01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi şəhidlərimizi unutmur
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) şəhidlərimizi unutmur.
AVMVİB-nin təşkilatçılığı ilə şəhid general-mayor Polad Həşimovun və Vətən uğrunda öz canlarını fəda etmiş digər şəhidlərimizin II Şəhidlər Xiyabanındakı məzarları ziyarət edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bildirdi ki, hər bir şəhidlik məzarları bizim şanlı tariximizin oxunması vacib olan bir səhifəsidir. Azərbaycanın qəhrəman oğullarından biri — 14 iyulda Tovuz istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanlıqla şəhid olan, Azərbaycan ordusunun general-mayoru Polad Həşimovdur. Biz Tovuz döyüşlərini Vətən müharibəsinin «baş məşqi» adlandırırıq. Bu «baş məşqin» baş qəhrəmanı isə sevimli generalımız Polad Həşimovdur. Zamanlar keçsə də bu qəhrəmanlar unudulmayacaq. Vətən şəhid qanıyla, qazilərin varlığıyla var olur. Ona görə də 80 minlik veteran ordusu şəhidlərimizi heç zaman unutmur. Məkanları cənnət olsun!
Tədbrdə tanınmış, vətənpərvər şairə, AVMVİB-nin fəxri üzvü, AYB və AJB üzvü, BMT yanında Ümumdünya Sülh Federasiyasının «Sülh səfiri» mükafatçısı, Əsilzadələr Məclisinin üzvü Nəsibə İsrafilqızı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Respublikanın xalq artisti Gülyanaq Məmmədova, Respublikanın əməkdar artisti Rahilə Bəndəliyeva, Az.tv əməkdaşı Mahir Qəribov, Qazaxstandan olan soydaşımız Sevinc Dəmirçiyeva, AVMVİB sədrinin müavinləri, rayon şöbələri, müharibə veteranları və şəhid ailələri iştirak ediblər.
Şəhidlər ölməz, Vətən bölünməz!