Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ADPU Quba filialında 27 Sentyabr Anım Günü ilə əlaqədar tədbir keçirilmişdir.

ADPU Quba filialında 27 Sentyabr Anım Günü ilə əlaqədar tədbir keçirilmişdir.
26-09-2022, 19:20 759 dəfə baxılıb

Tədbirdə filialın direktoru dosent Yusif Alıyev, Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova, "Vətən Naminə" Şəhid ailələrinə dəstək İctimai Birliyin sədri Tünzalə Abduləlimova, Şəhid valideynləri, Şəhid ailələri, 44 günlük müharibə iştirakçıları, filialın professor-müəllim və tələbə kollektivi iştirak edib.Tədbir ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında canlarını qurban vermiş qəhrəman oğul və qızlarımızın- Şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.Tədbir filialın TGT-nın İctimaiyyətlə əlaqələr departamentinin sədri, “İbtidai sinif müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Səma Asəfovanın moderatorluğu ilə davam edib. Tədbiri açıq elan edən Səma Asəfova qeyd edib ki, bizlərlə bir sırada qarşısında baş əydiyimiz dəyərli qəhrəmanları yetişdirən Şəhid valideynləri dayanır. Şəhid Miqdad Abduləlimovun anası Tünzalə xanımı, Şəhid Əhmədov Rəvan Yafət oğlunun anası Tənzilə xanımı, kapitan Aqil Niyaz oğlu Məlikovun həyat yoldaşı Günel Məlikovanı, 44 günlük müharibə iştirakçısı Səfa Mərdanovu ürəkdən salamlayıb, onların qəhrəman övladları haqqında məlumatları səsləndirib:
- Azərbaycan ordusunun əsgəri olan Miqdad Abduləlimov Tərtərin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 28 sentyabr 2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Miqdad Abduləlimov ölümündən sonra Vətən uğrunda medalı ilə, "Suqovuşanın azad olunmasına görə" medalı ilə, "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib. Allah rəhmət etsin əziz anamız, əziz atamız! 
- Şəhid Əhmədov Rəvan Quba rayonu Əlibəyqışlaq kəndində anadan olub. Müharibə zamanı XT qrup kəşfiyyatçı-qumbaraatan köməkçisi kimi hərbi xidmətini yerinə yetirib. Şuşa şəhəri Istiqamətində gedən döyüşlərdə döyüş yolu keçib. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Vətən Uğrunda", “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
- Tabor komandirinin müavini olan kapitan Aqil Niyaz oğlu Məlikov 27 sentyabr 2020 ci ildə Füzulinin Qaraxanbəyli kəndində silahdaşları ilə birgə 3 kənd, 7 postu azad edərkən qəhrəmancasıba döyüşdə Şəhid olub. Aqil Məlikov, həmçinin 2016-cı ildə Ağdam istiqamətində Aprel döyüşlərinin iştirakçısı olub. Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi Aqil Məlikov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra), "İgidliyə görə" medalı (ölümündən sonra), "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra) və "Vətən uğrunda" medalı (ölümündən sonra) ilə təltif edilib.Allah rəhmət etsin Günel xanım!
- Vətən müharibəsi başlayanda hamı kimi Səfanın da ürəyi cəbhədə idi. Həm də Səfa çoxlarından fərqli olaraq Qarabağ döyüşünün nə olduğunu bilirdi, çünki 2016-cı ildə şanlı Aprel döyüşlərində iştirak etmişdi.Beləliklə, 29 sentyabrda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinə gedərək evdə bildirmədən könüllü olaraq cəbhəyə yola düşür. Atası filialdan arayış alıb Xidmətə təqdim etsə belə, Səfa döyüşdən qayıtmasına etiraz edib. Mərdanov Səfa Hafiz oğlu ADPU-nun Tarix və coğrafiya müəllimliyi ixtisasının 1902B qrup, II tədris ili tələbəsidir. Olduqca sakit təbiətli, tarixçilərə xas olmayan səbr və təmkini ilə seçilir. Cəbhənin Cəbrayıl, Füzuli istiqamətində şərəfli döyüş yolu keçıb. SƏFA, səninlə qürur duyuruq! 
Sonra filialın direktoru dosent Yusif Alıyev çıxış edərək bildirib ki, 2 il əvvəl 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır Azərbaycanın ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.Bu istiqamətdə Quba rayonunda olduğu kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında da bugünki kimi silsilə tədbirlər həyata keçirilir. Yusif Alıyev həm də çıxışında Quba rayonunda Quba RİH başçısı cənab Ziyəddin Əliyevin rəhbərliyi ilə bu istiqamətdə görülən işlərə diqqət çəkib, onu da qeyd edib ki, Filialda rəhbərliyin və kollektivin təşəbbüsü və diqqəti sayəsində Şəhidlərimiz adına auditoriyalarımız yaradılır, qazilərimiz, Şəhid övladları daim diqqət mərkəzində saxlanılır. Daha sonra Yusif Alıyev qeyd edib ki,bizlər təhsil işçiləri, müəllimlər olaraq tələbələrə də aşılayırıq ki, filialda vətənpərvərlik tərbiyəsi bir an belə dayana bilməz.
Daha sonra çıxış etmək üçün söz Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri, Quba rayonunda Şəhid ailələrindən öz diqqət və qayğısını əsirgəməyən Fidan Hüseynovaya təqdim edilib. Fidan Hüseynova “Şanlı tarixi Qələbəyə öz töhfəsini verən şəhidlərimizin əziz xatirəsi daim qəlblərdə yaşayacaq” mövzusunda çıxış edib.Fidan xanım qeyd edib ki, Azərbaycan xalqı 44 gün sürən müharibədə qələbə qazandı, bu gün azad ölkədə yaşayırıq, düzdür erməni qəsbkarları nə qədərki ölkəmizi tamamilə tərk etməyib biz hər zaman onlara qarşı öz müdafiəmizi etməliyik, bunun da bariz nümünəsi 12-13 sentyabr 2022-ci il tarixlərdə baş verən hadisələrdir. Şəhidlərimizin doğum günlərində, dəfn günlərində ailələri ziyarət olunur, onların yaninda olmaq bizim hər birimizin insanlıq borcudur. Cənab Prezidentimiz tərəfindən şəhid və qazi ailələrinin sosial rifahının yaxşılaşdırılması üçün diqqət və qayğı hər zaman var, bu diqqət və qayğını biz də oz növbəmizdə Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatı olaraq həyata keçiririk.
Tədbirdə çıxış edən filialın Tarix, pedaqogika və sosial fənlər kafedrasının müdiri t.f.d. Elnur Nəsirov “Erməni vandalizminin tarixi kökləri” haqqında ətraflı və məzmunlu tədqiqat xarakterli məruzə təqdim edib. Tarixi faktlara əsaslanan Elnur Nəsirov ermənilərin azğınlıqlarından bəhs edib, Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinə toxunub.Qeyd edib ki, əzəli Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə qədər davam edir. Ermənilər məskunlaşdıqları dövrdən etibarən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar.
Daha sonra tədbirdə Şəhid Miqdad Abduləlimovun anası, “Vətən naminə” Şəhid ailələrinə dəstək İctimai Birliyinin rəhbəri Tünzalə xanım çıxış edərək belə tədbirlərlə Vətən üçün canlarını fəda etmiş Şəhidlərimizin xatirəsinin yad edildiyini, onların ailə üzvlərinin az da olsa təskinlik tapdığını vurğulayıb.Gəncləri hər zaman Şəhid ailələri ilə mütəmadi əlaqədə olmağa, Şəhidlərimizi, onların həyat yolunu, döyüş yolunu tanıtmağa çağırıb.Qeyd edib ki, bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.
Tədbirdə filialın tələbələrinin hazırladıqları Şəhidlərə aid videoçarx nümayiş olunub, Cəvahir İskəndərovanın təqdimatında şeir kompozisiyası səsləndirilib. Sonda filialda bu istiqamətdə direktor dosent Yusif Alıyevin təşəbbüsü və kollektivin birgə səyi ilə görülən işləri əks etdirən videoçarx nümayiş etdirilib.Qeyd edək ki, videoçarx filialın direktoru dosent Yusif Alıyevin təşəbbüsü ilə filialın İKT şöbəsinin müdir müavini Hikmət Musayev tərəfindən hazırlanıb.
 Tədbirdən sonra filialda Şəhidlərimizin əziz xatirəsinə həsr edilən Ehsan süfrəsi ətrafında söhbətlər aparılıb, ruhlarına dualar oxunub.Vurğulanıb ki, Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər bir insanın vətəndaşlıq borcudur. Xalqımız hər zaman 27 Sentyabr- Anım Gününü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına şanlı zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!




VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI