Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Kürdəmirdə zəncirvari qəza, yaralılar var - Fotolar

Kürdəmirdə zəncirvari qəza, yaralılar var - Fotolar
24-03-2022, 10:12 362 dəfə baxılıb

 Kürdəmirdə zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var.

"Vətənim-Azərbaycandır.az" Azərtac-a istinadən xəbər verir ki, hadisə bu gün saat 21:30 radələrində, Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, sürücü 39 yaşlı İmişli sakini Zamin Soltan oğlu Baxşəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən onunla əks istiqamətdə hərəkət edən “Mercedes”, sonra isə “Opel” markalı avtomobillərə çırpılıb.
Daha sonra yoldan çıxan “VAZ-2107” yol kənarındakı yanacaqdoldurma məntəqəsinə girib və məntəqənin avadanlıqlarını sıradan çıxararaq xeyli ziyan vurub.
Hadisə zamanı “VAZ-2107”-də olan sürücü Zamin Baxşəliyev və onun sərnişini 52 yaşlı Kərim Məmmədtağı oğlu Tağıyev müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.





ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI