19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
Şairə Nəsibə İsrafilqızının sözlərinə bəstələnmiş əsər Zəfər Gününə həsr olunmuş konsertdə səsləndirilib
AYB-nin və AJB-nin üzvü, BMT yanında Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” mükafatçısı, “Vedibasar” qəzetinin redaktoru, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ideoloji işlər üzrə müşaviri Nəsibə İsrafilqızının Azərbaycanın Milli Qəhrəmanı şəhid general Polad Həşimova həsr olunmuş “Nər oğlum” adlı poeması “Heydər Əliyev” adına Sarayda Xor və Böyük simfonik orkestrin ifasında 2 noyabr 2021-ci ildə “Qarabağ Azərbaycandır!” “ZƏFƏR GÜNÜ”nə həsr olunmuş konsertdə səsləndirilib.
Əsər bəstəkar Məmməd Cəfərov (Bəstəkarlar İttifaqının üzvü, Azərbaycan Respublikasının Əməkdar artisti) tərəfindən 2020-ci ildə II Qarabağ müharibəsi ərəfəsində yazılmış, Milli Qəhrəman, şəhid general Polad Həşimovun xatirəsinə həsr olunmuşdur.
Əsərdə Polad Həşimov şəhidlərimizin ümumiləşmiş bir obrazı kimi təsvir olunmuşdur. Poemada iki əsas cəhət – Qəhrəmanlıq və xalq məhəbbəti özünü qabarıq şəkildə büruzə verir. Bəstəkar milli-lad xüsusiyyətlərindən və polifonik elementlərdən istifadə edərək dramatik bir səhnə yaratmışdır. Bu da musiqinin təsir dairəsini genişləndirmişdir. Poemanın musiqisi həm də şəhidlərimizin ölməz ruhunu və eyni zamanda xalqımızın öz şəhidlərinə olan böyük məhəbbət və ehtiramını göstərir. Əsər “Polad” sözü ilə bitir. Xorun ifasında səslənən bu söz xalqın öz qəhrəmanına olan sonsuz məhəbbətini təcəssüm etdirir. “Polad” sözü həm də xalqımızın iradəsini və dəmir yumruq kimi birləşməsini göstərir.
Konsertin sonunda Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov, şairə-publisist Nəsibə İsrafilqızı, “Heydər Əliyev” sarayının direktoru Ramil Qasımov, dirijor Fəxrəddin Kərimov, bəstəkar Məmməd Cəfərov və başqa ziyalılarla görüşdü.
Bu münasibətlə də N. İsrafilqızını təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.