Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Rəisin atasının ilginc səs yazısı - "Çoxbilmiş quş dimdiyindən tələyə bu cür düşdü" - VİDEO

Rəisin atasının ilginc səs yazısı  -  "Çoxbilmiş quş dimdiyindən tələyə bu cür düşdü" - VİDEO
3-07-2021, 12:45 1 329 dəfə baxılıb


Elə hər gün Media gündəmində bir çox məmurların haqqında oxşar, hətta eynilik təşkil edən tənqidi, yaxud fəaliyyətlərini əks etdirən yazılar, videogörüntülər yayımlanır.

Birinin adı "tender fırıldağı"nda, birinin adı korrupsiya faktlarında, birininki vəzifədən sui-istifadə, digəri yeyinti faktları, o birisi əhaliyə qarşı saymamazlıqlar və sair.

Amma, indi barəsində məlumat verəcəyimiz "qəhrəmanımızın" adı bütün bu sadaladıqlarımızın hamısında hallanır.
Maşallah aktiv "çoxşaxəli fəaliyyət"i var.

DogruXeber.az-ın izləyicilərinin xatirində qalmış olar, bu yaxınlarda redaksiyamızda bir məlumat yayımlandı ki, "Tanınmış jurnalist Raqif Nazimoğlu müəmmalı şəkildə itkin düşüb".

R.Nazimoğlu 3-4 gün sonra evinə döndü.

Döndükdən sonra DogruXeber.az informasiya agentliyinin redaksiyasına başına gələnləri, daha doğrusu gətirilənləri danışdı.

Sən demə Raqif Nazimoğlu heç də itgin düşməyibmiş. Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisi hacı Səfər Məmmədov və atası Sərdar Məhəmmədov tərəfindən "tələyə salınıb", Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilibmiş.

Tələyə necə salınması barəsində təkrar yazıb sizi yormaq istəmirik.
Aşağıdakı videogörüntülərdə R.Nazimoğlu özü hər şeyi ətraflı danışıb.


Gəlin, onu həbs etdirən Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisi hacı Səfər Məmmədovu zərərçəkmiş jurnalist Raqif Nazimoğlunun elə öz dilindən tanıyaq.

Raqif Nazimoğlu deyir:
"Mən bir müddət Zəfər Məmmədovun korrupsiya əməlləri, vəzifəsindən sui-istifadə etməsi və digər qanunsuz fəaliyyətini aşkara çıxarıb, aidiyyəti qurumlara müraciət etdiyimə görə Səfər ilə aramızda münaqişələr yarandı.

Bu münaqişələrimiz bir müddət davam etdi.
Daha sonra Səfərin atası Sərdar Məmmədov mənə zəng edib, rəhmətlik atamla dostluq münasibətlərindən danışdı və bu münasibətlərdən istifadə edərək, mənimlə oğlunu barışdırdı.
Həmçinin Səfər də mənə dostluq, qardaşlıq təklif etdi. Hətta bu dostluğa sadiq qalacağına söz verib, araya namus söyüşü də qoydu. Bundan sonra mən ona inanıb, dostluq münasibətlərinə başladım.

Son zamanlar tez-tez görüşürdük. Birlikdə çörək kəsirdik.
Aramızda dostluğa sadiq qalacağına namus söyüşü qoyan Səfər Məmmədov sən demə "dostluq" adı altında mənə "torba tikir"miş. Məndən əvvəl görüşəcəyimiz yerə polis çağırıb, sonra məni dəvət edib, oturub çay içmişik. Sağollaşmaq zamanı gələndə cibindəki pulu saxlamaq adı ilə mənə verir. Düşündüm yəqin həmişəki kimi yenə qumar oynamağa gedir. Uduzmaqdan qorxduğu üçün pulu üstündə götürmür. Mənə verir saxlayım. Ağlıma başqa heç nə gəlmədi, çünki ortada namus söyüşü var idi. O söyüşün qarşısında mən namərdlik gözləmirdim.
Həcc ziyarətinə gedib, şeytana daş atan adam özü insan cildinə girmiş şeytan imiş sən demə.
Əslində namərdliyin böyüyünü atası etdi. Amma, atalar deyir: "aşağıdan kəsən varsa, yuxarıdan da baxan var". Allah onun öz əli əsl simasını aşkara çıxardı. Yeri gəlmişkən onu da qeyd edim ki, Səfər Məmmədov məndən əvvəl də bir neçə nəfəri eyni ssenari ilə tələyə salıb, həbs etdiribmiş. Mənim bundan xəbərim yox idi. Atası Sərdar Məmmədov mənim yaxınlarım ilə telefonla danışandan sonra söndürdüyünü sanıb, yanında olan kimsəyə başlayıb ətraflı danışmağa ki, "Şənliyə də belə tələ qurmuşduq".
Ümumiyyətlə, Səfər Məmmədovun vətəndaşlara, jurnalistlərə hədə-qorxu gəlməsini, camaatın içində üzr isdətməsini, filan eşitmişdim, amma həbs etdirməsini eşitməmişdim.
Bu dəfə özüm nəyinki şahidi oldum, hətta qurbanı oldum desəm daha doğru olar.

Mənə maraqlıdır ki, adi Suvarma Sistemləri İdarəsinin rəisi hətta Prezident adminstrasiyasına göndərilən rəsmi məktubların belə ünvana çatmadan, qarşısını almağa qadirdir. Onun arxasında kim dayanır, bilmirəm.

Amma, qəsb etdiyi dövlət əmlakları, "yediyi" dövlət büdcəsi sayəsində əldə etdiyi sərvətlərin bir hissəsinin adını çəkə bilərəm.

İndi mən sayım, siz də barmaqlarınızı qatlayın:


1. Bakı şəhəri, Nəsimi rayonunda (4-cü mikrorayonda) "Primer" ticarət mərkəzi.

2. Bakıda Fatmayi kəndində dəyəri yüz min manatlarla ölçülən bağ evi.

3. Ağsu-Kürdəmir yolunun kənarında beton zavodu, həmçinin beton qarışdıran, beton daşıyan, beton yayan maşınlar.

4. Bakı şəhərində milyonlarla dəyəri olan yaşayış evi. (Hazırda S.Məmmədov həmin evdə qeydiyyatdadır)

5. Ağsu şəhərində "Pemka" adlanan bina.

6. Ağsu rayon Qaraqoyunlu kəndi yaxınlığında hektarlarla ərazini əhatə edən alça bağları.

7. Ağsu-Kürdəmir yolunun kənarında maldarlıq ferması.

8. Ağsu rayonunda 10-12 müxtəlif mağazalar.

9. Ağsu-Kürdəmir yolunun kənarında hektarlarla ərazini əhatə edən badam bağları.

10. Ağsuda keçmiş "Pemka" deyilən ərazidə iki mərtəbəli ticarət mərkəzi.

11. Ağsu rayonunun mərkəzində dəyəri milyon manatlarla ölçülən yaşayış binası.

12. Ağsu dolaylarında hektarlarla meşə ərazisini əhatə edən "Cənnət park" istirahət mərkəzi.(atasının adına)

13. "Girdman" MMC. Hansı ki, bu MMC-nin adı ilə uzun illərdir ki, Səfər Məmmədov Ağsu rayonunun abadlığı və digər işləri üçün dövlət tərəfindən ayrılan milyonların çox hissəsini tenderdə udduqdan sonra mənimsəyir.

14. Dəyəri yarım milyondan yuxarı qiymətə olan özünə və oğlanlarına məxsus avtomobillər.
S.Məmmədovun təkcə bir avtomobilinin qiyməti 170.000 (yüz yetmiş min) manatdır.

Hələ bu saydıqlarım onun mənə məlum olan mülkləridir. Mənim bilmədiyim nələr də var onu Allah bilir."

Raqif Nazimoğlunun da dediyi kimi görəsən rayonda Suvarma Sistemləri İdarəsinin rəisinin maaşı nə qədərdir ki, bu qədər sərvətlərə sahib ola bilib. Nəyinki sərvət, eyni zamanda "söz sahibi" ola bilib?!
Deyilənlərə görə kəliməsi ilə dövlət qurumlarına edilən rəsmi müraciətlərin belə qarşısını almağa qadirdir.
Hələ bu da azmış kimi sifarişlə istədiyi adamı həbs etdirə bilər.

Bütün bu yazdıqlarımız dediyinə görə Səfər Məmmədovu yaxşı tanıyan Raqif Nazimoğlunun söylədikləri idi.

P.S: Qarşı tərəfi də dinləmək məqsədilə Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəsmi Facebook səhifəsində yerləşdirilmiş ((+994020)226 53 67) telefon nömrəsi ilə bir neçə dəfə əlaqə saxladıq. Lakin, telefona cavab verən olmadı.

Qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

QEYD: Redaksiyamıza daxil olan və eyni zamanda sosial medialarda yayımlanan Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədov barəsində gedən ilginc məlumatlar bizi təkrar bu mövzuya qayıtmağa vadar edir.
Odur ki, növbəti bu və ya digər formada olan məlumatların hər birini sizlərin diqqətinə çatdıracağıq.

Bizi izləməkdə davam edin.

DogruXeber.az




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI