18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
Şəhid Muxtar Qasımlının adını daşıyan idman mərkəzinin açılışı oldu
Bu gün Suraxanı rayonu Qaraçuxur qəsəbəsində 44 günlük Vətən Müharibəsi qəhrəmanı, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülən Şəhid Muxtar Qasımlının anım günü qeyd olunub.
İlk öncə Muxtar Qasımlının adını daşıyan idman mərkəzinin açılış mərasimi keçirilərək, zal istifadəyə verildi.
Tədbir Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ardından şəhidimizin valideyinləri Əli müəllim və Almaz xanıma söz verildi.
Şəhidimizin valideyinləri övladlarının xatirəsini əziz tutan, bu tədbirin ərsəyə gəlməsində rolu olan kəslərə təşəkkür etdiklərini söylədilər.
Nəzərinizə çatdırırıq ki,tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Milllət vəkili Etibar Əliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavinləri, güc struktur nümayəndələri, idarə rəhbərləri, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin bizə bəxş etdiyi qələbədən danışdı.
Daha sonra Milli Məclisin sədr müavini Adil Əliyev çıxışında bildirdi ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun yağı düşmən üzərində zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub.
Ardından Millət vəkili Etibar Əliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov hər biri çıxış edərək şəhidimizin şərəfli həyat və döyüş yolundan danışdılar.
Daha sonra, Muxtar Qasımlının adına açılmış idman mərkəzinin rəhbəri Malik Abbasov çıxışında idman mərkəzinin Şəhid Muxtar Qasımlının adını daşıdığına görə böyük şərəf hissi keçirdiyini, ardından açılışda iştirak etdiklərinə görə hər bir şəxsə öz təşəkkürünü bildirdi.
Daha sonra tədbirdə Muxtar Qasımlı adına idman mərkəzinin karate müəllimi, dünya və avropa çempionu, əməkdar məşqçi Siyavuş Bayramov, Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan xüsusi təyinatlı zabit, idman mərkəzinin Cüdo və Kinboks üzrə baş məşqçisi İlham Məmmədov çıxış edərək şagirdlərinin idman kompazisiyalarını təqdim etdilər.
Daha sonra şəhidimizin məzunu olduğu 318 saylı tam orta məktəbin və 33 saylı tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər, səhnəciklər göstərdilər.
Tədbirin sonunda şəhidin adına hazırlanmış ehsan süfrəsi verilərək ruhuna Fatihə oxunmuş,şəhidin məzarı ziyarət edilərək, üzərinə tər çiçəklər düzülmüşdür.
Nəzərinizə çatdırırıq ki, tədbir Vətənim-Azərbaycandır.Az, 44gun.org informasiya portallarının informasiya dəstəyi ilə keçirilmişdir
Şəhidimizin anım günü tədbirinin aparıcısı olmaq həm məsuliyyətli, həm də şərəfli idi. Muxtar Qasımlı doğulub, lakin boya başa çata bilmədiyim doğma Füzulimin uğrunda öz canını qurban verdi. Məhz bu səbəbdən mənim üçün bu tədbiri idarə etmək çox ağır idi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
VETENİM-AZERBAYCANDIR.AZ informasiya portalının müxbiri ƏFSANƏ ƏLİYEVA
VETENİM-AZƏRBAYCANDIR.AZ