01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Kimlərə veteran adı veriləcək və ayda 80 manat alacaqlar?
Vetenim-Azerbaycandir.az
"Müharibə veteranı adı istəməklə, müraciət etməklə verilmir. Müharibə veteranı adını almaq üçün müəyyən prosedurlar var. Baş nazir müavininin rəhbərliyi altında müharibə veteranını müəyyənləşdirməklə bağlı komissiya yaradılıb. Bu komissiyanın tərkibində bütün adiyyəti nazirliklərin nazir müavinləri və xidmət rəisləri təmsil olunur. Komissiyada siyahılara baxılır, bunun əsasında müharibədə iştirakla bağlı qurumlarda qərar qəbul edilir".
Valyuta.Az xəbər verir ki, bu sözləri Baku.ws-ə ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov bildirib.
Sabiq briqada komandiri əlavə edib ki, bu məsələdə Birinci Qarabağ Müharibəsinin təcrübəsi nəzərə alınıb: "Bilirsiniz ki, həmin dövr bir gün ezamiyyətdə olan, yardım aparanlara da veteran adı verirdilər. Eyni zamanda müharibədə döyüşlərə də veteran adı verirdilər. Bütün bu məsələlər nəzərə alınaraq dəyişikliklər nəzərdə tutulub.
Birinci Qarabağ Müharibəsindən 3 il sonra veteran adı tərtib olunmuşdu. Bəziləri elə düşünür ki, indi veteran məsələsi gecikdirilir. Ancaq bu məsələ vaxt aparır. Hələlik qurumlar öz siyahılarını tamamlamayıblar, bu başa çatandan sonra istəkdən asılı olmayaraq kimə şamil olunursa, nazirliklərin komissiyası buna baxacaq. Daha sonra ümumi qərar qəbul olunacaq və vəsiqənin verilməsi təmin ediləcək.
Belə bir fikir dolaşır ki, əli silahlı Şuşaya daxil olanlar veterandır, lakin orada yemək bişirən veteran deyil. Bu, əsla belə deyil və hamı veteran statusu alacaq. Ancaq buna da bir ortam gətirmək lazımdır ki, cəmiyyət bunu düzgün anlasın, qəbul etsin.
Müharibədə işirak etmiş əsgərlərin yaralanıb və ya yaralanmaması önəmli deyil. Veteran adı almaq üçün yaralanmaq şərt deyil. Veteran iştirakçı deməkdir.
Hesab edirəm ki, döyüşlərdə və döyüşlərin təmin edilməsində bilavasitə iştirak edənlər veteran adını alacaqlar. İstər səfərbərlik, istərsə də başqa formada orduya çağırılsın. Əsas odur ki, müharibənin iştirakçısı olsun".
Qeyd edək ki, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (80 manat) ödənilir. Bu hüquq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə veteranı vəsiqəsi verildiyi tarixdən yaranır.