01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
AVMVİB sədrinin müşaviri Xurşudbanu Natəvan Fəxri Mükafatı ilə təltif olunub
Azərbaycan Sahibkar Qadınlar İçtimai Birliyinin (ASQ IB) yaranmasının 20 illiyinə həsr olunan tədbir keçirilib.
Toplantıda Sahibkarlara Dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini, ASQ IB-nin səmərəli fəaliyyətini və uğurları barədə fikirlər səsləndirilib. Bildirilib ki, qadınların səlahiyyətlərinin həyata keçirilməsi dövlət siyasətinin mühüm prinsipidir. Uğurlu karyera quran xanımlar öz uğurlarını xeyriyyəçiliyə bağlayırlar.
Azərbaycan qadınlarının maarifləndirilməsi, gender bərabərliyi və qadın hüquqları ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Bu layihənin inkişafında əsas məqsəd qadınların səmərəli fəaliyyəti üçün ideal mexanizmin yaradılmasıdır. 2011-ci ildən ehtibarən ölkədə davamlı biznesə malik olan qadın sahibkarlar formalaşmağa başladı. Bu gün Azərbaycanda Sahibkarların 22%-ni sahibkar qadınlar təşkil edir. Azərbaycanda işgüzar Qadınları dəstəkləmək üçün 2017-ci ildə Azərbaycan Sahibkar Qadınlar Asossiasiyası yaradılıb. Burada sahibkar xanımlardan Zemfira xanım Ağayeva, Hacı Zərintac xanım İsmayılova, Fəxriyyə xanım Xələfova və başqa tanınmış xanımlar təmsil olunurlar.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ideoloji işlər üzrə müşaviri, AYB və AJB üzvü, BMT yanında Ümumdünya Sülh Federasiyasının «Sülh səfiri», «Vedibasar» qəzetinin redaktoru, «El gücü» Beynəlxalq Humanitar Assosasiyasının şpbə müdiri, 15 kitab və 50 mahnının müəllifi şairə Nəsibə İsrafilqızı da tədbir iştirakçıları arasında olub. N. İsrafilqızı Sahibkar Qadınlar İctimai Birliyi tərəfindən Xurşudbanu Natəvan Fəxri Mükafatı ilə təltif olunub. Həmçinin tədbirdə şairənin sözlərinə Xuraman Camalın musiqi yazdığı «Azərbaycanım» adlı mahnı xalq artisti Gülyanaq Məmmədovanın ifasında ilk dəfə səsləndirilib.
AVMVİB Rəhbərliyi adından Nəsibə xanımı təbrik edir, yaradıcılıq uğurları arzulayırıq.