19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
Bu gün 44 günlük haqlı Vətən savaşının şanlı qələbəsini bizlərə yaşadan qəhrəman Vətən mücahidlərimizin biri olan Şəhid Muxtar Qasımlının xatirəsinə anım günü tədbiri keçirilmişdir.
VETENİM-AZƏRBAYCANDIR.AZ xəbər verir ki, bu gün Vətən müharibəsi şəhidi 44 günlük haqlı Vətən savaşının şanlı qələbəsini bizlərə yaşadan qəhrəman Vətən mücahidlərimizin biri olan Şəhid Muxtar Qasımlının xatirəsinə anım günü tədbiri keçirilmişdir.
Əbədiyaşar Qəhrəmanımızın şəhadətə yüksəlməsindən iki il ötür. İki ildir ki, cənnət qonağıdır Muxtar Qasımlı. Muxtar 23 fevral 1993-cü ildə Bakıda anadan olmuşdur. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kikboksinq fakültəsi üzrə bakalavr təhsili alıb. Erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib və mükafatlara layiq görülüb. 27 oktyabr 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülüb. 2013-cü il Gədəbəy rayonu Şınıx kəndində yerləşən hərbi hissədə hərbi xidmət keçmişdir. Muxtar hərbi xidmətdə olarkən artıq idmançı olsa da, onda hərbiyyə qarşı maraq yaranır. Elə bu baxımdan Silahlı Qüvvələrin təlim və tədris mərkəzində zabitlik kursuna daxil olub. Daha sonra Muxtar Qasımlı 44 günluk Vətən müharibəsində könüllü olaraq adını hərbiyə yazdırır. 2020-ci il sentyabr ayında Muxtar Qasımlı ehtiyyatda olan zabit kimi təlimlərə çağrılır. Daha sonra 27 sentyabrdan etibarən vətən müharibəsindəki döyüşlərdə iştirak edir. İkinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 2-də Füzuli döyüşlərində qəhrəmancasına şəhid olub. Bakı şəhəri Qala qəbiristanlığında dəfn olunub.
Muxtar Azərbaycan əsgərinin getməli olduğu yolun aparıcı qüvvələrindən biri oldu. Döyüş zamanı özünün yaralandığına baxmayaraq, yaralı döyüş yoldaşlarını çiyinlərində daşımışdır.
Muxtar Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 318 saylı tam orta məktəbin ilk məzunlarından olmuşdur. Muxtar Qasımlı məktəbimin aktiv və sevilən sagirdlərindən biri idi. Hər zaman bütün müəllimlərinin hörmət və rəğbətini qazana bilmişdi. Bu gün təhsil aldığı 318 saylı tam orta məktəbində onun xatirəsinə anım günü tədbiri keçirilmişdir. Tədbirə Azərbaycan Respublikasının dövlət himni ilə açılış elan edildi. Tədbirdə 318 saylı məktəbin şagirdləri Şəhidin keçdiyi həyat və döyüş yolundan bəhs edən kiçik səhnəçiklər hazırlayaraq onu yad etmişlər. Tədbirdə Muxtar Qasımlının ailə üzvləri, məktəbin rəhbərliyi, müəllim heyəti və şagirdləri iştirak etmişdirlər. Şəhidimizin atası Əli Qasımlı tədbir iştirakçılarına, məktəbin direktoru Əliqismət Səfərova, müəllim kollektivinə övladının xatirəsini əziz tutduğuna görə təşəkkür edərək, minnətdarlıq etdiyini bildirmişdi. Vətən üçün şəhid olmağa dəyər Yaşasın Azərbaycan, Allah uca millətimizi qorusun, Qarabağ Azərbaycandır sözləri ilə çıxışını sona çatdırdı. Daha sonra məktəbin direktoru Əliqismət Səfərov çıxış edərək Mənfur düşmənin kiçik görünsədə, böyük havadarları olan dövlətləri xatırladaraq, Muxtar və Muxtar kimi oğullarımızın kimlərlə savaşdıqlarını, kimlərə qarşı müharibə edib və kimlərə qarşı mübarizə apardıqlarını, kimlərin dizlərini yerə gətirdiklərini xatırlatdı. 44 gün ərzində 30 ildən artıq səngərlər qurulmuş, möhkəmlənmiş ərazilərin azad olunmasında Muxtarın keçdiyi döyüş yolundan bəhs etdi. Şəhidin valideyinlərinə baş sağlığı verdiyini söylələyərək Allah rəhmət eləsin dedi.
Bəli qəhrəman igidimiz haqqında istənilən qədər xoş xatirələr danışmaq olar. Amma onu da qəbul edirik ki, "Qəhrəmanlar can verər, yurdu yaşatmaq üçün. Bəli məhz o oğullardan oldu Muxtar qanını, canını doğma vətəni, yurdu, torpağı yolunda qurban verdi. Ruhu şad olsun.
Tədbirdə Vetenim-Azerbaycandır.az xəbərlər informasiya portalının müxbiri də iştirak edirdi.
Allah cəmi şəhidlərimizə rəhmət etsin. Məkanınız cənnət olsun əziz qardaşlarımız!
Əfsanə Əliyeva
VETENİM-AZƏRBAYCANDIR.AZ