İsrafilqızı SSRİ xalq artisti Lütfiyyar İmanovla birgə disklərini nümayiş etdirib və L. İmanovun ifasında «Minnətdaram müəllim» mahnısı səsləndirilib. Tədbirdə xalq artisti Gülyaz Məmmədova və əməkdar artist Rahilə Bəndəliyevanın ifasında səsləndirilən mahnılar rəğbətlə qarşılanıb. Şairə Nəsibə İsrafilqızı müəllimlərə həsr etdiyi şeirləri səsləndirib.
Yekunda Beynəlxalq Müəllimlər Günü münasibətiylə bir qrup şəxs müxtəlif mükafatlarla təltif ediliblər. Onlara tədbirdəb xatirə olaraq xarıbülbül simvolu kimi hazırlanmış boyunbağları da hədiyyə edilib.
Beynəlxalq Müəllim Günü və yaradıcılıqlarında vətənpərvərlik mövzularına görə:
Sədaqət Rəhimova
Gültəkin Yusifova
Zöhrə Kərimova
Səbinə Axundova
Töhfə Məmmədova
Yaqut Almaz (Əliyeva)
Nazilə Məmmədova
Səadət Hümbətova
Səmurə Hümbətova
Sitarə Hacıyeva
Ulduz Ələsgərova
Aliyə Rzayeva

Elmira Əliyeva
Aida Əliyeva

Həmçinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Fəxriyyə Xələfova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Gülyanaq Məmmədova, həmin universitetin Baş müəllimi Gülyaz Məmmədova, AMEA Memarlıq və incəsənət institutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sehranə Kasımi, Azərbaycan Sahibkar Qadınlar İB-nin sədri Zenfira Ağayeva, «StarKids Group» şirkətinin direktoru Aygün Əliyeva, yazıçı — publisist Səbiqə Davudova, şairə, publisist Nəsibə İsrafilqızı, 73 saylı tam orta məktəbin müəllimi Gülnaz Cəfərova, video-mühəndis Məhəmməd Əsgərov və Milli Qəhrəman M. İbrahimov adına İdman Sağlamlıq Mərkəzinin rəhbəri Elnur Şəfiyev AVMVİB sədri Füzuli Rzaquliyevin əmrinə əsasən Fəxri fərmanlarla təltif edildilər.
Bir daha Azərbaycan müəllimlərini Beynəlxalq Müəllimlər Günü münasibətiylə təbrik edirik!

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI