17:09 - Azərbaycan və İran XİN başçıları Məşhəddə birgə təşəbbüs və layihələri müzakirə ediblər - FOTO
17:09 - Azərbaycan və Türkiyə generalları Bakıda görüşdülər
17:06 - Prezident İlham Əliyev Yəmənin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib
17:05 - İki təhlükəli asteroid Yerə yaxınlaşır
17:00 - Prezident İlham Əliyev Mavritaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
17:19 - Xarici İşlər Nazirliyində yeni rəis TƏYİNATI
17:14 - Bələdiyyə iclaslarının keçirilməsinə dair yeni prosedur müəyyənləşib
17:12 - SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb
17:10 - Prezident İlham Əliyev Qvineya-Bisaunun nümayəndə heyətini qəbul edib
17:08 - Əfqanıstanlı nümayəndə: Heyətimizin Bakıda COP29-da iştirakı böyük uğur oldu
15:42 - Azərbaycan idmançılarının yeni reytinq cədvəli: Hidayət Heydərov ikinci pillədə qərarlaşıb
15:37 - İlham Əliyev Laçın şəhərinin işğaldan azad olunması münasibətilə paylaşım edib
15:35 - Laçının işğaldan azad edilməsindən dörd il ötür
14:40 - DÜNYA ŞAİR VƏ YAZIÇILAR İTTİFAQININ PREZİDENTİNƏ ÜNVANLI TƏBRİK...
18:15 - Ərdoğan-Tramp əməkdaşlığı Ukrayna müharibəsinə son qoya bilər
Əbədiyyətdəki əziz ünvanlarımız - III yazı
Vetenim-Azerbaycandir.az
Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.
Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!
P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!
III YAZI
"Vətən anadan irəlidir" - deyən şəhid Sərxan 2019-cu ildə müqəddəs Həcc ziyarətində olarkən Azərbaycan bayrağına bürünərək Qarabağı azad etməyi, özünə isə şəhidliyə ucalmağı arzulayıb. Onun hər iki arzusu cəmi bir il sonra gerçəkləşdi.
Əliyev Sərxan İslam oğlu 1998-ci ildə Sumqayıtda doğulub. 2016-cı ilin Aprel döyüşlərində General Polad Həşimovun rəhbərliyi ilə döyüşlərdə iştirak edib və yaralanıb. O, hərbidə baş topçu vəzifəsini icra edib. 2018-ci ildə hərbidən təxris olunub.
Bu ilin iyul hadisələrində və xüsusən P.Həşimov şəhid olanda könüllü hərbiyə yazılıb. Sentyabrın 21-də hərbi vəzifəlilərin təliminə çağırılıb, sentyabrın 27-dən böyük qardaşı İlhamla birgə döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl, Ağdam və yenidən Füzulidə ən əhəmiyyətli döyüşlərdə iştirak edib, cəsarəti, qorxmazlığı ilə düşmənə qan uddurub. Oktyabrın 1-də qardaşı yaralanıb, oktyabrın 8-də isə Sərxan Füzuli uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
***
Həsənov Elnur Elman oğlu 15.09.1992-ci ildə Ağstafada anadan olub. 1999-2010-cu illərdə Asif Abdullayev adına tam orta məktəbi bitirib. 2010-2012-ci illərdə hərbi xidmətdə olub, kiçik çavuş rütbəsi daşıyıb.
Bu ilin Tovuz hadisələrində könüllü orduya yazılıb və müharibə başlanandan iki gün sonra sentyabrın 29-da döyüşə qatılıb. İgid Vətən oğlu Elnur keşməkeşli döyüş yolu keçib, ən qaynar nöqtələrdə vuruşub və qəhrəmanlığıyla seçilib. Füzuli, Xocavənd, Laçın və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Bütün döyüşlərdə uğurla fərqlənən və torpaqlarımızın azadlığında mühüm xidmətləri olan E.Həsənov qələbəyə iki gün qalmış - noyabrın 8-i Şuşa uğrunda gedən döyüşlərdə igidliklə şəhidlik məqamına yüksəlib.
***
Şəhid kapitan İsmayılov İmamverdi Yoloğlu oğlu 1 may 1989-cu ildə Qazaxın Aşağı Əskipara kəndində anadan olub. Doğulduğu kənd ermənilər tərəfindən işğal olunduğundan 1992-ci ilin 14 iyunundan etibarən məcburi köçkün kimi Qazax rayonunda yaşamağa başlayıb. 2003-cü ildə C.Naxçıvanski adına hərbi məktəbə daxil olub. 2006-2010-cu illərdə Ali Hərbi Məktəbdə təhsil alıb. 2011-ci ildə Qusar rayonunda Tağım komandiri kimi işə başlayıb. Xidmətindəki nailiyyətlərə görə 3 ay sonra Bölük komandiri vəzifəsinə yüksəldilib. 2015-ci ildə H.Z.Tağıyev qəsəbəsində yerləşən hərbi hissədə "Gənc əsgərlərin təlim tədris" mərkəzində xidmətini davam etdirib. Xidmət etdiyi korpusun nəzdində ən yaxşı bölük komandiri kimi 2016-cı ildə yaradılmış Həmlə hərbi hissəsində Bölük komandiri vəzifəsində işləyib. Sonra Hissə komandirinin təchizat üzrə müavini vəzifəsinə təyin edilib. 2018-ci ildən döyüş bölgəsində həmlə batalyonunda xidmətini davam edirib, həmin dövrdə xidmət etdiyi hərbi hissənin Qərargah rəisi təyin edilib. "10 il qüsursuz xidmətə görə" medalı ilə təltif olunub. Bundan başqa, bir neçə medal və fəxri fərmanlara da layiq görülüb.
Rütbəcə kapitan olan İ.İsmayılov Vətən müharibəsində Murov dağı yüksəklikləri, Suqovuşan və Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə yüksək şücaət göstərib. Sentyabrın 29-da Talış yüksəkliyi uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ailəlidir, 2 övladı var.
***
Uşaqlıqdan ən böyük arzusu hərbçi kimi Vətənin keşiyində durmaq olan Müseyib bu uğurda canını əsirgəməyən şəhidlərimizdəndir. Zeynalov Müseyib Saleh oğlu 27.01.1978-ci ildə Salyanda anadan olub. O, 7-ci sinifdə orta məktəbdən ayrılaraq C.Naxşıvanski adına hərbi liseyə daxil olub. Liseyi bitirdikdən sonra təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirib. Buranı əla qiymətlərlə bitirdikdən sonra Gəncədəki N saylı hərbi hissədə zabit kimi qulluq edib. Sonralar xidmətini ayrı-ayrı hərbi hissələrdə davam etdirib, Ali Hərbi Məktəbə müəllim keçirilib, orada 12 il dərs deyib. Yüzlərlə zabitin hazırlanmasında əməyi olan M.Zeynalov öz xahişi ilə Tərtərə, cəbhə xəttində xidmətə göndərilib. Aprel döyüşlərinin iştirakçısı olub. 2018-ci ildə xidmət müddətinin başa çatması ilə əlaqədar mayor rütbəsində ehtiyata buraxılıb.
Vətən müharibəsinə könüllü qatılıb. Qubadlı rayonunun azad edilməsində igidliklər göstərib. Hətta ordan anasına zəng vuraraq hər şeyin yaxşı olduğunu bildirib, nigaran qalmamasını xahiş edib.
Müseyibin komandiri və əsgərlərinin bir neçəsi şəhid olub. O, komandirliyi üzərinə götürərək əks hücuma keçib, üstündəki qumbaraları ataraq düşmənin onlarla əsgər və zabitini məhv edib. Bundan qəzəblənən düşmən onun olduğu mövqeni artilleriya atəşinə tutub. Nəticədə M.Zeynalov çiynindən ağır yara alaraq döyüş mövqeyində qalıb. Həmin mövqeyə yaxınlaşan düşmən yaralı mayora yaxın məsafədən 12 güllə vurub. Cəsur mayor oktyabrın 23-də şəhidlik zirvəsinə ucalıb. Onun nəşi 8 gün həmin neytral sahəyə çevrilmiş mövqedə qaldıqdan sonra hərbi qüvvələrimiz tərəfindən götürülüb.
Onunla fəxr edən ailəsi deyir ki, Müseyib kimi ürəyi Vətən eşqiylə döyünən oğula elə şəhidlik yaraşardı. Vaxtilə onun əsgəri olmuş Masallı rayon sakini Babayev Nemət onu cəsur, vətənpərvər, əsgərləriylə dost komandir kimi xatırlayır: "2002-ci ilin aprelində hərbi xidmətə getmişəm. Xidmətim zamanı mayor Zeynalov tağım komandirim olub. O, əsl vətənpərvər insan idi, çalışırdı vaxtının çoxunu əsgərləriylə keçirsin. Ən böyük arzusu işğal altındakı torpaqlarımızı azad etmək idi. Arzuladığı kimi də oldu. Onu hər zaman ehtiramla xatırlayacağıq. Ruhu şad olsun".