Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

14:19 - Təhsilimizin bu günü...

13:10 - Prezident: “Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”

13:08 - Prezident: “Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var”

07:14 - HAYATA DOKUNMAK (GENÇLİĞİMİN MERKEZİ) EKİBİ AKDENİZ’İN İNCİSİ ANTALYA’DA

00:12 - BAKIDA QIRĞIZ MƏDƏNİYYƏTİ GÜNLƏRİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASIMI KEÇİRİLİB.

17:01 - Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO

16:58 - Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

11:58 - Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

11:17 - Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

11:15 - Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

10:40 - Xankəndidə silah-sursat aşkarlanıb

10:38 - 25 Aprel Respublika Sahibkarlar günüdür

10:25 - Quba Xaçmaz Regional Təhsil idarəsinin A. Səlimov adına Xaçmaz şəhər 7 nömrəli tam orta məktəbdə Yer günü və " Yaşıl dünya naminə həmrəylik ili " çərçivəsində iməclik keçirilmişdir.

17:40 - İlham Əliyev: “Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”

17:37 - Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

“Bu işdə Tağı Əhmədovun oğlu da iştirak edib” - 2 milyonluq sələm çəkişməsi

“Bu işdə Tağı Əhmədovun oğlu da iştirak edib” - 2 milyonluq sələm çəkişməsi
20-11-2021, 14:00 232 dəfə baxılıb

“Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədovdan 2 milyon manat sələm götürüb mənimsəməkdə ittiham olunan Səadət  Xəlilovun məhkəməsi keçirilib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, məhkəmədə Tağı Əhmədovdan pulların alınaraq biznesə yatırılmasında vasitəçi olan Soltan Əliyevlə təqsirləndirilən şəxs üzləşib. Bu zaman T.Əhmədovun oğlu Ruslan Əhmədovun da adı hallanıb. Məlum olub ki, pulların sələmə verilməsində R.Əhmədov da iştirak edib. Lakin bu alış-veriş üçün heç bir halda qəbz verilməyib.
Prosesdə təqsirləndirilən S.Xəlilovun ifadəsi dinlənilib. O bildirib ki, Tağı Əhmədovdan pulları S.Əliyev vasitəsilə götürüb: “Soltanla 2016-cı ildə görüşdük. O vaxt mən mərmər biznesi ilə məşğul olurdum və mənə də investor lazım idi. Soltan dedi ki, onlara lazım olan pul olsa, Tağı Əhmədovda olacaq. Gedib Tağı müəllimlə görüşdük. Dedi ki, “sizə 1 milyon manat verə bilərəm. Ayda 10 min manat faiz verəcəksiz”. Biz də razılaşdıq. Mərməri İrandan alıb Qazaxıstana satırdıq. Tağı müəllim əvvəlcə bizə 200 min pul verdi. Bir çox adamların adını çəkdi, gördü ki, bu sahədəki şəxsləri tanıyıram. Dedi “3 milyon versəm, işləyə bilərsən?” Soltan dedi, “lap 10 milyon da verə bilərsiz, mən bu kişiyə qarantiya verirəm”.
İkinci dəfə Tağı müəllim bizə girov qarşılığında pul verməyə razı oldu. Qulunun (Qulu Muxtarov, iş üzrə digər təqsirləndirilən şəxs) vasitəsilə əldə etdiyimiz qiymətli daşı girov qoyub pul götürdük. Daşı geoloq tanışıma yoxlatdırdım, həqiqətən orjinal yaşıl yaqut daşı idi. Elmlər Akademiyasından sertifikatı da var idi. İnternetdə araşdıranda gördüm ki, dəyəri milyonlarla dollardır.
Tağı müəllim dedi ki, üç sellofan torba götürüb YAP-ın Yasamaldakı binasına gəlin. Mən və Soltan içəri girib pulları götürdük. Bir dəfə 1 milyona yaxın, sonra 800 min manat götürmüşük.
Amma sonra işlər pisləşdi. Xaricdəki mallarla bağlı ödənişdə problemlər yarandı, faizləri ödəməkdə çətinlik çəkdim. Buna görə də artıq söz-söhbət yarandı. Bir dəfə faiz ödənişində problemlər yarananda Tağı Əhmədovun qohumları elə Soltan Əliyevin yanında məni döydülər. Götürdüyümüz puldan 234 min manat qaytarmışam”.
Zərərçəkmiş Soltan Əliyev isə Səadət Xəlilovu onları şantaj etməkdə günahlandırıb. O, Tağı Əhmədovun 2 milyonu ilə yanaşı, 1 milyon 92 min manat da faiz pulu tələb edir.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur. Belə ki, Səadət Xəlilov, Sahil Abuşov və Qulu Muxtarov “Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədova məxsus 2 milyon manatı biznes qurmaq adıyla alıblar. Pulun onlara verilməsini T.Əhmədovun tanışı Soltan Əliyev təşkil edib. Ona görə də iş üzrə zərərçəkmiş qismində S.Əliyev tanınıb.
1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi olmuş Tağı Əhmədov uzun müddət YAP-ın Yasamal rayon təşkilatına sədrlik edib, bu ilin sentyabrında vəzifədən çıxarılıb.
Məhkəmə araşdırması davam etdirilir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI