Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Sumqayıtda 1 nömrəli tam orta məktəb binasının açılışı olub - FOTOLAR

21-09-2021, 13:01 1 041 dəfə baxılıb

Sentyabrın 20-də Sumqayıt şəhər 1 nömrəli tam orta məktəb üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.
 
Vetenim-azerbaycandır.az Xeberle.com-a istinadən xəbər verir ki, açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt şəhər Təhsil İdarəsinin müdiri Arzu Alızadə iştirak edib.
 
Əvvəlcə qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, daha sonra Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
 
Açılış mərasimində giriş nitqi ilə çıxış edən Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhəri üzrə 2020-2021-ci tədris ilində əldə edilən yüksək nəticələri iştirakçıların diqqətinə çatdırıb.
 
Mərasimdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov son illərdə ölkəmizdə məktəb infrastrukturunun yenilənməsində dövlətin diqqət və qayğısından söz açıb. 
 
Bildirilib ki,  yeni tikilmiş məktəb 1800 şagird yerlikdir.  73 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 9 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, 2 məktəbəhazırlıq otağı, 390 yerlik akt zalı, idman zalı, kitabxana və bufet fəaliyyət göstərəcək. Məktəbdə 112 nəfər pedaqoji işçi fəaliyyət göstərir. Yeni tədris ilində 2500-ə yaxın şagird sözügedən məktəbdə təhsil alacaq.
 
Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış hər bir şəraitlə yaxından tanış olublar. 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI