01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Şairə Nəsibə İsrafilqızı Mehriban xanıma şeir həsr edib
Şairə-publisist, AYB-nin və AJB-nin üzvü, BMT yanında Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” mükafatçısı, “Vedibasar” qəzetinin baş redaktoru, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ideoloji işlər üzrə müşaviri Nəsibə İsrafilqızı, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya həsr etdiyi «Mübarək qadın» şeiri oxucuların, xüsusən də müharibə veteranlarının dərin rəğbətini qazanıb.
Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya həsr olunmuş şeiri diqqətinizə çatdırırıq:
MÜBARƏK QADIN
Sən, ey ana yurdun şəhriyar qızı,
Vətən göylərinin parlaq ulduzu!
Məramın ucadır, könlün imanlı,
Diıin dualıdır, əlin «Quran»lı.
Sən xalqın, millətin anası oldun,
Dərdinə-oduna yanası oldun.
Cənnət müjdəsidir «MEHRİBAN» adın,
Amalı, əməli mübarək qadın.
Dillərdə əzbərdi şanın,şöhrətin,
Mələk timsalıdır gül təbiətin.
Ey müqəddəs ana, ilahə qadın,
Bəşərə örnəkdir elmin, savadın.
El sənə qəlbində sevgi bəsləyir,
Səni soraqlayır, səni səsləyir.
Səndən səxavətdir — məndən söyləmək:
Atdığın hər qədəm səadət demək.
Xalqa ilham verir İLHAMlı günlər,
Sizə alqış deyir milyonlar, minlər.
Tale bu torpağa nə xoş «can» yazıb,
Nə xoş, bəxtimizə «MEHRİBAN» yazıb!
Millətə Ağ yoldur məsləkin, adın,
Ey müqəddəs ana, mübarək qadın!
Elnur Səlim