Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

QMİ sədrinin müavini: Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir

QMİ sədrinin müavini: Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir
30-11-2024, 18:13 118 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Müxtəlif dini məbədlərin əsaslı təmiri və bərpası ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir.
bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Bəxtiyar Nəcəfov Naxçıvanda keçirilən "Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində" konfransdakı çıxışında deyib.
O vurğulayıb ki, İlham Əliyevin prezidentliyi dövründə milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafı istiqamətində yaradılmış siyasi ənənənin dinamikası artıb, inkişaf tempi daha da sürətlənib:
"Ölkənin müxtəlif regionlarında inşa edilən, təmir-bərpa olunan məscid- ziyarətgah kompleksləri, kilsələr, sinaqoqlar qeyd olunan fəaliyyətin əyani sübutudur. Dövlət başçısı işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərini daim diqqətdə saxlayır, hər səfərində milli-mənəvi irsimiz olan abidələrin bərpası, təmiri işləri ilə yaxından maraqlanır.
Şuşada, Ağdamda bir sıra məscidlərin təmir-bərpa olunması, Zəngilanda yeni məscidin tikilməsi, habelə alban və pravoslav kilsələrinin əsaslı restavrasiyası dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI