17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Bu gün Suraxanı rayonunda 44 gün davam edən Vətən müharibəsi şəhidi Muxtar Əli oğlu Qasımlının mövlud mərasimi qeyd edildi.
VETENİM-AZERBAYCANDIR.AZ
Bu gün Suraxanı rayon 318 nömrəli tam orta məktəbdə 44 gün davam edən Vətən müharibəsi şəhidi Muxtar Əli oğlu Qasımlının mövlud mərasimi qeyd edildi.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, əziz şəhidimiz Muxtar Qasımlının məzunu olduğu 318 saylı tam orta məktəbin təşkil etdiyi doğum günü tədbirində Suraxanı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Suraxanı Rayon YAP- nın aparat rəhbəri Salman Abdulov, deputat Etibar Əliyevin köməkçisi, Vətən müharibəsinin iştirakçısı Pərvin Mahmudov, şəhidin ailə üzvləri, iştirak etmişdir. Əvvəlcə əziz şəhidimiz Muxtar Qasımlının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirildi.
Məktəbin direktoru Əliqismət Səfərov giriş sözüylə tədbir açaraq torpaqlarımızın azadlığı uğurunda şəhid olan Azərbaycan Ordusunun əsgəri igidlik və şücaətindən danışdı. Muxtar Qasımlının Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Şəhidimiz Muxtar Qasımlı döyüşlər zamanı igidlik göstərərək vəzifə borcunu şərəflə yerinə yetirmişdir. Tədbirdə şəhidimizin valideyinləri Əli Qasımlı və Almaz Qasımlı çıxış edərək göstərilən diqqətə görə 318 nömrəli məktəbin rəhbəri Əliqismət Səfərova, tədbirin təşkilində ən çox əziyyəti olan Nəcəfova Fizruzə müəlliməyə və 2b sinfinin şagirdlərinə təşəkkür edərək minnətdarlıq bildirdilər. Firuzə müəllimə öz çıxışında şəhidimizin anasına əziz Almaz xanım siz baxın bizim nə qədər Muxtarlarımız vardır deyir və biz bir ölərik min dirilərik. Düşmən sevinməsin deyir.
Muxtar Qasımlının əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin.
MÖVLUDUN MÜBARƏK ƏZİZ MÜXTARIMIZ!
VETENİM-AZERBAYCANDIR.AZ XƏBƏRLƏR VƏ İNFORMASİYA PORTALININ MÜXBİRİ ƏFSANƏ ƏLİYEVA
VETENİM-AZERBAYCANDIR.AZ