16:38 - Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO
16:28 - Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
16:19 - Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi
16:16 - Ramdan Auraq: “Makron küsmüş şıltaq uşaq kimi davranır” - MÜSAHİBƏ
20:54 - Narkotikvasitələrə yox deyək
17:53 - Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb
17:50 - Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ
17:47 - Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
17:43 - Sülhməramlıların regiondan çıxması: ABŞ-dən riyakarlıq - ŞƏRH
17:42 - Sülhməramlıların regiondan çıxması: ABŞ-dən riyakarlıq - ŞƏRH
09:31 - Süleyman Ələsgərovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
17:18 - “Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Zakir Fərəcov Polad Həşimovun anasını ziyarət edib -FOTOLAR
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın evində olub. Şəhər rəhbəri ailənin qayğıları ilə maraqlanıb, Polad Həşimov üçün ayrılmış guşəyə baxış keçirib.
Vurğulanıb ki, torpaqlarımızın işğaldan azad edilməsi, respublikamızın ərazi bütövlüyünün təmin olunması qəhrəmanlıq simvoluna çevrilmiş general Polad Həşimovun arzusu idi. Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin olundu, torpaqlarımız işğaldan azad olundu. Polad Həşimovun və digər şəhidlərimizin qisası döyüş meydanında alındı.
Qeyd olunub ki, Polad Həşimov Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacaq. Sumqayıtda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olmuş şəhər sakinlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Sumqayıtın mərkəzi küçələrindən birinə onun adı verilib. Bildirilib ki, general-mayor Polad Həşimovun hər kəs üçün örnək olacaq həyat yolunun gələcək nəsillərə çatdırılması üçün bundan sonra da addımlar atılacaq.
Qeyd edək ki, Polad Həşimov Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Ailələri ilə birgə Sumqayıt şəhərinə köçdüyündən Sumqayıt şəhər 28 və 34 nömrəli məktəblərdə orta təhsil alıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə bitirən P. Həşimov taqım komandirliyindən "general-mayor” ali hərbi rütbəsinədək yüksəlib.
Qeyd edək ki, Polad Həşimov 14 iyul 2020-ci il tarixdə Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.